Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-382/2020 10.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati protokolu müdafiə edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi polis leytenantı X3, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbacan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, xx xxx 2020-ci il tarixdə şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs döyərək, sonuncuya sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. İnzibati xəta haqqında işin materiallarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb olunmasına səbəb Qəbələ rayon RPŞ Təhqiqat qrupunun baş təhqiqatçısı, polis baş leytenantı T.Mehdizadənin xx xxxxxx 2020-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarı olmuşdur. Belə ki, Qəbələ rayon RPŞ İTB-nin sahə rəisi polis leytenantı X8 həmin qərarı rəhbər tutaraq, Şəxs barəsində xx xxxxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Qərara görə, Şəxs xx xxx 2020-ci il tarixdə şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs döyərək, sonuncuya sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə özünü təqsirli bilməyib göstərdi ki, X4 onun qardaşı Nurlan Əhmədovun qaynanasıdır. Həmin şəxslə münasibətləri indiyənədək pis vəziyyətdə olmuşdur. Buna səbəb Zərərçəkmiş şəxs qızı Ülkərin xəstə olduğu halda bilə-bilə qızı ilə ər evində normal davranılmaması barədə onlara böhtan və şərlər atması olmuşdur. xx xxxxx 2020-ci il tarixdə Ülkər azyaşlı oğlu Özəri yaşadıqları evdə boğmağa çalışdığı zaman anası ilə atası onu Özərdən ayıraraq maneə olmuşlar, daha sonra Ülkər yataq otağına qalxaraq bir müddət öz-özünə ağlayaraq səs-küy salıb, evi dağınıq hala salıb qapıdan çıxıb küçənin kənarı ilə getdiyi zaman bacısı Gülnurə və əmisi Kamran ilə Ülkəri geri qaytarmışlar. Buna baxmayaraq Ülkər sakitləşmədiyinə və özünü idarə edə bilmədiyinə görə onu Qəbələ rayon Mərkəzi Xəstəxanasında psixoloq kimi fəaliyyət göstərən Pərviz adlı həkimin yanına apardılar. Həmin günün sabahı da Ülkəri adı qeyd olunan həkimin yanına apararaq müayinə etdirdikləri zaman həmin həkim Ülkəri psixiatriya kabinetinə yerləşdirmə barədə göndəriş verilməsini təklif etdi. Bu zaman Ülkər bununla razılaşmayaraq xx xxxxx 2020-ci il tarixdə ata evinə getməyi qərara almış, təxminən bir ay sonra yəni xx xxx 2020-ci il tarixdə Ülkər heç bir müalicə almadan anası Aygün Abdullayevə ilə yenidən onlara gəldikləri zaman anası Ruqiyyə Aygünə "mən sənə demədimmi qızın Ülkəri müalicə etdirməmiş bizə gətirmə?” demiş, lakin Aygün və Ülkər anasına məhəl qoymadan həyətə, oradan da evə daxil olaraq divanda əyləşmiş, sonra isə Aygünün qızı Ülkərə ər evində yaxşı qulluq göstərilməməsi barədə sözlü mübahisə yaratmış və hətta mübahisə zamanı onun və digər bacılarının ünvanına nalayiq ifadələr işlətmiş, buna görə anası Ruqiyyə Aygündən evi tərk etməsini tələb etmişdir. Buna baxmayaraq Aygün evdən çıxma barədə ona irəli sürülən tələblərə məhəl qoymadığı üçün anası Ruqiyyəni məcburən Aygünün qolundan tutaraq onu evdən bayıra çıxarmışdır. Aygün isə həmin vaxtı onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmiş, həmin tarixdə həmçinin özü və bacısı Gülnurə nə Zərərçəkmiş şəxs, nə də ki Ülkər Əhmədovaya qarşı fiziki zor tətbiq etməmiş, özü də fiziki zora məruz qalmamışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Qəbələ rayon Xırxatala kəndində yaşayır və qızı X6 xx xxxxx 2010-cu il tarixdə Qəbələ şəhər sakini Nurlan Əhmədov ilə ailə həyatı qurmuşdur. X13 həyat yoldaşı ilə ailə həyatı qurduqdan sonra onların arasındakı münasibətlər ilk bir neçə ay ərzində yaxşı olsa da sonradan qızının baldızları, eləcə də qaynatası ilə münasibətləri pisləşməyə başladı. Qızı Aygün ilə ailə üzvlərinin münasibətləri pis olduğundan və qızı ər evində baldızları ilə yola getmədiyi üçün xx xxxxx 2020-ci il tarixdə evinə gəldi. Təxminən bir ay qızı evində qalsa da xx xxx 2020-ci il tarixdə o, qızını artıq ər evində yaşaması üçün apardığı zaman onları qızının baldızları Səkinə və Aytəkin, eləcə də qaynanası Ruqiyyə onları ayaraq səhv edib onlara getdiyimizi deyərək aralarında sözlü mübahisənin yaranmasına səbəbkar oldular. O, həmin vaxtı onlara qızının yoldaşı ilə birgə yaşamasını və ayrılmamalarım xahiş etdi, lakin onlar cavab olaraq yenidən qızın səhv edib onların həyətinə apardığını deyərək söyüş söyməyə başladılar. Həmin sözlü mübahisə zamanı əsas olaraq qızının kiçik baldızı Aytəkin onu və qızını ağır nalayiq ifadələrlə təhqir etdi. Təxminən 5 dəqiqədən sonra qızının böyük baldızı Gülnurə ər evindən gələrək onun və qızının həmin həyətdən çıxmağını tələb etdi. O da cavab olaraq Gülnurəyə çıxmayacağını, çıxacağı təqdirdə də qızını ər evində övladlarının yanında saxlayıb gedəcəyimi demişdir. Həmin vaxtı Gülnurə qızının kiçik baldızı Aytəkin onun üzərinə hücum edərək ilk olaraq iki əli ilə boğmağa başladı və bunu görən qızının qaynanası qızını məndən ayırmağa başladı, lakin Aytəkin anasının əlindən çıxaraq sol qolunun yuxarı nahiyyəsinə şillə ilə vuraraq saçlarından tutub yondu. Həmin dava zamanı o həmçinin sağ əlimin baş barmağından da xəsarət aldı. Bundan sonra qızı Aygün ona davanın böyüməməsi üçün oradan çıxıb gəlməyini dedi və o da bu səbəbdən qızı ilə birgə oradan çıxaraq polis şöbəsinə getdi. Məhkəmə iclasında şahid X6 izahatında göstərmişdir ki, o, Qəbələ rayon Xırxatala kəndində yaşayır və Şəxs onun kiçik baldızıdır. Belə ki o, Aytəkinin qardaşı Nurlan Əhmədovla xx.xx.2010-cu il tarixdə ailə həyatı qurmuşdur. xx xxxxx 2020-ci il tarixdə qaynatası Mehman ona “sən bizim evimizdən mənim qələmlərimi oğurlamısan” dedi və o da qaynatasına cavab olaraq evdən oğurluq etmədiyini desə də qaynatası inanmadı. O da qaynatasına ona inanmadığı üçün evdən çörək gətirib and içmək üçün getdiyi zaman qaynatası pilləkəndə şillə ilə kürək nahiyyəsinə iki dəfə vurdu. O da bundan sonra evin ikinci mərtəbəsinə qalxaraq qaynanası ilə baldızı Aytəkinə bu barədə məlumat versə də sonuncu ona atasının əcəb etdiyini deyərək bacısı Gülnurəni onlara çağırdı. Gülnurə isə onlara gələrək ona “atanın evində görmədiklərini bu evdə görüb qudurdun sən” deyərək təhqir etməyə başladı. Həmin vaxtı o evdən əsəbi olduğuna görə çıxıb gedib özünü Dəmiraparan çayına atmaq istəsə də buna baldızları Aytəkin və Gülnurə, eləcə də yoldaşının əmisi Kamran Əhmədov imkan vermədi. xx xxxxx 2020-ci il tarixdə o, qaynatası tərəfindən döyüldüyünə görə məcburən ata evinə getdi və təxminən bir ay müddət orada qaldıqdan sonra xx xxx 2020-ci il tarixdə anası Zərərçəkmiş şəxs ilə birgə uşaqlarını görmək üçün ər evinə gəldi və gördü ki qapı bağlıdır. Onlar qapını döyərək qapının açılmasım xahiş etdikdən bir neçə dəqiqə sonra qapını Aytəkin açdı və onlara nahaq yerə onlara getdiyini dedi. Onlar da Aytəkinə cavab olaraq uşaqlarını görmək istədiklərini deyib içəriyə keçərək evdə divanda oturduq. Daha sonra onunla anası baldızları və qaynanası ilə qaynatasının onu aprel ayında döyməsi barədə sözlü mübahisəyə başladılar. Anası onlara cavab olarıq “sizin çörəyiniz qıfıl altında olur, qızımın qızıllarını əlindən alıb, paltarlarını yandırmısız” dedi. Həmin vaxtı Aytəkin onun anasını nalayiq formada təhqir etdi. Bu zaman Gülnurə “dinsizin öhdəsindən imansız gələr” deyə söz atdı. Aytəkin isə əsəbləşərək anasının üzərinə hücum edib dırnağı ilə anasının ağzının alt hissəsini və sağ əlinin baş barmağını cızdı, daha sonra isə əlindəki saç qurutmaq üçün istifadə edilən fen ilə anasının kürək nahiyyəsinə vurdu. O da vəziyyəti belə görüb anasının əlindən tutdu ki çıxıb gedək, lakin anası ona dedi ki, heç olmasa uşaqlarını görək. Həmin vaxtı anası uşaqlarını görmək istədiyi üçün həmin evdən çıxmırdı və o da bu səbəbdən anasının yanında qaldığına görə Aytəkin məni əli ilə itələdi ki həyətdən çıxsın. Bundan sonra onlar oradan çıxaraq birbaşa polisə getdilər. Lakin polisə gəldiyi gün Aytəkin tərəfindən fiziki zora məruz qalmağını bildirməmişdir. Sonradan artıq Nurlanın onunla boşanmaq qərarına gəlməsini bildikdən sonra o, şikayətçi olmağı qərara aldı. 2020-ci ilin may ayının 5-də anası şikayət ərizəsi yazdıqdan sonra Aytəkin ona şikayətini götürərlərsə onu evə qəbul edəcəklərini dedi və onlar da bu səbəbdən barışıq ərizəsi yazsalar da sonradan Aytəkin və onun valideynləri onları aldatdıqlarına, eləcə də Nurlan onunla boşanmaq qərarına gəldiyi üçün onlar yenidən şikayətçi oldular. Məhkəmə iclasında şahid X5 izahatında göstərmişdir ki, bacısı Aytəkin Zərərçəkmiş şəxs və X2 heç bir bədən xəsarəti yetirməmişdir. Onlar şər-böhtan atırlar. Əhmədova Ülkər 2010-cu ildən onun qardaşı Nurlan ilə ailəlidir. 2017-ci ildə onlar Ülkərin şizofreniya xəstəsi olduğunu biliblər. Onlar Aygünə və Ülkərə heç bir xəsarət yetirməyiblər. Məhkəmə iclasında şahid X1 izahatında göstərmişdir ki, Ülkər onun gəlini, Zərərçəkmiş şəxs isə qudasıdır. Əhmədova Ülkər və anası Aytəkinin onu döydüyünü iddia edir. Lakin, Ülkər şizofreniya xəstəsidir və bununla bağlı xəstəxanada qeydiyyatdadır. Bu səbəbdən onlar Ülkərə qarşı heç bir xəsarət yetirməmişlər. Onlar qızı Aytəkinə şər atır. Övladı onla 2010-cu ildə ailə həyatı qurub, iki azyaşlı uşağı var. Anaları onlara pis rəftar etdiyinə görə onlar analarını görmək istəmirlər. Ülkər özü dəfələrlə ona, oğlu Nurlana, yoldaşına şiddət göstərmiş, onları hədələmişdir ki “evi yandıracam, sizi də içində. Mənə iş düşmür onsuz da” İş materiallarına əlavə olunmuş MTE və PA Birliyinin Qəbələ rayon Şöbəsi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 200 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində alt dodağı sol tərəfinin və sağ əlin 1-ci barmağının əsas falanqasının üst səthinin sıyrığı kimi xəsarətləri vardır. Həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə və şəraitdə yəni xx xxx 2020-ci il tarixdə törənə bilər. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətlərinə aiddir. Məhkəmə qeyd edir ki Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına əsas verən hallar Zərərçəkmiş şəxs izahatı və sonuncunun bədəni üzərində sağlamlığa zərər vurmayan bədən xəsarətlərinin aşkar olunması, həmçinin hadisənin tam təfsir edə bilməyən şahidlərin izahatları olmuşdur. Zərərçəkmiş şəxs izahatı ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarından da müəyyən olunduğu kimi hər iki ailə münaqişəli vəziyyətdədirlər, ona görə də Zərərçəkmiş şəxs izahatının qərəzli olması inkar olunmur və həmin izahat Şəxs təqsirli olmasını sübut edən hal hesab oluna bilməz. Təkcə həmin izahatla Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs inzibati xətanın törədilmə mexanizmi ilə bağlı ilkin araşdırma dövründə, ekspertiza tədqiqatı zamanı onu müayinə edən ekspertə və məhkəmədə fərqli izahatlar vermişdir. Göründüyü kimi, Zərərçəkmiş şəxs döyülməsi və xəsarətlərin yetirilməsi mexanizmi baxımından üç müxtəlif izahat vermişdir. Bu isə onun qərəzsizliyini və verdiyi izahatların mötəbərliyini şübhə altına alır. Təkcə həmin izahatlarla Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Bundan başqa, məhkəmə iclasında izahatları alınmış şahidlərdə, Zərərçəkmiş şəxs Şəxs tərəfindən döyülməsini bəziləri inkar etmiş, digərləri isə təsdiq etməmişlər. Ekspert rəyinə gəldikdə, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlərin ona məhz Şəxs tərəfindən yetirilməsini də birmənalı söyləmək mümkün deyildir. Həmin xəsarətləri qisas almaq məqsədilə onun özü tərəfindən də yetirilməsi mümkündür. Belə ki, yuxanda da qeyd edildiyi kimi, Zərərçəkmiş şəxs üç fərqli zamanda hadisənin törədilmə mexanizmi ilə bağlı fərqli izahatlar vermişdir və bu ona vurulmuş xəsarətin Şəxs tərəfindən törədildiyini şübhə altına alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qaııun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Yenə də həmin Məcəllənin 8-ci maddəsinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparilan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta Haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 12.1-ci maddəsinin tələbinə görə də bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və həmin şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu isə o deməkdir ki, şəxsin barəsində inzibati icraat elə şəkildə aparılmalıdır ki, onun təqsirli olması kifayət edəcək dərəcədə toplanmış sübutlarla təsdiq olunsun. Lakin material üzrə inzibati araşdırma aparmış təhqiqatçı Tural Mehdizadə tərəflərin izahatını və ekspert rəyini qərarda sadalamaqla, heç bir əsaslandırma olmadan Şəxs Zərərçəkmiş şəxs döyməsi qənaətinə gələrək, cinayət işinin başlanmasım rədd etməklə yanaşı, Şəxs İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalı olması barədə də qərar qəbul etmişdir. İnzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. İlk növbədə ona görə ki, səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterii məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəlilik dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) inzibati xəta və ya intizam pozuntusu ilə bağlı tətbiq olunan müəyyən tənbeh növlərini onların ağırlıq dərəcəsirə görə cinayət məsuliyyəti ilə eyniləşdirir. Avropa Məhkəməsi Engel və digərləri Niderlanda qarşi iş üzrə x xxxx 1976-cı il tarixli Qərarında hər hansı bir cəzanın cinayət cəzası sayıla bilməsinə dair üç ünsürlü yanaşma tələbini müəyyən etmişdir. Lutz Almaniyaya qarşı iş üzrə xx xxxxxx 1987-ci il tarixli Qərarda isə qeyd edilmişdir ki, məhkəmə cəzanın xarakteri (ağırlığı) və növünə görə onun cinayət məsuliyyətli olub-olmamasını müəyyən edə bilər. Avropa Məhkəməsi bu qərarlarında cəzanın ağırlığına görə inzibati və ya cinayət məsuliyyəti olduğunu göstərərkən xəta ilə cinayətin oxşarlığını qeyd edir. Cinayət və ya inzibati xəta ilə əlaqədar təqibi həyata keçirən səlahiyyətli orqanlar müvafiq qaydada cinayət və ya inzibati xətalar haqqında işlər üzrə ittiham tərəfi hesab edilirlər («Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2015-ci il tarixli Qərarı). Göründüyü kimi, inzibati xətalar qanunvericiliyi cinayət qanunvericiliyinə daha yaxındır və bu hüquq şahalar! müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəlilik dərəcəsinə görə fərqlənir. Avropa Məhkəməsi də özününbir sıra qərarlarında bəzi inzibati xətaları sanksiyasının ağırlığına görə cinayət məsuliyyəti ilə eyniləşdirmişdir. Bu aspektdən yanaşdıqda müəyyən öiunur ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasmda nəzərdə tutulmuş tənbeh növü bir sıra cinayət əməllərinə görə nəzərdə tutulmuş sanksiyalardan daha ağırdır. Konstitusiya Məhkəməsinin formalaşdırığı hüquqi yanaşmaya görə, inzibati icraatda səlahiyyətli orqanlar (vəzifəli şəxslər), habelə prokuror ittiham tərəfi hesab olunur. Bu baxımdan, cinayət işlərində olduğu kimi, inzibati icraatda da şəxsin təqsirli olmasını sübut etmək yükü səlahiyyətli orqanlar (vəzifəli şəxslər) və prokurorun üzərinə düşür. Təqsirsizlik prezumpsiyasına uyğun olaraq, inzibati xəta törətməkdə təqsirləndirilən şəxs təqsirsiz olmasını sübut etməyə məcbur edilə bilməz. İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsindən bəhs edən İXMnin 12-ci fəslində yer almış normalara görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallan müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haaamda is üzrə icraat aoarılan səxsin. zərər cəkmis səxsin. şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digəı protokollarla müəyyən edilir (76.1-ci maddə). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (84-cü maddə). İnzibati xəta hadisəsinin olub-olmaması, şəxsin həmin xətanın törədilməsinə aidiyyətinin olub-olmaması və inzibati xəta törətməkdə şəxsin təqsiri kimi mühüm məsələlər inzibati icraatda sübut olunmalı olan istisnasız hallardır. Məhkəmə hesab edir ki, inzibati icraat aparan şəxs təkcə «cinayət işinin başlanması haqqında» qərardakılarla kifayətlənməməli, özü müstəqil araşdırma aparmalı və şəxsin əməlində inzibati xəta tərkibi olub-olmamasını aydınlaşdırmalıdır. Əks yanaşma inzibati araşdırmanın əhəmiyyətini heçə endirə bilər. Sadəcə olaraq şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib etmək kifayət etmir, ona istinad olunan əməl kifayət qədər əsaslandırılmış sübutlarla təsdiq olunmalıdır. Lakin hazırki is üzrə sübut qismində Zərərçəkmiş şəxs izahatı və ekspert rəyi çıxış etmişdir ki, onlar da ziddiyyətlidir. Nə təhqiqatçı, nə də inzibati xəta haqqında protokol tərtib etmiş vəzifəli şəxs bununla bağlı ətraflı araşdırma aparmamış, göstərilən ziddiyyəti aradan qaldırmamışdır. Qeyd olunanlara əsasən məhkəmə Şəxs əməlində inzibati xəta tərkibinin olmaması qənaətinə gəlib, işin icraatına xilam verilməsini əsaslı sayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinin tələbinə görə, inzibati xəta tərkibi olmadıqda, iş üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinin tələbinə görə isə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəfa haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2,114.2.1,115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-382/2020
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-382/2020
10.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver