Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-382/2022 12.09.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin DYPB-nin YPXİ-nin polis baş serjantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1971-ci ildə Qəbələ rayonu, Tüntül kəndində anadan olmuş, Qəbələ rayonu, Tüntül kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 16:10 radələrində Qəbələ rayonu, Tüntül kəndində özünə məxsus bir baş iri buynuzlu inəyi asvalt örtüklü yola nəzarətsiz buraxmış, nəticədə heyvan həmin yolda hərəkətdə olan Ford Transit markalı ** LA *** dövlət qeydiyyat nişanlı mikroavtobusa dəyərək maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsinin DYPB-nin YPXİ-nin polis baş serjantı X1 İslam Məhəmməd oğlunun Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən Qəbələ Rayon Polis Şöbəsinin DYPB-nin YPXİ-nin polis baş serjantı X3i izahatında bildirmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 16:10 radələrində Qəbələ rayonu, Tüntül kəndində özünə məxsus bir baş iri buynuzlu inəyi asvalt örtüklü yola nəzarətsiz buraxmış, nəticədə heyvan həmin yolda hərəkətdə olan Ford Transit markalı ** LA *** dövlət qeydiyyat nişanlı mikroavtobusa dəyərək maddi ziyan vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 16:00 radələrində ona məxsus bir baş iribuynuzlu inəyin Qəbələ rayonu, Tüntül kəndində asfalt-beton örtüklü yolda vurulduğunu bildirdilər. Hadisə yerinə gələrək həmin inəyin ona məxsus olduğundan əmin oldu. Hadisə yerində olan ford transit sərnişin markalı ** LA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idi. Həmin avtomobil ona məxsus iribuynuzlu inəyi asfalt-beton örtüklü yolda vuraraq tələf etmişdir. Ona məxsus düyəni heç bir təhlükəsizlik tədbirləri görülmədən Qəbələ rayonu, Tüntül kəndindən keçən asfalt-beton örtüklü yola buraxmışdır. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx.xx.2022ci il tarixdə saat 16:00 radələrində etibarnamə ilə idarə etdiyi Ford transit markalı ** LA *** dövlət qeydiyyat nişanlı mikroavtobusla Qəbələ rayonu, Tüntül kəndində hərəkətdə olduğu zaman qəflətən yolun hərəkət hissəsinə iribuynuzlu mal qaçaraq qarşısına çıxdı. Bütün təhlükəsizlik tədbirlərini görsə də, avtonəqliyyat hadisə törətdi. Hadisə nəticəsində düyə tələf olmuşdur. Mikroavtobusda tək olmuşdur, heç bir bədən xəsarəti almamışdır. Məhkəmə Azərbaycan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsinin DYPB-nin YPXİ-nin polis baş serjantı X3 tərəfindən tərtib edilmiş 21 avqust 2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan əməli tərəflərin izahatları, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinməli və barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-382/2022
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-382/2022
12.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver