Məhkəmə qərarları › İş №3(025)-383/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-383/2022

29.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-383/2022 29.08.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxsnın və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1972-ci ildə Qəbələ rayonu, Daşca kəndində anadan olmuş, Qəbələ rayonu, Daşca kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Qəbələ rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 xx.xx.2022-ci il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 protokolu müdafiə edərək bildirdi ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-252/18 nömrəli, xx.xx.2018-ci il tarixli məhkəmə əmrinə əsasən Borclu xx.xx.1972-ci ildə Qəbələ rayonunda anadan olan. Qəbələ rayonu, Daşca kəndində qeydiyyatda olan Şəxs kreditor ünvan 1 ünvanında qeydiyyatda olan X3 xeyrinə 2300 (iki min üç yüz) manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutulması əmr edilmişdir. İcraata başlamaq haqqında qərar və bildiriş borcluya verilmiş, dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunmağına baxmayaraq borclu məhkəmə qərarının icrasını təmin etməmişdir. Hal-hazıradək borclunun bu günkü tarixə 2320 manat borcu vardır. Sonda isə məhkəmədən müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, sözügedən borcu ödəməkdən yayınmamışdır. Rəsmi iş yeri yoxdur, fəhlədir. Maddi imkanı olduqca, borcu ödəyəcək. Maddi imkanı zəif olduğundan və ailəsində xəstəsi olduğundan sözügedən icra vərəqəsi üzrə ödəniş edə bilməmişdir. 1 həftə boyu 600 manat pulu, 3 ay ərzində isə qalan borc məbləğini ödəyəcəkdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs borcu ödəməkdən qəsdən boyun qaçırmamış, maddi imkanı olduqca ödənişləri həyata keçirəcəyini bildirmişdir. Odur ki, inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 53-cü və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)- 252/18 nömrəli, xx.xx.2018-ci il tarixli məhkəmə əmrinə əsasən Borclu xx.xx.1972-ci ildə Qəbələ rayonunda anadan olan. Qəbələ rayonu, Daşca kəndində qeydiyyatda olan Şəxs kreditor ünvan 1 ünvanında qeydiyyatda olan X3 xeyrinə 2300 (iki min üç yüz) manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutulması əmr edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə məhkəmə prosesi gedişatında barəsində inzibati qaydada icraat aparılan şəxs məhkəmə əmrinin icrasından qəsdən boyun qaçırmadığını bildirirək zərərçəkmiş şəxsə olan borcunun bir hissəsini 1 həftə ərzində qalan hissəsini isə 3 ay ərzində ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Bununla da borclu Şəxs icra sənədinin icrasını üzrsüz səbəbdən icra etməməsi məhkəmə baxışında təsdiqini tapmadı. Bütün bunlar göstərir ki, borclunun icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı yoxdur. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq halda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata müvafiq maddələrə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 106-109, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar