Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-383/2025 28.10.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi, X8 Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil2 iştirakı ilə, xx.xx.1962-ci ildə Qəbələ şəhərində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ şəhəri, Natəvan küçəsi ev 16-da qeydiyyatda olan Şəxsnın barəsində AR İXM-nin 528.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2025-ci il tarixli MN 2326663) tərtib olunmuşdur ki, o, Zərərçəkmiş şəxs xeyrinə cəmi 110.500 manat məbləğində pul vəsaiti ödəməsi barədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-5742/2023 nömrəli icra sənədi üzrə tələbi icra məmuru tərəfindən müəyyən edilmiş müddətdə üzürsüz səbəbdən icra etməmişdir. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs göstərmişdir ki, tələbkar Zərərçəkmiş şəxs xeyrinə 110.500 manat məbləğində nağd pul ödəməsi barədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-5742/2023 saylı icra sənədini indiyədək icra etməməsi üzürsüz səbəbdən olmamışdır. Belə ki, uğursuz sahibkarlıq fəaliyyəti nəticəsində bütün maddi sərvətləri əlindən çıxmış və müflisləşərək gəlirlərdən məhrum olmuşdur. "xxxx" MMCdə direktor vəzifəsində işləyərək 700,0 manat əmək haqqı almış və həmin icra sənədi üzrə hər ay 500,0 manat ödəniş edərək cəmi 4200,0 manat manat ödəmişdir. İcra sənədi üzrə tələbin mülkiyyətində olan “VAZ 2103” markalı ** BH *** dövlət nömrə nişanlı və “X9 Minik” markalı ** MS *** dövlət nömrə nişanlı nəqliyyat vasitələri, o cümlədən Qəbələ rayonu Nic qəsəbəsində yerləşən əmlak kompleksinə yönəldilməsinə etiraz etməmişdir. "xxxx" MMC fəaliyyətini dayandırması ilə əlaqədar işdən çıxmış və xx.xx.2025-ci il tarixdə "xxxx" MMC təsis edərək 700,0 manat əmək haqqı ilə yenidən direktor vəzifəsində işə başlamışdır. Hazırda Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-5742/2023 saylı icra sənədi üzrə ayda cəmi 1000,0 manat ödəniş etmək imkanı vardır və tələbi iki il müddətində tamamilə ödəyib qurtarmağı planlaşdırmışdır.Ona görə də, möhlət verilməsini xahiş edir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-5742/2023 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 110.500 (bir yüz on min beş yüz) manat məbləğində pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödəniilməlidir. Qəbələ Rayon İcra Qrupunun xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-5742/2023 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli e9662/5A nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-5742/2023 nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan AR ƏN Qəbələ Rİ və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3- 16-35-58/2-70735/2025 saylı arayışa əsasən, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-5742/2023 saylı icra sənədi üzrə Şəxs tərəfindən Zərərçəkmiş şəxs 2797 manat pul ödənilmişdir. Hazırda borclunun 107.703,0 manat borcu vardır. İşdə olan AR DİN BDYPİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 2269 saylı məlumata əsasən AR DİN BDYPİ X6 İmtahan və Texniki Baxış şöbəsinin mərkəzləşdirilmiş kompüter bazasında Qəbələ rayon İPŞ-nin xx.xx.2024-cü il tarixli qərarına əsasən X2 məxsus olan “VAZ 2103” markalı ** BH *** dövlət nömrə nişanlı, “X9 Minik” markalı ** MS *** dövlət nömrə nişanlı və “İveco Maqirus ” markalı ** BZ *** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin axtarılması ilə bağlı müvafiq qeydlər aparılmışdır. İşdə olan AR İN 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-2- 16/2-33321/2025 saylı Çıxarışın surətinə əsasən "xxxx" MMC (VÖEN: **********; Hüquqi ünvanı: Qəbələ rayonu Nic qəsəbəsi; Nizamnamə kabitalı:100,0 manat; Təsisçilər: Şəxs-2 pay, X3-2 pay) xx.xx.2025-ci il tarixdə Dövlət qeydiyyatına alınmışdır. İşdə olan İşdə olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətinə əsasən Qəbələ rayonu Nic qəsəbəsi ərazisində yerləşən 0,7839 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi ilə birlikdə ümumi sahəsi 6786,9 kv/m olan əmlak kompleksi kimi müəssisə xx.xx.2022-ci il tarixdə **********31-12301 reyestr nömrəsi ilə X1 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 12-5/2- 4010/2025 saylı məlumatda göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)2790/2022 saylı qərardadına əsasən "xxxx"ASC ilə "xxxx" MMC, X3 və qeyriləri arasında təsdiq olunmuş olan Barışıq sazişi ilə, xx.xx.2012-ci il tarixli 100.LN.2004.210612.00001 nömrəli kredit müqaviləsi üzrə cavabdehlərin 667.899,10 manat əsas, 26.658,70 manat faiz, cəmi 694.557,80 manat məbləğində borcu müəyyən edilmiş, barışıq sazişinin şərtləri icra edilmədiyi təqdirdə ipoteka qoyan X2 məxsus olan Qəbələ rayonu, Nic qəsəbəsində 1,0117 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 9731,8 kv/m sahəsi olan əmlak kompleksinin tutmaya yönəldilməsi qərara alınmışdır. X2 məxsus olan Qəbələ rayonu, Nic qəsəbəsində 1,0117 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 9731,8 kv/m sahəsi olan əmlak kompleksi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir və borclunun hazırkı tarixə barışıq sazişi üzrə borcu cəmi 540.241,21 manat təşkil edir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (ərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 75.0.1-ci madəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi ( inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. Həmin Məcəllənin 75.0.3-cü madəsinə əsasən inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. Həmin Məcəllənin 99.1.1-ci madəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraatın başlanma səbəbidir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən .....inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Həmin Məcəllənin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməlidir. Həmin Məcəllənin 100.1.10-cu madəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməlidir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə icra işində olan sənədləri tədqiq edərək hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-5742/2023 nömrəli icra sənədi üzrə borclu X2 məxsus olan “VAZ 2103” markalı ** BH *** dövlət nömrə nişanlı, “X9 Minik” markalı ** MS *** dövlət nömrə nişanlı və “İveco Maqirus” markalı ** BZ *** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin axtarılması istiqamətində başlanmış məcburi icra tədbirləri tamamlanmamış, "xxxx"ASC-nin xeyrinə ipotekaya qoyulmuş Qəbələ rayonu Nic qəsəbəsi ərazisində yerləşən 0,7839 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi ilə birlikdə ümumi sahəsi 6786,9 kv/m olan əmlak kompleksi kimi müəssisənin (reyestr nömrəsi: **********31-12301) indiki vaxta real bazar dəyərinin müəyyən edilərək ipoteka saxlayanın tələblərindən artıq (“İpoteka haqqında” AR Qanunu, Maddə: 47.5) olduğu halda Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-5742/2023 nömrəli icra sənədi üzrə tutmaya yönəldilməsinin mümkünlüyü məsələsi həll edilməmiş, o cümlədən "xxxx" MMC-nin (VÖEN: **********; Hüquqi ünvanı: Qəbələ rayonu Nic qəsəbəsi; Nizamnamə kabitalı:100,0 manat; Təsisçilər: Şəxs-2 pay, X3-2 pay) balansında əsas və dövriyyə vəsaitləri, hesabında nağd pul vəsaiti olub olmadığı yoxlanılmamış, həmin məlumatları əks etdirən sənədlər protokola əlavə edilməmişdir. AR İXM-ni 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər yuxarıda qeyd olunan məsələlərin yoxlanılmasından ötrü Qəbələ rayon İcra və Probasiya şöbəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qəbələ rayon İcra və Probasiya şöbəsinə qaytarılsın. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-383/2025
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-383/2025
28.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver