Məhkəmə qərarları › İş №3(025)-384/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-384/2022

29.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-384/2022 29.08.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi polis baş leytenantı X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1985-ci ildə Beyləqan rayonu, Kəbirli kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində, Yeddi gözəl şəlaləsinin yanında münaqişə zəminində Zərərçəkmiş şəxs döyərək sonuncuya sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 20 avqust 2022-ci il tarixli qərarına əsasən Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkib əlaməti olmasına görə barəsində inzibati icraat başlanması və həmin maddə ilə protokol tərtib olunub inzibati məsuliyyətə cəlb olunması üçün Qəbələ RPŞ-nə göndərilməsi qərara alınmışdır. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X1 Bəhruz Təbris oğlunun Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi polis baş leytenantı X3 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində, Yeddi gözəl şəlaləsinin yanında münaqişə zəminində Zərərçəkmiş şəxs döyərək sonuncuya sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, özünə məxsus olan **- HC-*** dövlət qeydiyyat nişanlı mersedes markalı nəqliyyat vasitəsi var. Xarici vətəndaşların müxtəlif rayonlara turizmlə bağlı daşınması ilə əlaqədar sürücü kimi fəaliyyət göstərir. BƏƏ vətəndaşı olan Saeedin onun 6 ildir ki, ailə dostudur. Onun üçün Qəbələ rayon Vəndam qəsəbəsində Zərərçəkmiş şəxs 2 ədəd ev aldı. Səeed qeyd olunan şəxs Zərərçəkmiş şəxs 240000 manat pul verdi. Lakin, evi tam şəkildə dostuna təhvil verilmədi. Bundan əlavə Zərərçəkmiş şəxs özü ilə Qəbələ rayon Vəndam qəsəbəsində tərçüməçi qadın gətirərək, guya həmin evi Səeedin 300000 manata aldığını, 60000 manatı isə guya özünün götürdüyünü bildirmişdir. Halbuki, yanında olan BƏƏ vətəndaşı Səeed həmin ev üçün Zərərçəkmiş şəxs 240000 manat pul verdiyini bildirmişdir. Zərərçəkmiş şəxs onun adını bu formada hallandırdığı üçün bundan əsəbləşib xx.xx.2022-ci il tarixdə Qəbələ rayon Vəndam qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs həyətinin yanına getdi. Səeed də onun yanında idi. Zərərçəkmiş şəxs da yanına çağırıb, bu işi aydınlaşdıraq dedi. Zərərçəkmiş şəxs ona “sən məni tanıyırsan” dedi. Bunu dedikdə başı ilə Zərərçəkmiş şəxs sol gözünün altından bir dəfə vurdu. Zərərçəkmiş şəxs isə onu vurmamışdır. Sonda isə zərərçəkmiş Zərərçəkmiş şəxs üzr istəmiş, törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, təxminən 1 il bundan qabaq Qəbələ rayon Vəndam qəsəbəsində BƏƏ vətəndaşı Səeed adlı şəxsə 2 ədəd 1 mərtəbəli ev satdı. Belə ki, evin satılmasında vasitəçiliyi onunla birlikdə olan Şəxs Təbriz oğlu etdi. 2 ədəd evə görə 85 min daha sonra 2-ci ev üçün 84 min və 4 sot torpağı 25000 manata satmışdır. Özünə tərcüməçi tutmuşdur. Qeyd olunan BƏƏ vətəndaşı Səeedin onun yanına gəldikdə ərəb dilində tərcüməçiyə Bəhruza evə görə 300000 manat pul vermişdir. Şəxs xx.xx.2022-ci il tarixdə ona zəng edərək tərcüməçini niyə gətirmisən, sabah yanına gələcəm, dedi. Bəhruz Qəbələ rayonuna gələcəyini eşitdikdə Bakıdan birbaşa ərəb dilini bilən tərcüməçi şəxsi gətirdi. xx.xx.2022-ci il tarixdə Bəhruz yenə ona zəng vuraraq “sən yenə tərcüməçi gətirmisən?” dedi. Bəhruz “gəl burda səni gözləyirik” dedi. Daha sonra Şəxs yanına gəldi və zəng edərək “həyətdə səni gözləyirik” dedi. Çölə çıxdı. Çölə çıxan kimi Şəxs ona “otur maşına gedək” dedi. Şəxs “sən kimsən ki, məni maşına mindirib aparırsan” dedi. Bu sözü deyən kimi Bəhruz başı ilə onun sol göz altı nahiyyəsindən bir dəfə vurdu. Mübahisə zamanı tərcüməçi xanım və öz ailə üzvləri də orada idi. Şəxs heç bir xəsarət yetirməmişdir. Sonda isə Şəxs ilə barışmayacağını və ondan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində daha yüngül inazibati tənbeh növünün təyin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin xx.xx.2022-ci il tarixli, 379 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər – üst dodağın selikli qişasına qansızma kimi xəsarəti vardır. Həmin xəsarətlər küt alətin (əşyanın) təsirindən müayinə olunanın qeyd etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilər. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X3 tərəfindən tərtib edilmiş 29 avqust 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tərəflərin izahatları, ekspert rəyi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi əməli etiraf edib səmimi peşimançılıq hissi keçirməsini, ailəli olmaqla himayəsində dörd azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etmək üçün cəhd göstərməsini məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli və barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbəblə Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar