Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-387/2023 27.07.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ RPŞ-nin DYPB İTÜBİ polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1993-cü ildə İmişli rayonunda anadan olmuş, İmişli rayonu, C.Quliyev küçəsi, ev 21 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qəbələ RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X3 05 iyul 2023-cü il tarixli qərarı ilə, HK-1/651 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin polis kapitanı X1 Mədət Fərahim oğlunun Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. İnzibati xəta haqqında protokolda göstərilir ki, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Şəxs sürücülük vəsiqəsi olmadan ayıq vəziyyətdə idarə etdiyi Motosiklet İJ 5 markalı, dövlət qeydiyyat nişanı olmayan nəqliyyat vasitəsi ilə Qəbələ rayon Vəndam qəsəbəsi ərazisində yerləşən “Yeddi Gözəl” adlı şəlaləyə getmək üçün nəzərdə tutulmuş yerli əhəmiyyətli avtomobil yolunda Qəbələ rayon Vəndam qəsəbəsi istiqamətində hərəkətdə olarkən onunla əks istiqamətdə üzü “Yeddi Gözəl” adlı şəlalə istiqamətində hərəkətdə olan Mercedes Vito markalı, ** HH *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxmaqla Zərərçəkmiş şəxs idarə etdiyi Mercedes Vito markalı, ** HH *** dövlət nömrə nişanlı avtomobilin sol yan hissəsi ilə toqquşmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmiş, baş vermiş yol nəqliyyat hadisəsi zamanı özünün sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül Zərər vurmanın əlamətlərinə aid olan bədən xəsarəti almış, Mercedes Vito markalı, ** HH *** nömrə nişanlı minik avtomobilinə isə 2670 manat dəyərində maddi ziyan vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ-nin DYPBnin İTÜBİ-nin polis kapitanı X5 göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə 13 radələrində sürücülük vəsiqəsi olmadan ayıq vəziyyətdə idarə etdiyi Motosiklet İJ 5 markalı, dövlət qeydiyyat nişanı olmayan nəqliyyat vasitəsini idarə etmişdir. Qəbələ rayon Vəndam qəsəbəsi istiqamətində hərəkətdə olarkən onunla əks istiqamətdə üzü “Yeddi Gözəl” adlı şəlalə istiqamətində hərəkətdə olan Mercedes Vito markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxmaqla Zərərçəkmiş şəxs idarə etdiyi Mercedes Vito markalı, **-HH-*** dövlət nömrə nişanlı avtomobilin sol yan hissəsi ilə toqquşmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı özünün sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül Zərər vurmanın əlamətlərinə aid olan bədən xəsarəti almışdır. Mercedes Vito markalı, ** HH *** nömrə nişnlı minik avtomobilinə isə 2670 manat dəyərində maddi ziyan vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 24 may 2023-cü il tarixdə saat 13 radələrində işdən çıxıb Qəbələ rayonu, Vəndam qəsəbəsi istiqamətdə qaldığı evə nahara gedərkən, döngədə Mercedes Vito markalı, **-HH-*** dövlət nömrə nişanlı avtomobilə Motosikletin rolu dəymiş və avtoqəza baş vermişdir. Etdiyi əməldən peşmandır və bir daha belə hallara yol verməyəcəkdir. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs haqqında daha yüngül inzibati tənbeh növünün təyin edilməsini xahiş etdi. Məhkəmə RPŞ-nin DYPB-nin İTÜBİ-nin polis kapitanı X5 tərəfindən tərtib edilmiş 27 iyul 2023-cü il tarixli AP seriyalı ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan əməli, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə uyğun olaraq, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Bundan başqa, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın baxılması məhkəmə aidiyyətində aid deyil və İXM-nin 34-cü maddəsinin tələbi baxımından baxılması məhkəmənin səlahiyyətinə aid olmayan inzibati xəta haqqında işə məhkəmənin baxması nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 106- 109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 27 iyul 2023-cü il tarixdən saat 16:00-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-387/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-387/2023
27.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver