Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-388/2020 23.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X1, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Qəbələ rayonu, Nic qəsəbəsində anadan olmuş, Qəbələ rayonu, Nic qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbacan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə Qəbələ şəhərində Şəxs Zərərçəkmiş şəxs ilə mübahisə edərək ona bədən xəsarətləri yetirmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi, polis leytenantı X3 izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə Qəbələ şəhərində Şəxs Zərərçəkmiş şəxs ilə mübahisə edərək ona bədən xəsarətləri yetirmişdir.Təhqiqatın araşdırması nəticəsində tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki,o, Qəbələ rayon Nic qəsəbəsində yaşayır və Zərərçəkmiş şəxs təxminən bir ilə yaxın müddətdir ki tanıyır, belə ki təxminən bir il əvvəl o, həmin şəxsin həyat yoldaşı Fatimə ilə münasibət saxladığı zaman Elmar onların münasibətləri aşkar etdikdən sonra aralarında münaqişələr yarandı. Keçən dövr ərzində Elmarın anası təxminən 3 ay bundan qabaq onun yaşadığı evə gələrək atası X2 gəlini Fatiməni boşamadığı üçün evə qoymadığı, sonuncunun kirayədə yaşadığı evin ödənişlərini etməsi üçün ona 5000 (beş min) manat təzminat verməsini tələb etdi, lakin atası isə ona cavab olaraq həmin məbləğdə pulunun olmadığını söylədi. Elmarın anası isə atasına əgər belə olacağı təqdirdə televiziya verilişlərinə belə çıxaraq onlar şantaj edəcəyini, onun üstünə şər və böhtanlar atacağını söylədi. Elmarın anası onların yaşayış evinə gəlməkdən əlavə həm onun, həm də atasının istifadəliyində olan mobil nömrəsinə həm zənglə, həm də mesaj yazmaqla narahatçılıqlar yaratmışdı. xx xxxxxx 2020-ci il tarixdə saat təqribən 22 radələrində o keçmiş iş yoldaşı Məhərrəm ilə birgə atasına məxsus Ford Tranzit markalı, **-BF-*** qeydiyyat nişanlı yük avtomobili ilə Köşəm restoranından yuxarı istiqamətdə hərəkətdə olduğu zaman yolun kənarı ilə Konfrans zalı ilə üzbəüz Elmarın adını bilmədikləri tanımadığı iş yoldaşı ilə Qəbələ şəhəri mərkəzi istiqamətində getdiklərini gördü və idarə etdiyi avtomobillə Elmarı ötdükdən sonra bir qədər qabaqdan geri dönərək qayıdıb Elmardan bir qədər aşağıda avtomobili saxlayaraq dostu ilə birgə avtomobildən yerə düşərək Elmarın yanına gedərək ona sözünün olduğunu deyərək Elmarı park tərəfə çəkdi. O, həmin vaxtı Elmara anasının onlara gəlməməsini, eləcə də atasının mobil telefonuna zəng vuraraq pul tələb etməməsini xahiş etdiyi zaman Elmar mənə ilk əvvəl anasının onlara gəlməsindən məlumatsız olduğunu desə də sonradan buna baxmayaraq onları rahat buraxmayacaqlarını dedi. O da Elmara artıq problenin bitdiyini və ondan çəkməklərini xahiş etdiyi zaman onu əli ilə itələdi və o da bu səbəbdən onu qolundan tutaraq qolunu yanına doğru itələdi. Daha sonra Elmar köynəyinin qol hissəsini cıraraq başına oyun açacağını deyib çıxıb getdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat təqribən 21:30 radələrində Köşəm restoranının qarşı tərəfində yolda Böyük Pirəlli kənd sakini Abidin adı ilə tanıdığı iş yoldaşı ilə iş yeri sayılan Xanlar restoranından çıxıb evinə getdiyi zaman Ömər adlı şəxs qeydiyyat nömrəsini bilmədiyi göy rəngli Ford markalı yük avtomobili ilə onun yanından keçdiyi zaman onun yolda piyada hərəkət etdiyini görüb onu ötüb yenidən geri qayıdaraq onun arxasınca avtomobilini sürüb bir qədər irəlidə saxladı və sonradan Ömər yanında onunla gələn tanımadığı oğlanla avtomobilindən yerə düşdü və Ömər ona yaxınlaşaraq “Elmar sənsən?” deyə soruşduğu zaman o, “hə” deyə cavab verdiyi zaman onu kənarda yerləşən parka çəkərək sol qolundan və yaxasından tutaraq on “sən bir il əvvəl mənim ünvanıma işlətdiyin nalayiq ifadələri yenə söyə bilərsən?” deyə soruşduğu zaman o, Ömərə həmin problemin üstündən bir il keçdiyini və həmin söhbətin artıq bağlandığını bildiryi zaman o və Ömərin yanında olan adını bilmədiyi şəxs ondan üzr istəmiyi tələb edərək əks halda başına oyun açacaqlarını bildirdilər. Daha sonra Ömər onun yaxasından, eləcə də boğazından tutaraq çəkib badalax vurmaqla onu yerə yıxdı və o, yerdə olduğu zaman sifətinə yumruqla vurarkən o, əli ilə sifət nahiyyəsini qoruduğu üçün Şəxs yumruq zərbələri onun sifətinə dəymədi. Daha sonra Ömərin yanındakı oğlan Ömərə yaxınlıqda polis əməkdaşlarının xidmət etdiklərini və onları görə biləcəklərini deyərək artıq ondan əl çəkmədiyini bildirdiyi üçün Ömər onu buraxdı. Bu minvalla Ömərin ona fiziki zor tətbiq etməsi ilə sözlü mübahisə etməsi ümumilikdə saat təqribən 23:00 radələrinədək davam etdi. O da sonradan Ömərin və onunla gələn tanımadığı şəxsin onu hədələmələrinə görə qorxduğu üçün məcbur qalıb olanlar barədə DİN-in “102” xidmətinə müraciət etdi. Sonda isə Şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X3 tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxslərin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 53, 106-109, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-388/2020
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-388/2020
23.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver