Məhkəmə qərarları › İş №3(025)-388/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-388/2025

30.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-388/2025 30.09.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsinin hakimi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və ADSEA Suların İstifadəsinə və Mühafizəsinə DNX 12 saylı X1 nümayəndəsi X2 iştirakı ilə, Şəxs (VÖEN: **********) barəsində AR İXM-nin 264.0.2 və 264.0.3-cü maddələri ilə olan «inzibati xəta haqqında» xx.xx.2025-ci il tarixli ******* nömrəli protokol üzrə inzibati xəta haqqında iş üzrə icraat materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs (VÖEN: **********) barəsində AR İXM-nin 264.0.2 və 264.0.3-cü maddələri ilə ondan ötrü inzibati xəta haqqında iş üzrə icraat (inzibati xəta haqqında» xx.xx.2025-ci il tarixli ******* nömrəli protokol üzrə) bağlanmışdır ki, o, “Delifin restoranı”nın fəaliyət göstərdiyi ərazidə mənbəyini Nohur gölündən götürən Nohurqışlaq suvarma kanalının kanalının istismarı və sahil mühafizə zolağı tələblərinə əməl etməmişdir. ADSEA Suların İstifadəsinə və Mühafizəsinə DNX 12 saylı X1 nümayəndəsi Şəxs göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə xidməti ərazi üzrə su qanunvericiliyinin tələblərinə nəzarət tədbirləri çərçivəsində keçirilən yoxlama zamanı mənbəyini Qəbələ rayonu Nohurqışlaq kəndi ərazisində yerləşən Nohur gölündən götürən Nohurqışlaq suvarma kanalının sahil mühafizə zolağı üzərində (40*57,12.1N 47*53,05.4 E koordinatlarda) “Delifin restoranı”nın sahibi Şəxs tərəfindən 10 ədəd körpü və 8 ədəd söhbətgah inşa edilərək su təsərrüfatı kanalının istismarı və sahil mühafizə zolağı tələblərinin pozulması faktı aşkar edilmişdir. Yerində aparılan araşdırma nəticəsində “Delifin restoranı”nın xx.xx.2018-ci il tarixli 674617 nömrəli etibarnamə əsasında X3 tərəfindən idarə edildiyi müəyyən edilmişdir. “Gooqle” proqramı vasitəsilə əldə olunmuş ortofoto görüntülərə əsasən Nohurqışlaq suvarma kanalı üzərindəki 10 ədəd körpü və 8 ədəd söhbətgahın tikintisi 2021-ci ilədək aparılmışdır. Ona görə də, Şəxs (VÖEN: **********) oğlu barəsində AR İXM-nin 264.0.2 və 264.0.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş üzrə şahid X3 izahatında göstərmişdir ki, mənbəyini Qəbələ rayonu Nohurqışlaq kəndi ərazisində yerləşən Nohur gölündən götürən Nohurqışlaq suvarma kanalı Şəxs xüsusi mülkiyyət hüququ ilə məxsus olan torpaq sahələrindən keçir. Qəbələ rayonu Nohurqışlaq kəndi ərazisində yerləşən 0,4175 ha, 0,4562 ha və 0,52 ha torpaq sahəsi 2018-2019-cu illərdə alqı-satqı yolu ilə əldə olunmuş, Nohurqışlaq suvarma kanalının keçdiyi ərazi zir-zibildən təmizlənərək suyun normal axını təmin edilmiş və ətrafında yaranmış bataqlıq qurudulmuşdur. 2020-ci ildə ərazidə “Delifin restoranı”nın fəaliyyətə başlaması ilə əlaqədar görülən abadlıq işləri çərçivəsində mülkiyyətdə olan torpaq sahələrindən Nohurqışlaq suvarma kanalına paralel arx çəkilmiş, X5 Birliyindən haqqı ödənilməklə su alınaraq arxa doldurulmuş, sahilbərkitmə və keçid məqsədilə 10 yerdə körpü qurulmuş və üzərində 8 ədəd söhbətgah inşa edilərək indiyədək istifadə olunmuşdur. Həmin işlərin görülməsi şəxsən onun tərəfindən həyata keçirilmiş və obyekt sonradan Şəxs verilmişdir. Ona görə də, Şəxs oğlu barəsində AR İXM-nin 264.0.2 və 264.0.3-cü maddələri ilə inzibati xəta haqqında protokol qanunsuz hesab edilməlidir. İşdə olan xx.xx.2025-ci il tarixli 002425 nömrəli Aktda göstərilmişdir ki, ADSEA Suların İstifadəsinə və Mühafizəsinə DNX 12 saylı X1 xx.xx.2025-ci il tarixli 0014 saylı sərancamına əsasən su qanunvericiliyinin tələblərinə nəzarət tədbirləri çərçivəsində keçirilən yoxlama zamanı mənbəyini Qəbələ rayonu Nohurqışlaq kəndi ərazisində yerləşən Nohur gölündən götürən Nohurqışlaq suvarma kanalının sahil mühafizə zolağı üzərində (40*57,12.1N 47*53,05.4 E koordinatlarda) “Delifin restoranı”nın sahibi Şəxs tərəfindən 10 ədəd körpü və 8 ədəd söhbətgah inşa edilərək su təsərrüfatı kanalının istismarı və sahil mühafizə zolağı tələblərinin pozulması faktı aşkar edilmişdir. Yerində aparılan araşdırma nəticəsində “Delifin restoranı”nın xx.xx.2018-ci il tarixli 674617 nömrəli etibarnamə əsasında X3 tərəfindən idarə edildiyi müəyyən edilmişdir. İşdə olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətinə əsasən Qəbələ rayonu Nohurqışlaq kəndi ərazisində yerləşən 0,4175 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2019-cu il tarixdə **********85 reyestr nömrəsi ilə Şəxs adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətinə əsasən Qəbələ rayonu Nohurqışlaq kəndi ərazisində yerləşən 0,4562 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2019-cu il il tarixdə **********01 reyestr nömrəsi ilə Şəxs adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətinə əsasən Qəbələ rayonu Nohurqışlaq kəndi ərazisində yerləşən 0,52 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi xx.xx.2019-cu il tarixdə **********61 reyestr nömrəsi ilə Şəxs adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan “Gooqle” proqramı vasitəsilə əldə olunmuş xx.xx.2021-ci il tarixli ortofoto görüntülərdə Nohurqışlaq suvarma kanalı üzərindəki tikililər əks olunmuşdur. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 264.0.2-ci maddəsinə əsasən su təsərrüfatı qurğularının və avadanlığının zədələnməsinə, onların istismar qaydalarına riayət edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 264.0.3-cü maddəsinə əsasən su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, mənbəyini Nohur gölündən götürən Nohurqışlaq suvarma kanalının sahil mühafizə zolağında 2021-ci ildə Şəxs (VÖEN: **********) məxsus olan “Delifin restoranı”nın fəaliyəti ilə əlaqədar 10 ədəd körpü və 8 ədəd söhbətgah tikilərək su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı tələblər, o cümlədən su təsərrüfatı qurğularının və avadanlığının istismar qaydaları pozulmuşdur. AR İXM-nin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən Bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə inzibati xəta haqqında iş üzrə icraat başlana bilməz və başlanmış iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, AR İXM-nin 264.0.2 və 264.0.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə (inzibati xəta haqqında» xx.xx.2025-ci il tarixli ******* nömrəli protokol üzrə) inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs (VÖEN: **********) barəsində İXM-nin müvafiq maddələri ilə olan inzibati xəta haqqnda iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXM-nin 264.0.2 və 264.0.3-cü maddələri ilə olan (xx.xx.2025; MN №2367224) inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar