Məhkəmə qərarları › İş №3(025)-39/2023

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-39/2023

24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-39/2023 24.01.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, X1 Bakı şəhər DYPİ-nin 22 noyabr 2022-ci il tarixli, İXP ******* saylı qərarından vermiş olduğu şikayət ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: X2 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Bakı şəhər DYPİ-nin 22 noyabr 2022-ci il tarixli, İXP ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdırıraq hesab edir ki, X1 şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İş materiallarından göründüyü kimi X1 vermiş olduğu şikayət inzibati xəta haqqında iş üzrə qərardan deyil, barəsində tərtib edilmiş Bakı şəhər DYPİ-nin 22 noyabr 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldandır. Bu isə yolverilməzdir, ona görə ki, mövcud qanunvericilikdə inzibati xəta haqqında protokoldan şikayət vermək hüququ nəzərdə tutulmamışdır. Odur ki, hesab edirəm X1 Bakı şəhər DYPİ-nin 22 noyabr 2022-ci il tarixli, İXP ******* saylı protokolundan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-132-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X2 tərəfindən Bakı şəhər DYPİ-nin 22 noyabr 2022-ci il tarixli, İXP ******* saylı saylı protokolundan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar