Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-39/2025 18.02.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ rayon statistika İdarəsinin nümayəndəsi Nümayəndə2 və Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Şəxs MMC DŞRF Qəbələ şöbəsi barəsində Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC DŞRF Qəbələ şöbəsi “barəsində ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2025-ci il tarixli MN № 0355417) tərtib edilmişdir ki, 2025-ci ilin yanvar ayı üzrə 4 rabitə rəsmi statistika hesabatını təqdim etməmişdir. Qəbələ rayon statistika İdarəsinin nümayəndəsi Nümayəndə2 göstərmişdir ki, Şəxs MMC DŞRF Qəbələ şöbəsi 2025-ci ilin yanvar ayı üzrə 4 rabitə rəsmi statistika hesabatını xx.xx.2025-ci il tarixədək AR DSK Qəbələ rayon Statistika idarəsinə təqdim etməyərək “Rəsmi statistika haqqında” AR Qanunun tələblərinə əməl etməmişdir. Həmin fakt DSK-nin elektron informasiya sisteminin məlumatları əsasında aşkar edilmiş və Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 göstərmişdir ki, Şəxs MMC DŞRF Qəbələ rayon şöbəsinin 2025-ci ilin yanvar ayı üzrə 4 rabitə rəsmi statistika hesabatı vaxtında hazırlanmış və xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. DSK-nin elektron informasiya sisteminədə 2024-cü ilin İV rübü üzrə hesabat dörü xx.xx.2025-xx.xx.2025 göstərildiyindın gecikmə olmamışdır. Hesabatın təqdim olunması vəzifəsi Şəxs MMC DŞRF Qəbələ şöbəsi tərəfindən deyil, Şəxs MMC DŞRF tərəfindən yerinə yetirilir. Şəxs MMC DŞRF Qəbələ şöbəsi hüquqi şəxs statusuna malik olmadığından barəsində AR İXM-nin 389-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat qanunsuzdur. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC DŞRF Qəbələ şöbəsi barəsində Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsi ilə olan inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 100.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilməlidir. Həmin Məcəllənin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi vaxt, yer və bu xətanın mahiyyəti göstərilməlidir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, Şəxs MMC DŞRF Qəbələ şöbəsinin hüquqi şəxs statusu olmadığından AR İXM-nin 389-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törədən hüquqi şəxs və xətanın törədildiyi yer müəyyən edilməmişdir. Ona görə də, Şəxs MMC DŞRF Qəbələ şöbəsi barəsində Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsi ilə olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs MMC DŞRF Qəbələ şöbəsi barəsində Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsi ilə olan inzibati xəta haqqında protokol (xx.xx.2025-ci il tarixli MN № 0355417) AR DSK Qəbələ rayon Statistika İdarəsinə qaytarılsın. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-39/2025
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-39/2025
18.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver