Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-390/2020 25.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs və müdafiəçi X2 iştirakları ilə, xx.xx.1963-cü ildə Qəbələ rayonu, Aydınqışlaq kəndində anadan olmuş, Qəbələ rayonu, Aydınqışlaq kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə Şəxs və Zərərçəkmiş şəxs aralarında baş vermiş mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs daş ataraq, sonuncuya sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli qərarına əsasən Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkib əlaməti olmasına görə barəsində inzibati icraat başlanması və həmin maddə ilə protokol tərtib olunub inzibati məsuliyyətə cəlb olunması üçün Qəbələ RPŞ-nə göndərilməsi qərara alınmışdır. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X1 Urfan Famil oğlunun Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X.Q.Kərimov izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə Şəxs qonşusu Zərərçəkmiş şəxs daş ataraq, sonuncuya sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Zərərçəkmiş şəxs bu barədə xx.xx.2020-ci il tarixdə Qəbələ Rayon Polis Şöbəsinə məlumat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onunla 6 ildir ki, qonşuluqda yaşayır, qonşu olduqları son bir il ərzində onların arasında mütəmadi olaraq münaqişələr baş verir. Aralarında olan münaqişələrin səbəbi isə Zərərçəkmiş şəxs təxminən 1 il əvvəl onun evinə, eləcə də arvadı Nəzakətin üzərinə hücum etmələri olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 09 radələrində, özünə məxsus həyətyanı sahədə qurumuş qoz ağacı kəsən zaman qonşu həyətdə Zərərçəkmiş şəxs azyaşlı oğlu Nicatın dayandığını görərək, ağacı kəsən şəxslərə kəsinti işlərini dayandırmalarını bildirdi, çünkü azyaşlı Nicat həmin yerdə onun həyətindəki kəsilən ağacın budaqlarının onun üzərinə düşmək təhlükəsi var idi. Kəsinti işlərini aparan Ədalət həmin Nicat adlı uşağı oradan uzaqlaşdıqdan sonra kəsinti işlərini davam etdirdi. Onun həyətində olan qoz ağacını kəsməkdə məqsədi, həmin qoz ağacının yarpaqlarının qonşusu Zərərçəkmiş şəxs həyətinə tökülməsinin qarşısını almaq idi. Onlar qoz ağacını kəsdikdə ağacın budaqları onun öz həyətinə düşmüşdür, Zərərçəkmiş şəxs hasarına onun kəsdiyi qoz ağacı və ya onun budaqları düşməmişdir. Həmin hasar onun fikrincə onun üstündən keçən zaman özləri tərəfindən qırılmışdır. Çünkü hasarın üstündəki ağac sağlamdır, lakin hasarın ortasındakı ağac isə çürük olduğu üçün qırılmışdır. Həmin gün Zərərçəkmiş şəxs onu nalayiq ifadələrlə təhqir etmişdir. Eləcə də onun ailə üzvlərini təhqir etmişdir. Buna onun yanında olan ağac kəsən şəxslər, yəni Ədalət və Xalid də şahiddirlər. xx.xx.2020-ci il tarixdə saat 07 radələrində o və öz ailəsi həyətdə olan quraqlığın altında çörək yeyən zaman qonşuluqdan ucadan səslərin gəldiyini eşitdilər. Həmin vaxt onlara məlum oldu ki, qonşu Zərərçəkmiş şəxs həyətinə heyvanlar keçmişdir. Onun fikrincə həmin heyvanlar yol qapısından keçmişdir, çünkü səhər saat 07 radələrində Günayın əri Nizaməddin işə gedən zaman qapını açıq qoyaraq getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs həyətinə qonşu olan Dilarə “heyvanları daşlamayın, onları qapıdan çıxardın" dediyini eşitdi, həmin vaxt isə Günay “daşı heyvanların başına vurun, öldürün heyvanları” ifadəsini işlətdi. Daha sonra isə Zərərçəkmiş şəxs onun və arvadının ünvanına nalayiq ifadələr işlətməyə başladı, heyvanların ona görə keşdiyini bildirdi. Bu zaman o özünü pis hiss etdiyindən arvadı onu evə apardı və daha sonra təcili tibbi yardım maşını çağırdı. Onların mübahisəsi hasardanhasara olmuşdur. O, Zərərçəkmiş şəxs həyətinə keçməmişdir. Həmçinin onun həyətinə daş atmamışdır. Zərərçəkmiş şəxs ona böhtan atır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 8 ildir ki, əri Nizaməddin Osmaov ilə birlikdə Bakı şəhərində Qəbələ rayon Aydınqışlaq kəndinə köçmüşlər. Şəxs onunla qonşuluqda yaşayır, qonşu olduğu son bir il ərzində onların arasında münaqişələr baş verir. Aralarında olan münaqişələrin səbəbi isə Şəxs icazəsiz onun həyətinə girməsi, eləcə də azyaşlı uşaqlarına söz atması və 2019-cu ildə xalası X3 döyməsi olmuşdur. xx.xx.2020-ci il tarixdə Şəxs özünə məxsus həyətyanı sahədə olan qoz ağacını kəsməsi nəticəsində qoz ağacının budağı onun hasarına düşmüş və hasarı sınmışdır. O, Şəxsa sözü gedən hasarı düzəltməsini dəfələrlə bildirsə də, Şəxs həmin hasarı düzəltməmişdir. xx.xx.2020-ci il tarixdə saat 08 radələrində kəndin heyvanları onun həyətinə girmiş, həyətdə olan tərəvəzi yararsız vəziyyətə salmışdır və ona ümumilikdə 500 (beş yüz) manat maddi ziyan dəymişdir. xx.xx.2020-ci il tarixdə qonşu Dilarənin azyaşlı qızı Aysun onun azyaşlı qızı Nərmini çağıraraq tərəvəzdə heyvanların olduğunu bildirmiş və onlar dərhal heyvanları həyətrin giriş qapısından çıxartmışlar. Lakin sonradan heyvanları çıxaran zaman qızı Nərmin ona yol qapısının bağlı olduğunu, heyvanların həyətə giriş qapısından girmədiyini bildirmişdir. Onlar heyvanları həyətdən çıxartdıqdan sonra evə getdilər, lakin təxminən 20 dəqiqə sonra heyvanların tərəvəzdə olduğunu görərək, heyvanların həyətin giriş qapısından deyil, Şəxs tərəfindən sındırılaraq yararsız hala salınmış hasardan keçdiyini bildilər. Bu zaman qışqıraraq qonşusu Urfana nalayiq ifadə işlətdi və hasarı düzəltməli olduğunu bildirdi. Urfan isə onu və ailəsini nalayiq ifadələrlə təhqir etməyə və daş atmağa başladı. Təxminən 3 dəfə həmin daşlar azyaşlı qızlarına dəyməsin deyə özünü qabağa atmış və həmin daşlardan biri onun sol çiyin nahiyəsindən dəymişdir. Məhkəmə iclasında müdafiəçi X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10-Təcrübi və Tədris Birliyinin xx.xx.2020-ci il tarixli, 421 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol çiyinin ön səthinin qançırı kimi xəsarətlər vardır. Həmin xəsarətlər küt alətin (əşyanın) təsirindən müayinə olunanın qeyd etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilər. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X.Q.Kərimov tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tərəflərin izahatları, ekspert rəyi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulan Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli və barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 106-109, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbəblə Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-390/2020
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-390/2020
25.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver