Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-390/2022 01.09.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, Baş Dövlət Yol Polisi İdarəsinin İV Tağım YPX-nin inspektoru polis serjantı X3, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1962-ci ildə Qəbələ rayonunda anadan olmuş, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 31 iyul 2022-ci il tarixdə saat 00:29 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun 56-cı kilometrliyində etibarnamə ilə idarə etdiyi “Vaz 2101” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmaqla idarə etmişdir. Saxlanılan zamanı sürücünun nəqliyyat vasitəsini spirtli içki qəbul edib sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmişdir. Baş Dövlət Yol Polisi İdarəsinin İV Tağım YPX-nin inspektoru polis serjantı X2 Rahim Həmdi oğlunun Azərbaycan Respublikası İXM-nin 333.2-ci və 329.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Baş Dövlət Yol Polisi İdarəsinin İV Tağım YPX-nin inspektoru polis serjantı X6 izahatında bildirmişdir ki, Şəxs 31 iyul 2022-ci il tarixdə saat 00:29 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun 56-cı kilometrliyində etibarnamə ilə idarə etdiyi “Vaz 2101” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmaqla idarə etmişdir. Saxlanılan zamanı sürücünun nəqliyyat vasitəsini spirtli içki qəbul edib sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmişdir. Həmçini daha əvvəl - xx.xx.2022-ci il tarixdə Qəbələ rayon Polis Şöbəsinin polis mayoru X1 TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXMnin 333.1-ci və 329.3-cü maddələri ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 31 iyul 2022-ci il tarixdə etibarnamə idarə etdiyi “Vaz 2101” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ rayon, Vəndam qəsəbəsi ərazisində idarə edərkən yol polisi əməkdaşları tərəfindən saxlanıldı. Yol polisi əməkdaşı ondan sipirtli içki qəbul edib-etmədiyini soruşduqda o təxminən saat 22:00 radələrində spirtli içki olan araq içdiyini bildirdi. Polis əməkdaşı onu alkotestr vasitəsilə yoxladıqda spirtli içki qəbul etdiyi aşkar olundu. O alkotestr rəyi ilə razıdır. Heç bir etirazı yoxdur. Bir daha belə hallara yol verməyəcək. Törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını xahiş etmişdir. İş materiallarında olan Qəbələ rayon Polis Şöbəsinin polis mayoru X1 xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci və 329.3-cü maddələri ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə Şəxs törətdiyi əməli etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Beləliklə, məhkəmə qanunun bu normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Bundan başqa, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən İXM-nin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın baxılması məhkəmə aidiyyətində aid deyil və İXMnin 34-cü maddəsinin tələbi baxımından baxılması məhkəmənin səlahiyyətinə aid olmayan inzibati xəta haqqında işə məhkəmənin baxması nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-390/2022
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-390/2022
01.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver