Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-390/2025 01.09.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ RPŞ DYPB YPX inspektoru polis baş serjantı X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1980-cı ildə Mingəçevir şəhərində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ şəhəri, Nəsimi küçəsi ev 3-də yaşayan Şəxs barəsində AR İXM-nin 332.1 və 333.2-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində ondan ötrü inzibati xəta haqqında protokol (İXP 7386116) tərtib edilmişdir ki, o, xx.xx.2025-ci il tarixdə, saat 01:30 radələrində Qəbələ şəhəri, M.Abduyev küçəsində “X5” markalı **-VU-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə olmadan idarə etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılmış və yoxlanılarkən avtomobili il ərzində təkrarən sərxoş vəziyyətdə idarə etdiyi aşkar edilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu, Zarağan kəndində yaşayır. xx.xx.2025-ci il tarixdə, saat 01-30 radələrində spirtli içki qəbul etdiyi üçün sərxoş olmuş və “X5” markalı **-VU-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə olmadan idarə etmişdir. Bu səbəbdən Qəbələ şəhəri M.Abduyev küçəsi ilə hərəkətdə olarkən polis əməkdaşlarının “saxla” işərəsinə tabe olmamış və avtomobili sürərək uzaqlaşmışdır. Daha sonra Qəbələ rayon polis şöbəsinin DYPB-nin əməkdaşları tərəfindən polis şöbəsinə çağırılaraq alkotestr aparatı ilə yoxlanılmış və sərxoş olduğu aşkar edilərək barəsində protokol tərtib edilmişdir. İşdə olan 642546 nömrəli qəbzə əsasən xx.xx.2025-ci il tarixdə ALCOUİSOR aparatı ilə yoxlanan Şəxs qanında alkoqolun miqdarı 2,275 pr.ml olmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokolun surətinə əsasən Şəxs AR İXM-nin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutmuşdur. Həmin Məcəllənin 333.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs AR İXM-nin 332.1 və 333.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətmişdir. Ona görə də o, İXMnin müvafiq maddələrdə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən Şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü X2 adında uşağı vardır. Himayəsində bir nəfər azyaşlı uşağı olması Şəxs qızının məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən halı nəzərə alınaraq barəsində AR İXMnin 333.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə tənbeh tədbiri tətbiq olunması məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 332.1 və 333.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin (İXP 7386116) törədilməsində təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat cərimə edilsin. Qərarın icrası aid edilən hissədə Qəbələ rayon İcra və Probasiya şöbəsinə və AR DİN-in BDYPİ-nin Şəki Regional Qİ və TB şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-390/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-390/2025
01.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver