Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-391/2020 25.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qafarlı Yelmar Elman oğlunun katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin DYPB YPXBİ-nin polis leytenantı X2, zərərçəkmiş Qəbələ Bələdiyyəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə xx xxxx 1962-cü il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ Rayon Polis şöbəsi tərəfindən 25sentyabr 2020-ci il tarixdə AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 15:50 radələrində özünə məxsus “Opel” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilini Qəbələ şəhəri, Z.Əliyeva küçəsində spirtli içki içib sərxoş vəzyətdə idarə edərək qəza törətmiş, nəticədə Qəbələ Bələdiyyəsinə maddi ziyan dəymişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ Rayon Polis Şöbəsinin DYPB YPXBİ-nin polis leytenantı X4 göstərdi ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 15:50 radələrində özünə məxsus “Opel” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilini Qəbələ şəhəri, Z.Əliyeva küçəsində spirtli içki içib sərxoş vəzyətdə idarə edərək qəza törətmiş, nəticədə Qəbələ Bələdiyyəsinə maddi ziyan dəymişdir. Qəbələ rayon Polis şöbəsinin müstəntiqi polis kapitanı Loğman Abdulxalıqov tərəfindən HK-1/962 saylı material üzrə xx xxxxxxxx 2020-ci il tarixdə Şəxs əməlində cinayət tərkibi olmadığı üçün “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş və tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, özünə məxsus X9 markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 12 radələrində yaşadığı evdə təxminən 300 qram spirtli içki olan araq içmiş, sonra isə həmin avtomobili sərxoş vəziyyətdə idarə edərək Qəbələ şəhərinə gəlmiş, ancaq nə üçün Qəbələ şəhərinə gəldiyini xatırlamamışdır. Saat təxminən 15 radələrində avtomobilini idarə edərək üzü Vəndam qəsəbəsi istiqamətində 60 km\saat sürətlə evinə gedirmiş. Dəmiraparan çayının üzərindəki körpünün üstü ilə hərəkətdə olan zaman qəflətən idarəetməni itirmiş və avtomobilin sağ yan tərəfi körpünün üzərindəki kameranın dirəyinin yanındakı səkiyə dəymiş, avtomobili havaya qalxaraq çevrilmiş və arxası yuxarı çevrilib dayanmışdır. Bundan sonra orada olan tanımadığı şəxslər onu avtomobildən çıxarıb Qəbələ rayon xəstəxanasına yola salmışlar. Hadisə zamanı sağ əlindən xəsarət almışdır. Avtomobilində başqa heç kim olmamışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Törətdiyi əməldən çox peşimandır, barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Qəbələ Bələdiyyəsinin nümayəndəsi X3 izahatında göstərdi ki, Şəxs törətdiyi qəza zamanı avtomobil körpünün kənarında səkiyə dəymiş, beləliklə Qəbələ Bələdiyyəsinə maddi ziyan vurmuşdur. Şəxs tərəfindən dəymiş zərər aradan qaldırılmışdır. Ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmədən qanuni və ədalətli qərar qəbul edilməsini xahiş etdi. Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkili Vəkil çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın aradan qaldırılmasını, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmasının nəzərə alınmasını və barəsində yüngül qərar qəbul edilməsini xahiş edir. Qəbələ Rayon Polis şöbəsi İstintaq Bölməsində Şəxs barəsində toplanmış HK-1/962 nömrəli rədd materialına baxış keçirilərkən müəyyən olundu: - Sərxoşluq vəziyyətinin tibbi müayinənin 21avqust 2020-ci il tarixli, 351 nömrəli protokoldan görünür ki, Şəxs sərxoşluq vəziyyəti yoxlanılmış, sonuncunun qanında alkoqolun miqdarı 1,70‰ təşkil etmişdir. - AD214707 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “X9” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Şəxs məxsusdur. - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 55 nömrəli arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə Qaraməryəm-İsmayıllı-Şəki respublika əhəmiyyətli a/yolunun 67-ci km-də baş vermiş qəza nəticəsində körpüyə 50 azn-lik ziyan vurulmuşdur. - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 60 nömrəli arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə Qaraməryəm-İsmayıllı-Şəki respublika əhəmiyyətli a/yolunun 67-ci km-də Dəmiraparan çay körpüsü üzərində törətmiş olduğu yol hadisəsi zamanı körpünün təkərdəfedici hissəsinə dəymiş xəsarətlər sürücü tərəfindən bərpa edilmişdir. - Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və X5 rayon şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, № 438 saylı MTE-nin rəyindən görünür ki, Şəxs bədəni üzərində sağ əlin üst səthinin əzilmiş-cırılmış yarası kimi xəsarəti vardır. Həmin xəsarət küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə yəni xx xxxxxx 2020-ci ildə törənə bilər. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Məhkəmə baxışı zamanı araşdırılan sübutlar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 15:50 radələrində özünə məxsus “Opel” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilini Qəbələ şəhəri, Z.Əliyeva küçəsində spirtli içki içib sərxoş vəzyətdə idarə edərək qəza törətməsi, nəticədə Qəbələ Bələdiyyəsinə maddi ziyan vurması iş üzrə araşdırılmış digər sübutlarla təsdiq edilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan, Şəxs Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafedici izahatı və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı aradan qaldırmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi qəbul edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni vəəsaslı olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 saylı xx.xx.2014-ciil tarixli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”-nın 2.4-ci bəndinə əsasən “xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir”. Azərbaycan Respublikası İXM-in 333-cü maddəsinin qeyd hissəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsinə əsasən, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati icraat aparılan Şəxs şəxsiyyətini, törətdiyi əməli etiraf etməklə səmimi peşmançılığını və işin digər hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırmaqla cərimə inzibati tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-391/2020
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-391/2020
25.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver