Məhkəmə qərarları › İş №3(025)-391/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-391/2024

02.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-391/2024 02.08.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rаyоn Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1994-cü ildə Qəbələ rayonu, Hacallı kəndində anadan olmuş, Qəbələ şəhəri, X9 küçəsi ev 48-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2024-cü il tarixli MN 2012860) tərtib edilmişdir ki, o, xx.xx.2024-cü il tarixdə, saat 01:00 radələrində, Qəbələ şəhəri, M.F.Axundov küçəsində ictimai qaydanın mühafizə vəzifəsini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Protokol toplanmış materiallarla birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs, Şəxs özünü barəsində tərtib edilmiş protokolda göstərilmiş inzibati xəta hadisəsini törətməkdə təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 01:00 radələrində, Qəbələ şəhəri, M.F.Axundov küçəsində yerləşən evlərində arvadı X4 ilə aralarında qısqanclıq zəminində mübahisə olmuşdur. Samirənin hərəkətlərindən bezərək onun telefonunu alıb divara çırpmış, sonra Samirə azyaşlı oğlu Röyalı da götürərək küçəyə çıxmış və o, Samirənin dalınca gedib onu yumruq və sillə ilə vurmağa başlamışdır. Həmin vaxt xidmətdə olan polis əməkdaşları yaxınlaşıb ondan özləri ilə birlikdə polis şöbəsinə getməyi tələb etmiş, o, isə tabe olmayaraq qaçmağa cəhd etmiş və sərxoş olduğuna görə kobud ifadələr işlətmişdir. Lakin polis əməkdaşları onu tutaraq şöbəyə gətirmiş və izahatı alındıqdan sonra buraxılmışdır. X2 döydüyünə görə peşman olmuş və onunla barışmışdır. İş üzrə şahid X3 göstərmişdir ki, o, İmişli RPŞ İTB-nin sahə polis nəfəri vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə, saat 01:00 radələrində, İmişli RPŞ PPXB-nin komandir müavini polis leytenantı X6 ilə birlikdə Qəbələ şəhəri, M.F.Axundov küçəsində xidmətdə olarkən bir nəfər kişinin bir nəfər qadınla mübahisə etdiyini müşahidə edib onlara yaxınlaşmış və kişidən (Şəxs) onlarla birlikdə şöbəyə getməyi tələb etmişlər. Şəxs həmin vaxt sərxoş olmuş, onların tələbinə tabe olmayaraq evlərinə tərəf qaçmağa cəhd etmiş və nalayiq ifadələr işlətmişdir. Bundan sonra polis əməkdaşları onu tutaraq polis şöbəsinə gətirmişlər. İşdə olan xx.xx.2024-cü il tarixli 131 nömrəli Protokolun surətinə əsasən aparılan tibbi müayinə nəticəsində Şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu ( 1,205 prm.) aşkar edilmişdir. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddələrinin tərkibi vardır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Himayəsində iki nəfər azyaşlı uşağı olması Şəxs məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuıiyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən halən olmasını nəzərə alıb barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddələri ilə təqsirli bilinib 200 (iki yüz) manat cərimə edilsin. ərarın icrası Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti şikayəti verilə bilər. Qəbələ Rayon Məhkəmənin hakimi: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar