Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-392/2020 28.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbacan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə Qəbələ şəhərində Şəxs Zərərçəkmiş şəxs ilə mübahisə edərək ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X2 izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə Qəbələ şəhərində Şəxs Zərərçəkmiş şəxs ilə mübahisə edərək ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir.Təhqiqatın araşdırması nəticəsində tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə günortadan sonra “Baron Pub” kafesinə pivə içmək üçün getmişdit. Həmin kafedə pivə içdiyi zaman yan masada əyləşən sonradan adı və soyadının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxs müştəri qismində əyləşdiyi masadan ona tərəf baxaraq nalayiq ifadələr işlədirdi, lakin o, kafedə olduğu müddət ərzində Zərərçəkmiş şəxs heç bir reaksiya vermədi. Belə ki o, sadəcə olaraq Turaldan nalayiq ifadələr işlətməməsini xahiş edirdi, buna baxmayaraq Tural sərxoş vəziyyətdə olduğu üçün ona məhəl qoymurdu. O, kafedə pivə içdikdən sonra içərinin havası ağır olduğu üçün kafedən bayıra çıxaraq siqaret çəkməyə başladı və elə həmin vaxtı gördü ki, Zərərçəkmiş şəxs onunla birgə əyləşən Mirzağa Aslanovla birgə kafedən çıxaraq onun yanından keçdikləri zaman Tural yenidən onun ünvanına nalayiq ifadələr işlətdi, eləcə də ona tərəf əl atdı. O, da bu səbəbdən yumruqla Turalın sifət nahiyəsinə bir dəfə vurdu və onun vurduğu yumruğu Turalın sol göz nahiyyəsinə dəydi, daha sonra o, həmin yerdən çıxıb getdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə nahar vaxtı evində tək yarı litrə yaxın araq içdikdən sonra qohumu X3 mobil nömrəsinə zəng vuraraq onunla oturub yeyib-içməsini xahiş etdi və Mirzağa da ona cavab olaraq işinin olmadığını, onunla oturub yeyib-içə biləcəyini dedi. Daha sonra o, Mirzağa ilə Palıd kafesindən bir qədər aşağıda yerləşən adını bilmədiyi kafedə əyləşib yeyib-içdikdən sonra Qəbələ rayonuna gəldilər və onlar rayon mərkəzinə çatdıqdan sonra o, Mirzağaya dedi ki “Baron kafesinə gedərək orada pivə içək”. Mirzağa da ona razılıq verdikdən sonra onunla birgə Baron kafesinə getdi və zala daxil olub özünə və Mirzağaya pivə sifariş verdi. Onlar pivə içdiyi zaman masaya qulluq göstərən Rəqsanə adlı qadın ona “mənim üçün bir Hell energetik içkisi ala bilərsənmi?” deyə müraciət etdi, o isə həmin içkinin qiymətinin yüksək olmayacağını düşünərək ala biləcəyini dedi və bundan sonra Rəqsanə özü ilə bir ədəd Hell energetik içkisi alaraq gəlib onların masada əyləşib içdi. Yekunda o, pivə içdikdən sonra hesabı öyrəndiyi zaman kafenin sahibi ilə arasında mübahisə yaranmışdır. Lakin bu mübahisə zamanı onlar bir-birinə zor tətbiq etməmişdir. Daha sonra isə o, kafenin həyətindən çıxaraq getdiyi zaman kafenin çıxışında sonradan adının Cəlal olduğunu bildiyi şəxs ona hesabı ödəməli olduğunu bildirdi. O isə bu hesabı ödəyə bilməyəcəyini desə də Cəlal onu başa düşməyərək sol göz nahiyəsinə yumruq vurdu və aldığı zərbədən o yerə yıxıldı. Daha sonra isə qohumu Mirzağa Aslanov onu ayağa qaldırdı və o ilk olaraq yaşadığı evə getdi daha sonra isə polis şöbəsinə müraciət edti. Sonda isə Şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 53, 106-109, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-392/2020
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-392/2020
28.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver