Məhkəmə qərarları › İş №3(025)-392/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-392/2024

02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-392/2024 02.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin Şəki regional ərazi şöbəsinin nümayəndəsi Nümayəndə2, şikayət vermiş şəxs X4 iştirakları ilə X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin X2 rəisi Akif Əliyevin xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarından verdiyi şikayətə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: X14 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində inzibati tənbeh vermə haqqında X24 Xidmətinin X2 xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokolunu və onun əsasında tərtib edilmiş 22 iyul 2024-cü il tarixli, MN № ******* qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X24 Xidmətinin X2 inzibati xəta haqqında 22 iyul 2024-cü il tarixli, ******* nömrəli qərarı ilə onun, yəni "xxxx" MMC-nin direktoru X14 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 3000 (üç min) manat inzibati cərimə tətbiq edilmişdir. O, həmin qərarla razı deyil və hesab edir ki, qərar qanunsuz və əsassızdır. Belə ki, həmin qərarın çıxarılmasına əsas kimi bir neçə şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi barədə X24 Xidmətinin X5ndə baş əmək müfəttişi X31 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X24 Xidmətinin X2 rəisi X32 tərəfindən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Qeyd etmək istəyir ki, protokol və qərar iştirakı olmadan çıxarılmış və tərəfindən imzalanmamışdır. Ona görə ki, həmin protokolda qeyd olunan 9 nəfər işçi "xxxx" MMC-nin həmin vaxt işçiləri olmamış, protokol tərtib edilməmişdən təxminən 1 ay əvvəl öz ərizələrinə əsasən işdən çıxarılmışlar. X24 Xidmətinin X5 isə protokol və qərarını ehtimallara və şübhələrə əsasən, yəni elektron portalda işçilərin Qarabağ bölğəsinə giriş-çıxışı nəzərə alınmaqla tərtib edilmiş və "xxxx" MMC-nin həmin vaxt işçiləri olmaması nəzərə alınmamışdır. Əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, barəsində çıxarılmış X24 Xidmətinin X2 inzibati xəta haqqında 22 iyul 2024- cü il tarixli, ******* nömrəli qərarı əsassız və qanunsuzdur. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(025)-392/2024 nömrəli qərarı ilə X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin X2 rəisi Akif Əliyevin xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarından verdiyi şikayət təmin olunmaması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(107)-289/2024 nömrəli qərarı ilə X4 müdafiəçisi Vəkil tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin X2 rəisi Akif Əliyevin xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarından verdiyi şikayətin təmin olunmamasına dair Qəbələ Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 3(025)-392/2024 nömrəli qərarının ləğv edilməsi, inzibati xəta haqqında protokol və materiallar üzrə olan inzibati xəta haqqında işin mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Qəbələ Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən şikayət vermiş X14 şikayətin məzmunu ilə eyni izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin Şəki regional ərazi şöbəsinin nümayəndəsi Nümayəndə2 şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərmişdir ki, onlar 12 iyun 2024-cü il tarixində Kəlbəcərə işləməyə getmək üçün Şahnəzərov Anar ilə müqavilə bağlamışlar. İş daş işi olmuş, həmkəndliləri də orda işləmişdir. Onlar da işləmək üçün getmək istəyirmişlər. Bu məqsədlə müqavilə bağlamışlar, adlarına portal da açılmış, ancaq sonra işdən imtina etmişlər. Səbəbi isə burda Qəbələ rayonunda da işləməkləri olmuşdur. Burda ev işində işləyirmişlər. Evin sahibi demiş ki, bu işi tamamlamadan gedə bilməzsiz, iş sona çatdırılmalıdır. Onlar həmin işin qurtaracağı vaxtı əvvəlcədən hesablamışlar, ancaq sonradan əlavə görüləsi işlər olmuşdur, ona görə də müqavilə üzrə işləyəcəkləri işdən imtina etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında göstərmişdir ki, onların adlarına Şahnəzərov Anar tərfindın portal açılıb, ancaq işləri alınmadığı üçün gedə bilməmişlər. İşdən xoşu gəlmədiyi üçün getməmişdir. İndiyə qədər Qarabağda olmamışdır. Evdə tək imiş, biçin vaxtı taxılı biçdirəcək adam yox imiş, ona görə gedə bilməmişdir. Özü hörgü ustasıdır. İndi də rayonda işləyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 izahatında göstərmişdir ki, Şahnəzərov Anar ilə müqavilə bağlamışlar. Qonşu kəndlərdəndir, o Yenikənddəndir, Anar isə Bılıxdan. Həmin vaxt işsiz qalmışlar, ona müraciət etmişlər, müqavilə bağlamışlar, adlarına portal açılmışdır. Portal şirkətdə işəqəbulla bağlı açılıb. Onunla şirkət arasında əmək müqaviləsi bağlanıb. Şirkətdə daş ustası olaraq işləyəsi imiş və hörgü işlərinə baxacaqmış. Ancaq xəstələri olmuş, hüzrü olduğu üçün gedə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 izahatında göstərmişdir ki, halhazırda fəhlə işləyir, Qarabağda olmamışdır. Şahnəzərov Anarla müqavilə bağlamışlar, ancaq iş olmadığı üçün getməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 izahatında göstərmişdir ki, o, "xxxx" MMC-də işləmir. İşləri alınmadığı üçün getməmişlər. Taxıl sezonu olmuş, onların da Bılıx kəndində 2 ha əkin sahələri var. Biçin işləri ilə bağlı gedə bilməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin X2 inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli qərarı ləğv edilməli, X14 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında işə yenidən baxılması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin X3 tapşırılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin Şəki regional ərazi şöbəsinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 22 iyul 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin Şəki regional ərazi şöbəsinin rəisi A.R.X1 barəsində prokurorun qərarına baxaraq, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin Şəki regional ərazi şöbəsi tərəfindən "xxxx" MMC-nin direktoru X14 barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, "xxxx" MMC-nin direktoru X14 işğaldan azad edilmiş ərazilərdə iş icazəsi olmuş Ş.İsmayılov, İ.İsmayılov, S.Alcanov, A.Nurməmmədov, E.Göyüşov, Q.Qubadov, E.Nəsirov ilə xx.xx.2024-cü il tarixdən əmək müqaviləsi bağlamadan (hüquqi qüvvəyə minmədən) onları işlərin yerinə yetirilməsinə cəlb etmişdir və AR ƏM-nin 192.1-ci maddəsinin tələblərini pozmuşdur. İş materiallarında olan Elektron informasiya sisteminin məlumatına əsasən “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemində X9, X16, X26, X21, X7, X22, X10, X17 və X23 xx.xx.2024-cü il tarixdə "xxxx" MMC tərəfindən işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış şəxslərin siyahısında olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 4H9LK9T0005X0 nömrəli “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətinə əsasən X23 ilə "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 52.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır; 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 65.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraata müdafiəçi, zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə buraxılır. 65.2-ci maddəsinə əsasən müdafiəçi qismində və nümayəndə kimi inzibati xəta haqqında iş üzrə icraatda vəkil və ya digər şəxslər iştirak edə bilərlər. 65.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlandığı vaxtdan müdafiəçi və nümayəndə inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak etməyə buraxılırlar. Törədilmiş inzibati xətaya görə fiziki şəxs barəsində inzibati qaydada tutma tətbiq edildiyi hallarda müdafiəçi həmin şəxs inzibati qaydada tutulduğu vaxtdan inzibati xəta haqqında iş üzrə icraatda iştirak etməyə buraxılır. Göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin X5 öz qərarında əmək müqaviləsinin bağlanması və xitam edilməsinə dair alt sistemdən əldə etdiyi məlumatlarla, iqtisadi zonaya giriş informasiya sistemində əldə etdiyi məlumatlar arasında uyğunsuzluq aşkar etdikdə əlavə araşdırma aparmaqla müəyyən etməli idi ki, əmək müqaviləsinə xitam verilmiş şəxslərin iqtisadi zonaya giriş portalında adlarının qalması hansı səbəbdən qaynaqlanır, bu hal müəyyən edildikdən sonra digər vasitələrlə (əlaqəli şəxslərin izahatının alınması və digər mənbələrdən informasiya əldə edilməsi və sair) işçilərin həqiqətən də əmək müqaviləsinə xitam verildikdən sonrakı dövrdə də işə cəlb edilməsini müəyyən etməli idi. Daha sonra dəqiq müəyyən edilmiş faktlar əsasında həm hüquqi şəxs, həm də onun rəhbəri barəsində inzibati xəta haqqında protokol tərtib olunmalı idi. Hazırki vəziyyətdə iqtisadi zonaya giriş informasiya sistemində işçilərinin adının qalması birbaşa həmin şəxslərin əmək müqaviləsi olmadan işə cəlb edilməsi kimi qiymətləndirlə bilməz, bunun üçün qanuni əsas yoxdur, üstəlik bu halı təsdiq edəcək əlavə araşdırmanın nəticəsi üzrə sübut və faktlar da yoxdur. X6 inzibati məsuliyyətə cəlb etsə də, lakin həmin məsələyə səthi yanaşmış, kifayət qədər ətraflı araşdırılma aparılmamışdır. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(107)-289/2024 nömrəli qərarında göstərilmişdir ki, vətəndaşlar X9, X16, X26, X21, X7, X10, X17 və X11 həqiqətən əmək müqaviləsinə xitam verildikdən sonra "Qarabağ və Şərqi Zəngəzur” iqtisadi rayonlarında olub-olmadığını, həmin şəxslərin "Qarabağ və Şərqi Zəngəzur” iqtisadi rayonlarında əmək fəaliyyəti ilə məşğul olub-olmadığını, eləcə də əmək fəaliyyətinin “A CONSTRUCTİON" MMCnin xeyrinə icra edilib-edilmədiyini müəyyən etməmişdir. Məhkəmə araşdırması zamanı X7, X8, X19, X20 və X15 şahid qismində dindirilsələr də, bir-birinə uyğun olmayan ziddiyyətli ifadələr vermişlər. X9, X16, X26 və X12 isə məhkəmə zamanı ifadəsinin alınması mümkün olmamışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin Şəki regional ərazi şöbəsi bütün adıçəkilən şahidlərin izahatlarını almalı və şahidlərin izahatlarında olan fərqlilikləri müəyyən etməli, daha sonra X4 əməlində İXM-nin 192.1-ci maddəsinin tərkibinin olub-olmaması qənaətinə gəlinməlidir. Göründüyü kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin Şəki regional ərazi şöbəsi tərəfindən bəzi hallar kifayət qədər əsaslandırılmada X4 həqiqətəndə təqsirinin olması müəyyən edilmədən qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; Həmin Məcəllənin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir: Həmin Məcəllənin 135.1, 135.1.6-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin X2 inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli qərarı ləğv edilməli, X14 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında işə yenidən baxılması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin X3 tapşırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin X2 inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli qərarı ləğv edilsin. X14 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında işə yenidən baxılması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin X3 tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar