Məhkəmə qərarları › İş №3(025)-393/2020

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-393/2020

02.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-393/2020 02.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Günay Ələstun qızının katibliyi, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin polis baş serjantı X2 iştirakları ilə, xx.xx.1993-cü ildə Ağdaş rayonu, Bulaqotağı kəndində anadan olmuş, Ağdaş rayonu, Bulaqotağı kəndində qeydiyyatda olan Şəxs inzibati xətanı törətməsinə dair Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 21:05 radələrində sərxoş vəziyyətdə, Zarağan-Ağdaş yolunun 16-cı kilometrliyində “Mersedes Benz” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək yol nəqliyyat hadisəsi törədərək, Zərərçəkmiş şəxs məxsus “VAZ 21063 markalı **-BT-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə maddi ziyan vurmuşdur. Daha sonra isə o, hadisə yerindən yayınaraq tibbi müayinədən keçməkdən imtina etmişdir. Qəbələ RPŞ DYPB-nin YPX-nin polis baş serjantı X1 Rəşad Cavanşir oğlunun Azərbaycan Respublikası İXM-nin 343.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ RPŞ DYPB-nin YPX-nin polis baş serjantı X4 izahatında bildirmişdir ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 21:05 radələrində sərxoş vəziyyətdə, Zarağan-Ağdaş yolunun 16-cı kilometrliyində “Mersedes Benz” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək yol nəqliyyat hadisəsi törətmiş, qarşı tərəfə maddi ziyan vurmuşdur. Daha sonra isə o, hadisə yerindən yayınaraq tibbi müayinədən keçməkdən imtina etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 20:30 radələrində sərxoş vəziyyətdə etibarnamə ilə idarə etdiyi “Mersedes Benz” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zarağan-Ağdaş yolunun 16-cı kilometrliyində yeni tikilən dəmir yol vağzalının qarşısında dayanmış VAZ 21063 markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Daha sonra isə hadisə yerindən yayınmışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 20:30 radələrində etibarnamə ilə idarə etdiyi VAZ 21063 markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili Zarağan-Ağdaş yolunun 16-cı kilometrliyində yeni tikilən dəmir yol vağzalının qarşısında yolun sağında saxladığı zaman Ağdaş istiqamətindən hərəkətdə olan “Mersedes Benz” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobil onun maşınını arxadan vuraraq hadisə yerindən qaçmışdır.Hal-hazırda Şəxs şikayətçi deyil, lakin, gələcəkdə avtomobilinə dəymiş ziyan aradan qaldırılmasa, şikayətlə müvafiq orqanlara müraciət edəcəkdir. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.2-ci maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Beləliklə, məhkəmə qanunun bu normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmə hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar