Məhkəmə qərarları › İş №3(025)-394/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-394/2022

20.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-394/2022 20.09.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidmət Alayının İV Tağım Yol patrul xidməti inspektoru polis serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Gürcüstan Respublikası, Bolnisi rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 10 iyul 2022-ci il tarixdə axşam radələrində özünə məxsus olan, baş etibarnamə əsasında idarə etdiyi Mercedes Benz C 220 markalı, ** GS *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhərindən çıxıb Oğuz rayonu istiqamətində hərəkətdə olarkən 22:30 radələrində avtomobili Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Qəbələ rayonu Bunud kəndi yaxınlığından keçən 49-cu km-də Şəki istiqamətində 50-60 km/saat sürətlə idarə edən zaman qarşıdan gələn avtomobilin işıqları gözünə düşdüyündən yolun təmir işləri aparılan hissəsini yaxşı görə bilməmiş, sağ tərəfə ayrılan köməkçi yola dönərək hərəkətini davam etdirməli olmasına baxmayaraq hərəkətini düzünə davam etdirmiş, bu zaman avtomobilin qarşı sağ hissəsi təmir yerinə qoyulmuş beton səddə çırpılıb dayanmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilin salonunda olan sərnişinlər - Zərərçəkmiş şəxs və onun azyaşlı övladı xx.xx.2013-cü il təvəllüdlü X6 bədən xəsarəti almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Baş İstintaq və Təhqiqat İdarəsinin Yol X4 X10 və Təhqiqat Şöbəsinin baş təhqiqatçısı polis mayoru X5 10 avqust 2022-ci il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidmət Alayının İV Tağım Yol patrul xidməti inspektoru polis serjantı X2 tərəfindən 02 sentyabr 2022-ci il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Baş Dövlət Yol Polisi İdarəsinin Yol- Patrul Xidmət Alayının İV Tağım Yol patrul xidməti inspektoru polis serjantı X2 izahatında bildirmişdir ki, Şəxs 10 iyul 2022-ci il tarixdə axşam radələrində özünə məxsus olan, baş etibarnamə əsasında idarə etdiyi Mercedes Benz C 220 markalı, ** GS *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhərindən çıxıb Oğuz rayonu istiqamətində hərəkətdə olarkən 22:30 radələrində avtomobili Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Qəbələ rayonu Bunud kəndi yaxınlığından keçən 49-cu km-də Şəki istiqamətində 50-60 km/saat sürətlə idarə edən zaman qarşıdan gələn avtomobilin işıqları gözünə düşdüyündən yolun təmir işləri aparılan hissəsini yaxşı görə bilməmiş, sağ tərəfə ayrılan köməkçi yola dönərək hərəkətini davam etdirməli olmasına baxmayaraq hərəkətini düzünə davam etdirmiş, bu zaman avtomobilin qarşı sağ hissəsi təmir yerinə qoyulmuş beton səddə çırpılıb dayanmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilin salonunda olan sərnişinlər - Zərərçəkmiş şəxs və onun azyaşlı övladı xx.xx.2013-cü il təvəllüdlü X6 bədən xəsarəti almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, Mercedes Benz C 220 markalı, ** GS *** dövlət qeydiyyat nişanlı minik avtomobili ona məxsusdur. Avtomobili baş etibarnamə əsasında “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. 10 iyul 2022-ci il tarixdə axşam radələrində Mercedes Benz markalı avtomobillə Bakı şəhərindən çıxıb Oğuz rayonuna gedirdim. Avtomobili o, idarə edirdi, bacısı Zərərçəkmiş şəxs qarşı sağ oturacaqda, onun azyaşlı övladları X6 və X3 arxa oturacaqda oturmuşdular. Saat təxminən 21:30 radələrində avtomobili İsmayıllı-Qəbələ yolunun Bunud kəndi yaxınlığından keçən hissəsində Qəbələ istiqamətində təxminən 50-60 km/saat sürətlə idarə etdiyi zaman qarşıdan gələn avtomobilin işıqları gözünə düşdüyündən yolun təmir işləri aparılan hissəsini yaxşı görə bilmədi. Sağ tərəfə ayrılan köməkçi yola dönmək əvəzinə hərəkətini düzünə davam etdirdi. Elə bu anda da avtomobilin qarşı sağ hissəsi təmir yerinə qoyulmuş beton səddə çırpıldı. Hadisə nəticəsində o, heç bir bədən xəsarəti almadı. Bacısı Aynurənin azyaşlı qızı Mayanın başı sıyırldığı üçün onu yoldan keçən avtomobillərin biri ilə Qəbələ xəstəxanasına apardılar. Xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra xəsarəti ciddi olmadığı üçün evə buraxıldılar. Bacısı və Mədinə də heç bir xəsarət almadılar. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 10 iyul 2022-ci il tarixdə axşam radələrində qardaşı Şəxs idarə etdiyi Mercedes Benz C 220 markalı, ** GS *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhərindən çıxıb Oğuz rayonuna gedirdilər. O, təhlükəsizlik kəmərini bağlamaqla qarşı sağ oturacaqda, azyaşlı övladları X6 və X3 arxa oturacaqda oturmuşdular. Saat təxminən 21:30 radələrində İsmayıllı-Qəbələ yolunun Bunud kəndi yaxınlığından keçən hissəsində Qəbələ istiqamətində təxminən 50-60 km/saat sürətlə hərəkətdə olduqları zaman qarşıdan gələn avtomobilin işıqları Əlyarın gözünə düşdüyündən yolu yaxşı görə bilmədi və avtomobilin qarşı sağ hissəsi təmir yerinə qoyulmuş beton səddə çırpıldı. Hadisə nəticəsində onun alnı sıyrıldı və qızı Mayanın başı sıyırldı. Yoldan keçən avtomobillərin biri ilə Qəbələ xəstəxanasına getdik. Xəstəxanada onlara ilk tibbi yardım göstərildikdən sonra xəsarəti ciddi olmadığı üçün evə buraxıldılar. Qardaşı və qızı Mədinə isə heç bir xəsarət almadılar. Həmçinin Zərərçəkmiş şəxs yazılı ərizə təqdim edərək Şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidmət Alayının İV Tağım Yol patrul xidməti inspektoru polis serjantı X2 tərəfindən tərtib edilən 02 sentyabr 2022-ci il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokolla və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə Şəxs əməlini etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsinin sanksiyasında nəzərdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar