Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-394/2023 02.08.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Zaqatala hərbi prokurorunun böyük köməkçisi, ədliyyə mayoru X2, Müdafiəçi - Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılan şəxs Şəxs iştirakları ilə Şəxs - 1988-ci il dekabrın 29-da Qəbələ rayonu Tüntül kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Qəbələ rayon, Tüntül kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Qəbələ rayon Prokurorluğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati material baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. Zaqatala Hərbi Prokurorluğundan daxil olmuş materialda göstərilir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının N nömrəli hərbi hissəsinin radiasiya və kimyadan mühafizə bölüyünün, deqazasiya və dezaktivasiya taqımının, deqazasiya və dezaktivasiya manqasının, baş kimyaçı deqazatoru vəzifəsində xidmət edən, əsgər Zərərçəkmiş şəxs 05 may 2023-cü il tarixdə saat 10 radələrində Qəbələ rayonu, Tüntül kəndində yerləşən 15 saylı regional meşə təsərrüfatı mərkəzinin Yenikənd meşəbəyliyinin 03 saylı meşə dolayının 14-cü kvartalının ərazisi olmaqla 38T0743***-******* saylı kordinatda yerləşən meşə bağında olan zaman, Şəxs istifadəsində olan heyvanları həmin bağa salmış, bu zaman onunla İlkinin arasında mübahisə yaranmış və onlar bir-birilərinə qarşı nalayiq ifadələr işlətməklə bir-birilərinə yumruq zərbəsi vurub zor tətbiq etmişlər. Mübahisə zamanı Zərərçəkmiş şəxs əlində balta olmuş, llkin Abdurazakovun əlində isə ağac parçası olmuşdur. Bununla da 27 iyul 2023-cü il tarixdə “inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” qərar qəbul olunmuşdur. Məhkəmə iclasında Zaqatala hərbi prokurorunun böyük köməkçisi, ədliyyə mayoru X3 göstərdi ki, sözügedən hadisə Qəbələ rayon Polis şöbəsində araşdırıldıqdan sonra aidiyyəti üzrə Azərbaycan Respublikası Hərbi Prokurorluğu vasitəsi ilə göndərilərək, 23 iyun 2023-cü il tarixdə Zaqatala Hərbi Prokurorluğuna daxil olmuş və həmin tarixdən Zaqatala Hərbi Prokurorluğunda araşdırılan 27C-33 nömrəli materialdan ayrılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının N nömrəli hərbi hissəsinin radiasiya və kimyadan mühafizə bölüyünün, deqazasiya və dezaktivasiya taqımının, deqazasiya və dezaktivasiya manqasının, baş kimyaçı deqazatoru vəzifəsində xidmət edən, əsgər Zərərçəkmiş şəxs 05 may 2023-cü il tarixdə saat 10 radələrində Qəbələ rayonu, Tüntül kəndində yerləşən 15 saylı regional meşə təsərrüfatı mərkəzinin Yenikənd meşəbəyliyinin 03 saylı meşə dolayının 14-cü kvartalının ərazisi olmaqla 38T0743***-******* saylı kordinatda yerləşən meşə bağında olan zaman, Şəxs istifadəsində olan heyvanları həmin bağa salmış, bu zaman onunla İlkinin arasında mübahisə yaranmış və onlar bir-birilərinə qarşı nalayiq ifadələr işlətməklə bir-birilərinə yumruq zərbəsi vurub zor tətbiq etmişlər. Mübahisə zamanı Zərərçəkmiş şəxs əlində balta olmuş, llkin Abdurazakovun əlində isə ağac parçası olmuşdur. Zaqatala Hərbi prokurorunun köməkçisi, ədliyyə baş leytenantı X4 tərəfindən 24 iyul 2023-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Bununla da 27 iyul 2023-cü il tarixdə “inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” Zaqatala Hərbi prokoru, ədliyyə polkovnik-leytenantı Emin Quliyev tərəfindən qərar qəbul olunmuşdur. Belə ki, araşdırma nəticəsində müəyyən edilmişdir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətmişdir. Qeyd olunanlar araşdırma zamanı alınmış izahatlar, tibbi ekspert rəyi və digər sənədlərlə təsdiq edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilərək izahatında halhazırda Zərərçəkmiş şəxs ondan şikayəti olmaması və onların barışdığını, ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılan şəxs Şəxs Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsi tətbiq edilməklə inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Şəxs ona zor tətbiq edərək sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmişdir. Hal-hazırda Şəxs ilə barışmışlar. Sonda Zərərçəkmiş şəxs bildirdi ki, Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək, Şəxs ilə barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək, Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X1 canlı şəxsin ekspertizasının xx.xx.2023-cü il tarixli 176 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində "sol baldırın bayır aşağı 1/3-nin, sol qoltuqaltı nahiyənin qançırı, sol əlin İİİ barmağının dırnaq falanqasının üst səthinin, sol əlin üstündə İİİ daraq sümüyü nahiyəsinin və sağ baldırın ön aşağı 1/3-nin sıyrıqları" kimi xəsarəti vardır. Qeyd olunan xəsarətlər küt alətin (əşyaların) təsirindən törənmişlər. Törənmə müddətlərinə görə "sol baldırın bayır aşağı 1/3-nin, sol qoltuqaltı nahiyənin qançırı" xəsarətləri 05 may 2023-cü il tarixdə, sol əlin İİl barmağının dırnaq falanqasının üst səthinin, sol əlin üstündə İİİ daraq sümüyü nahiyəsinin və sağ baldırın ön aşağı 1/3-nin sıyrıqları" xəsarətləri 05 may 2023-cü il tarixdən 4-5 gün əvvəl törənməsinə uyğun gəlir. Həmin xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətlərinə aiddir. İşdə olan Zaqatala Hərbi prokurorunun köməkçisi, ədliyyə baş leytenantı X4 tərəfindən 24 iyul 2023-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qullquçusu, əsgər Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat 10 radələrində 15 saylı regional meşə təsərrüfatı mərkəzinin Yenikənd meşəbəyliyinin 03 saylı meşə dolayının 14-cü kvartalının ərazisi olmaqla 38T0743***-******* saylı kordinatda yerləşən meşə bağında vətəndaş Şəxs zor tətbiq etməsi faktı qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcələsinə əsasən cinayət əməli sayılmadığından həmin xüsusatlar üzrə Zərərçəkmiş şəxs barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası CPM- nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. İşdə olan Zaqatala Hərbi prokoru, ədliyyə polkovnik-leytenantı Emin Quliyev tərəfindən qəbul edilmiş 27 iyul 2023-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün onun barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılması və qərarın baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs zor tətbiq edərək sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirməsi və bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı barəsində inzibati icraat aparılan və zərərçəkmiş şəxsin izahatı və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Bununla yanaşı məhkəmə, Şəxs məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, tərəflərin barışması və bununla bağlı müvafiq ərizə ilə məhkəməyə müraciət etmələri nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu tətbiq edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsi tətbiq edilməklə inzibati məsuliyyətdən azad edilsin. Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-394/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-394/2023
02.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver