Məhkəmə qərarları › İş №3(025)-395/2020

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-395/2020

20.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-395/2020 20.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan Şəxs iştirakı ilə Şəxs - 1959-cu il yanvarın 01-də Qəbələ rayon Aydınqışlaq kəndində doğulmuş, orta təhsilli, evli, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu Aydınqışlaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon Polis şöbəsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə Qəbələ rayonu Aydınqışlaq kəndi yaxınlığında meşə ərazisində özünə məxsus ov tüfəngi ilə (bir) ədəd boz rəngdə çöl dovşanını lazımı icazə olmadan ovlayaraq ov qaydalarını kobud şəkildə pozmuşdur. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan xx xxxxxxxx 2020-ci il tarixdə MN ******* nömrəli həmin inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilərək göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 20:30 radələrində Qəbələ rayonu Aydınqışlaq kəndində özünə məxsus bağ sahəsinə getmişdir. Bağ sahəsinə getməsinə səbəb bağda əkmiş olduğu yeni ağaclara çöl dovşanlarının zərər yetirməsi olmuşdur. Bu zaman sənədlə özünə məxsus olan 1 ədəd qoşa lülə, 16 kalibirli, lülə, bala qundaq və qundaq nömrəsi 24474 nömrəli ov silahı ilə bir ədəd çöl dovşanını ovlamışdır. Daha sonra çöl dovşanını ətindən istifadə etmək üçün soymuş, lakin iyrəndiyindən onu kənara atmışdır. Bu zaman ona polis əməkdaşları yaxınlaşmış və onu Qəbələ rayon Polis şöbəsinə gətirmişlər. Törətdiyi əməldən peşimandır. Barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli “mülki ov silahının və 1 ədəd çöl dovşanının götürülməsi barədə” aktdan görünür ki, Şəxs Qəbələ RPŞ tərəfindən verilmiş 68 nömrəli ov silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün şəhadətnamə, 1 ədəd qoşa lülə, 16 kalibirli, lülə, bala qundaq və qundaq nömrəsi 24474 nömrəli ov silahı və 1 ədəd boz rəngdə çöl dovşanı götürülmüşdür. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli “mülki ov silahının növbətçi hissəyə təhvil verilməsi barədə” aktdan görünür ki, Şəxs Qəbələ RPŞ tərəfindən verilmiş 68 nömrəli ov silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün şəhadətnamə, 1 ədəd qoşa lülə, 16 kalibirli, lülə, bala qundaq və qundaq nömrəsi 24474 nömrəli ov silahı Növbətçi Hissəyə hissəyə təhvil verilmişdir. İş materiallarında olan Qəbələ rayon Polis şöbəsi tərəfindən xx xxxxxx 2008-ci ildə verilmiş 68 №-li şəhadətnamənin surətindən görünür ki, bir ədəd qoşa lülə, 16 kalibrli, 24474 nömrəli ov silahı saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün Şəxs verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və X1 tərəfindən Qəbələ rayon Polis şöbəsinə ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli, 1039 nömrəli məktubdan görünür ki, 1 (bir) baş boz rəngdə çöl dovşanının ovlanması nəticəsində təbiətə dəymiş ziyan 10 (on) manat təşkil edir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli səmimi etiraf edib peşiman olmasını və yaşını inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsinə əsasən, Ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməməklə, bir il müddətə ov hüququ məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsiilə təqsirli bilinib, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməməklə, 01 (bir) il müddətinə ov hüququ məhdudlaşdırılsın. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar