Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-396/2020 09.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Günay Ələstun qızının katibliyi, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və Qəbələ Rayon Polis Şöbəsinin DYPB YPXİ X2 iştirakları ilə, xx.xx.1950-ci ildə Qəbələ rayonu, Zarağan kəndində anadan olmuş, Qəbələ rayonu, Zarağan kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2020-ci il tarixdə saat 07:55 radələrində Qəbələ rayon Zarağan 2 ərazisində Qaradok adlanan dairədə nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan Vaz 2106 markalı, ** BH *** dövlət qeydiyyat nişanlıavtomobili idarə etmiş, yol hərəkəti qaydalarını – yolayrıcı keçmə qaydalarını pozmuş, nəticədə sürücü Zərərçəkmiş şəxs Şəki istiqamətində idarə etdiyi İJ 27175 yük markalı ** KU *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və ona maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası Qəbələ Rayon Polis Şöbəsinin DYPB YPX inspektoru X1 Rafiq Murad oğlunun Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Azərbaycan Respublikası Qəbələ Rayon Polis Şöbəsinin DYPB YPX inspektoru X4 izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 07:55 radələrində Qəbələ rayon Zarağan 2 ərazisində Qaradok adlanan dairədə nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan Vaz 2106 markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş, yol hərəkəti qaydalarını – yolayrıcı keçmə qaydalarını pozmuş, nəticədə sürücü Zərərçəkmiş şəxs Şəki istiqamətində idarə etdiyi İJ 27175 yük markalı ** KU *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və ona maddi ziyan vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 07:55 radələrində Vaz 2106 markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qəbələ rayon Zarağan 2 Qaradok şəhərciyindən Qaradok dairəsinə hərəkətdə olan zaman yol ayrıcına daxil olaraq diqqətsizliyə yol vermiş, nəticədə Zarağan istiqamətindən gələn İJ 27175 yük markalı ** KU *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Vaxtı bitdiyindən onun sürücülük hüququ hal-hazırda yoxdur. Hadisə zamanı ciddi bədən xəsarəti almamışdır, spirtli içki qəbul etməmişdir. Əməlindən peşimandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 07:55 radələrində etibarnamə ilə idarə etdiyi İJ 27175 yük markalı ** KU *** dövlət qeydiyyat nişanlı avtomaşınla Qəbələ rayon Zarağan 2 Qaradok adlanan dairədə hərəkətdə olduğu zaman şəhərcik istiqamətindən gələn Vaz 2106 markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil yolayrıcını keçmə qaydasını pozaraq qəflətən qarşısına çıxmış və nəticədə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Şəxs dəymiş ziyanı tələb edir. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə Şəxs törətdiyi əməli etiraf edərək peşimançılıq hissi keçirməsini məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbəblə Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-396/2020
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-396/2020
09.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver