Məhkəmə qərarları › İş №3(025)-396/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-396/2022

19.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-396/2022 19.09.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, şikayətçi X1 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X9 Xidməti Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin nümayəndəsi X3 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X9 Xidməti Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin rəisi X11 tərəfindən qəbul edilmiş 23 avqust 2022-ci il tarixli, MN ******* saylı qərarından X1 şikayətinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Şəki regional ərazi şöbəsi tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə tərtib edilmiş 23 avqust 2022- ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Şəki regional ərazi şöbəsi tərəfindən 23 avqust 2022-ci il tarixli, MN ******* nömrəli qərar qəbul edilmiş və 1000 manat cərimə edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Şəki regional ərazi şöbəsinin 23 avqust 2022-ci il tarixli, MN ******* nömrəli qərarı ilə aşağıdakı səbəbdən razılaşmır. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Şəki regional ərazi şöbəsi tərəfindən şikayətçi X4 ərizəsi əsasında araşdırma aparılmışdır. Araşdırma zamanı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi əsas götürülmüş, 1000 manat məbləğində cərimə tətbiq edilmişdir. İnzibati tənbeh vermə haqqında 23 avqust 2022-ci il tarixli, MN ******* nömrəli qərar icra edilməsi üçün ona göndərilmişdir. Hesab edir ki, araşdırma düzgün aparılmamış və nəticədə hüquqları pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. “X6 Şirkəti” MMC "xxxx" MMC-nin tabeçiliyindədir. Həmçinin direktoru olduğu “X6 Şirkəti” MMC özü öz büdcəsini formalaşdırmaqdadır. İşçillərə əvvəllərdə əmək haqqının verilməsində gecikmələr olmuşdur. Bununla bağlı "xxxx" MMC- yə müraciət olunmuş və onların köməyi ilə işçilərin əmək haqqı verilmişdir. Hal-hazırda da vəziyyət belədir və bu yaxınlarda bütün işçilərin əmək haqqı ödəniləcəkdir. Ona görə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Şəki regional ərazi şöbəsi tərəfindən baxılan inzibati xəta haqqında iş üzrə inzibati tənbehin edilməsi haqqında 23 avqust 2022-ci il tarixli, MN ******* nömrəli qərarı əsassız olduğuna görə ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Regional ərazi şöbəsinin 23 avqust 2022-ci il tarixli, MN ******* nömrəli qərarı ona poçt vasitəsilə göndərilmiş və 29 avqust 2022-ci il tarixdə ona təqdim edilmişdir. Bu səbəbdən şikayət üçün qanunda nəzərdə tutulmuş 10 gün müddəti ötürməmişdir. Beləliklə, inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq müddət keçməsi səbəbindən barəsində inzibati tənbeh tətbiq edilə bilməz. Bu səbəbdən də, barəsində qəbul olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vanında X9 Xidməti Səki Regional ərazi şöbəsinin 23 avqust 2022-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinə uyğun izahat verərək, şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X9 Xidməti Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin nümayəndəsi X7 izahatında göstərmişdir ki, “X6 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətində istismar idarəsinin rəisi vəzifəsində işləyən X5 əmək haqqı qanunvericlikdə nəzərdə tutulmuş müddətdə ödənilməmişdir. Bununla da Azərbaycan Respublikası Əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Nəticədə “X6 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 tərəfindən İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qeyd olunan halla bağlı baş əmək müfəttişi Abdullayev Ruslan tərəfindən xx.xx.2022-ci il tarixdə M№ ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokol əsasında X9 Xidməti Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin rəisi X11 tərəfindən MN № ******* nömrəli 23 avqust 2022-ci il tarixli qərar qəbul edilmiş və X2 İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1000 manat məbləğində cərimə edilmişdir. Qeyd olunan pozuntu üzrə protokol xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir. Qeyd olunan pozuntu uzanan hüquq pozuntularına aid olduğundan qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməmişdir. Sonda isə məhkəmədən şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını, şikayətin dəlillərini və ona əlavə edilmiş sənədləri araşdırıb, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, “X6 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətində istismar idarəsinin rəisi vəzifəsində işləyən X5 əmək haqqı qanunvericlikdə nəzərdə tutulmuş müddətdə ödənilməmişdir. Bununla da Azərbaycan Respublikası Əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Nəticədə “X6 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 tərəfindən İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşdə olan inzibati tənbeh vermə haqqında MN № ******* nömrəli 23 avqust 2022-ci il tarixli qərardan görünür ki, X9 Xidməti Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin rəisi X11 “X6 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 barədə tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokola baxaraq, X1 İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1000 manat məbləğində cərimə edilməsini qərara almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, işçi X5 əmək haqqı qanunvericlikdə nəzərdə tutulmuş müddətdə ödənilməməklə Azərbaycan Respublikası Əmək Qanunvericiliyinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə şikayətin dəlillərini və əlavə olunmuş sənədlərə hüquqi qiymət verərək hesab edir ki, inzibati orqan tərəfindən bütün zəruri tədbirlər görülmüş və sonda fakta düzgün olaraq hüquqi qiymət verilmişdir. Odur ki, X1 şikayəti əsassız olduğundan təmin edilməməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X9 Xidməti Şəki- Zaqatala Regional Ərazi Şöbəsinin rəisi X11 tərəfindən qəbul edilmiş 23 avqust 2022-ci il tarixli, MN ******* saylı qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X9 Xidməti Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin rəisi X10 tərəfindən qəbul edilmiş 23 avqust 2022-ci il tarixli, MN ******* saylı qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar