Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-397/2022 08.09.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs QSC-nin nümayəndəsi Nümayəndə, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1982-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Qəbələ rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 xx.xx.2022-ci il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 protokolu müdafiə edərək bildirdi ki, Şəki Apelyasiya Məhkəməsinin 26 avqust 2019-cu il tarixli 2(107)- 2502/2019 saylı qətnaməsinə əsasən cavabdeh Şəxs tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli, 2(025)-6/2019 nömrəli qətnaməsi qismən-cavabdeh X5 aid iddianın təmin olunmuş hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmişdir. iddiaçı Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Şəxs, Bayramari iqor Qeorqiyeviçə, X5 və X6 qarşı kredit borcu və borc tələbinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası cavabdeh X5 aid hissədə rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamənin dəyişdirilmədən saxlanılmış hissəsi ilə, iddia qismən təmin edilmiş, cavabdehlər Şəxs və X1 müştərək qaydada Zərərçəkmiş şəxs X4 xeyirinə qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 13 avqust 2014-cü il tarixli 07R000010734 nömrəli kredit razılaşması üzrə 13.032,94 ABŞ dolları məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 5.084,08 ABŞ dolları məbləğində faiz borcu, 1300 ABŞ dolları cərimə borcu, cəmi 19.417,02 ABŞ dolları borc və habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı, cəmi 61 (altmış bir) manat tutulması, borc tələbi ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ üzrə Şəxs məxsus, Qəbələ şəhəri, Bakıxanov küçəsində yerləşən 0,03 ha torpaq sahəsi və həmin torpaq üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 153,7 m2 yardımçı, 39,3 m2 yaşayış, 193 m2 ümumi sahədən ibarət olan fərdi yaşayış evinə yönəldilmə, həmin daşınmaz əmlakın açıq hərraca çıxarılması, Qəbələ şəhəri, Bakıxanov küçəsində yerləşən 0,03 ha torpaq sahəsi və həmin torpaq üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 153,7 m2 yardımçı, 39,3 m2 yaşayış, 193 m2 ümumi sahədən ibarət olan fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 38.000 (otuz səkkiz min) manat müəyyən edilməsi, mənzilin satılması və və ondan əldə ediləcək vəsait cavabdeh Şəxs banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğin cavabdeh Şəxs qaytarılması, cavabdeh Şəxs və X3 Qəbələ şəhəri, Bakıxanov küçəsində yerləşən 0,03 ha torpaq sahəsi və həmin torpaq üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 153,7 m2 yardımçı, 39,3 m2 yaşayış, 193 m2 ümumi sahədən ibarət olan fərdi yaşayış evini həmin daşınmaz əmlak açıq hərracdan satıldıqdan ən geci bir ay ərzində tərk etmələri, evin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan borc icra haqqında Qanunun tələblərinə uyğun olaraq ümumi qaydada cavabdehdən tutulması qət edilmişdir. İcraata başlamaq haqqında qərar və bildiriş borcluya verilmiş, dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunmağına baxmayaraq borclu məhkəmə qərarının icasından müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Belə ki, 15 oktyabr 2020-ci il tarixdə keçirilən hərracda ipoteka predmenti olan fərdi yaşayış evi 24225 manata Zərərçəkmiş şəxs QSC-nə satılmışdır və fərdi yaşayış evi hazırda həmin bankın tam mülkiyyətindədir. Lakin borclu fərdi yaşayış evindən çıxmayaraq Şəki Apelyasiya Məhkəməsinin 26 avqust 2019-cu il tarixli 2(107)-2502/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrasından yayınır. Məhkəmədən müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında borclu Şəxs verdiyi izahatında göstərmişdir ki, sözügedən qətnamənin icrasından yayınmır. O, Qəbələ şəhəri, Bakıxanov küçəsində yerləşən 0,03 ha torpaq sahəsi və həmin torpaq üzərində yerləşən fərdi yaşayış evindən çıxmışdır. Lakin həyat yoldaşı, uşaqları evi tərk etməkdən və boşaltmaqdan boyun qaçırırlar. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs QSC-nin nümayəndəsi Nümayəndə verdiyi izahatında göstərmişdir ki, 15 oktyabr 2020-ci il tarixdə keçirilən hərracda ipoteka predmenti olan fərdi yaşayış evi 24225 manata Zərərçəkmiş şəxs QSC-nə satılmışdır və fərdi yaşayış evi hazırda həmin bankın tam mülkiyyətindədir. Lakin borclu fərdi yaşayış evindən çıxmayaraq Şəki Apelyasiya Məhkəməsinin 26 avqust 2019-cu il tarixli 2(107)-2502/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrasından yayınır. Şəxs dəfələrlə evin boşaldılmasına görə möhlət verilsə də, qətnamə icra olunmamışdır. Sonda isə məhkəmədən borclu Şəxs barəsində müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs qeyd edilən qətnamənin icrasından qəsdən yayınmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində inzibati xəta tərkibi olmadığı üçün, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, təqdim edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri araşdıraraq, hesab edir ki, Şəxs icra məmurunun qanuni tələblərinə tabe olmayaraq qeyd olunan icra sənədində göstərilən tələbi yerinə yetirməkdən yayınmışdır və o, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Konstitusiyanın 129-cu maddəsinin İ və İİ hissələrinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə görə, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.1-15.3-cü maddələrində qeyd edilir ki, məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – “İcra haqqında” Qanun) ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuşdur və sonuncunun bununla əlaqədar tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 08 sentyabr 2022-ci il tarixdən saat 16:00-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-397/2022
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-397/2022
08.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver