Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-397/2023 16.08.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə 1990-ci il yanvarın 12-də Qəbələ rayonu Daşca kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu Daşca kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon Polis şöbəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində tərtib edilmiş EQ13689093 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərar qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində icra edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilməyərək izahatında bildirdi ki, onun mülkiyyətində “Honda CRV” minik markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola əsasən guya o, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisində İXM-nin 346.1-ci maddəsinin tələblərini pozmuşdur. Əslində isə belə deyildir. O, ümumiyyətlə həmin ərazidə olmamışdır. Sahibini tanımadığı “Fiat” markalı avtomobilin sahibi avtomobilinin dövlət qeydiyyat nömrəsini saxta yollarla onun avtomobilinin dövlət qeydiyyat nörməsi ilə eyniləşdirərək **-UJ-*** olaraq qeyd etmişdir. Bu səbəbdən “Fiat”markalı avtomobilə gələn cərimələr onun adına gəlməkdədir. Bununla bağlı dəfələrlə şikayətlər ünvanlamış, şikayətlər təmin olunaraq cərimələr silinmişdir. SMS-radar tətbiqindən çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə İXM-nin 346.1-ci maddəsinin tələbləri ona məxsus “Honda CRV” markalı avtomobil tərəfindən deyil, “Fiat” markalı **-JJ-*** nömrəli avtomobil tərəfindən pozulmuşdur. Ona görə də, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini və inzibati məsuliyyətdən azad edilməsini xahiş edir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXMin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokoldan və məhkəmə iclasında araşdırılan sübutlardan, iş materiallarına əlavə edilmiş “SMSradar” mobil tətbiqindən çıxarılmış foto-şəkildən göründüyü kimi xx.xx.2023-cü il tarixdə İXM-nin 346.1-ci maddəsinin tələblərinin pozulmasını göstərilən avtomobil məhz Şəxs mülkiyyətində olan “Honda CRV” markalı avtomobil deyildir. Həmin maddənin tələblərini pozan avtomobil “Fiat” markalı ** JJ *** nömrəli avtomobildir. Məhz “Fiat” markalı avtomobilin Şəxs mülkiyyətində olması iş materialları ilə sübuta yetirilmir. Bundan əlavə məhkəmə o halı da qeyd edir ki, İnzibati xəta haqqında protokola əlavə edilmiş DİN-nin DYP Web portalından çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə İXM-nin 346.1-ci maddəsinin tələbləri “Honda CRV” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən pozulması göstərilsə də, iş materiallarına əlavə edilmiş foto-şəkillərlə bu hal təkzib olunur. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, şəxsin inzibati xətaların törədilməsində təqsirli hesab edilməsi üçün ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl mövcud olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs oğlu tərəfindən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi kimi hərəkətlər edilmədiyindən onun İXM-in 529.3-cü maddəsi ilə inzibati məsuliyyəti istisna edilir. Bu səbəbdən Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Odur ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,105,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-397/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-397/2023
16.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver