Məhkəmə qərarları › İş №3(025)-398/2020

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-398/2020

27.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-398/2020 27.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən X25 prokuroru X13, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X28, Zərərçəkmiş şəxs2, X14 və Zərərçəkmiş şəxs3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru və qanuni nümayəndəsi X7 və Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X10 iştirakları ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 və 198.1.6-cı maddələri ilə Azərbaycan Respublikası Baş X6 X18 inzibati xəta haqqında iş üzrə icraatı başlanmasına dair toplanmış material üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Baş X6 X25 xx.xx.2020-ci il tarixli qərarı ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 və 198.1.6-cı maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və toplanmış material xx xxxxxxx 2020-ci il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Baş X6 X25 xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs1 barəsində Azərbaycan Respublikası İXM-in 198.1.6-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına dair Qəbələ rayon prokuroru, ədliyyə müşaviri Nazim Babayevin xx.xx.2020-ci il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv olunmuş, Şəxs MMC-nin barəsində (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1 və 198.1.6-cı maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən X25 prokuroru X29 göstərdi ki, hüquqi şəxs Şəxs MMC-nin onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs X7 MMC-nin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslə - Zərərçəkmiş şəxs1, X30, Zərərçəkmiş şəxs2, X14, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 və X22 müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrini təmin etməməklə 2020-ci ilin may ayının sonlarından xx.xx.2020-ci il tarixədək Şəxs MMC-yə məxsus Qəbələ rayonu Daşlıca kəndində cəmiyyət üçün anbar və ofis binasının tikintisi zamanı betonlama işlərinə cəlb etmişdir. Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 192.1 və 198.1.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi Qəbələ rayon prokurorluğunda Rəsulov Rövşən Hümbət oğlunun Azərbaycan Respublikası CM-in 222.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair istintaqı aparılmış ********* №li cinayət işi üzrə toplanmış şahid ifadələri və digər sənədlərlə öz əksini tapmışdır. İstintaq zamanı bəzi şahid ifadələrinə əsasən Şəxs MMCyə məxsus Qəbələ rayonu Daşlıca kəndində cəmiyyət üçün anbar və ofis binasının tikintisi zamanı betonlama işlərinə Zərərçəkmiş şəxs1 rəhbərlik edərək həmin işlərin görülməsi üçün digər işçiləri cəlb etməsi göstərilsə də, həmin hallar aşağıdakılara əsasən təkzib edilmişdir. Belə ki, X8 istintaq zamanı vermiş olduğu ifadəsində Şəxs MMC-yə məxsus Qəbələ rayonu Daşlıca kəndində cəmiyyət üçün 1.04 ha torpaq sahəsində anbar və ofis binasının tikintisini “xxxxxxxxxxxxxxxxxxxx” ASC-yə həvalə etməsini, əslində isə betonlama işlərinin əvvəldən tanıdığı və həmkəndlisi olan Zərərçəkmiş şəxs1 və onun gətirdiyi 5-6 nəfər işçi heyəti tərəfindən həyata keçirməsini bildirmişdir. “xxxxxxxxxxxxxxxxxxxx” ASC-nin sədri Azad Əliyev isə öz ifadəsində göstərmişdir ki, müqaviləyə əsasən betonlama işlərinin görülməsinə dair əsas podratçı olsa belə, Qədir Umudalıyev onunla söhbət əsasında həmin işlərin artıq cəlb etmiş olduğu şəxslər vasitəsilə həyata keçirdiyini bilmişdir. Ona görə də o, layihə-smeta sənədlərinin təqdim olunmadığını və ödəniş edilmədiyini əsas tutaraq xx.xx.2020-ci il tarixdə müqaviləni birtərəfli qaydada ləğv etmişdir. Şahid ifadələrinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 və digərlərinə əmək haqqı Şəxs MMC-nin səlahiyyətli şəxsi X8 tərəfindən sonuncunun qardaşı oğlu X15 vasitəsilə ödənilmişdir. Eyni zamanda şahid X5 ifadəsi ilə müəyyən edilmişdir ki, ona iş təklifi Şəxs MMC-nin səlahiyyətli şəxsi X15 vasitəsilə edilmişdir. Göründüyü kimi Şəxs MMC-yə məxsus Qəbələ rayonu Daşlıca kəndində cəmiyyət üçün anbar və ofis binasının tikintisi zamanı betonlama işlərinə Zərərçəkmiş şəxs1, X30, Zərərçəkmiş şəxs2, X14, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 və X36 Şəxs MMC-ni təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs X8 tərəfindən cəlb edilməklə əmək haqqı ödənilmiş, sonuncu hüquqi şəxsin adından faktiki olaraq işə götürən funksiyasını yerinə yetirmişdir, həmin işlər də hüquqi şəxsin adından və onun xeyrinə görülmüşdür. Beləliklə, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 və 198.1.6-cı maddələri ilə müəyyən edilmiş inzibati xətaların törədilməsinə görə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru və qanuni nümayəndəsi X7 icraçı direktoru olduğu Şəxs MMC-ni Azərbaycan Respublikası İXM-nin 192.1 və 198.1.6-cı maddələri ilə təqsirli bilməyərək izahatında göstərdi ki, təxminən 2010-cu ildə Qəbələ rayonu, Daşlıca kəndi ərazisində adını xatırlamadığı bir şəxsin mülkiyyətində olan 1.04 ha torpaq sahəsini müvafiq alqı-satqı müqaviləsinə əsasən almışlar. Anbarı da onlar həmin torpaqda tikmək qərarına gəlmişlər. Qəbələ rayon İcra Hakimiyyəti tərəfindən 2020-ci ilin may ayının 6-da obyektin tikintisinə icazə sənədi almışlar. Bundan sonra o, Qəbələ və İsmayıllı ərazisində tikinti şirkətləri ilə maraqlanmış və sonda qərar vermiş ki, tikintini Azad Əliyevin rəhbəri olduğu “xxxxxxxxxxxxxxxxxxxx” ASC-yə həvalə etsin. Belə ki, həmin şirkətlə aralarında bağlanan xx.xx.2020-ci il tarixli, 13/05-20 nömrəli tikinti işləri üzrə Müqaviləyə əsasən, Qəbələ rayonu, Daşlıca kəndi ərazisində yerləşən həmin torpaq sahəsində layihə-smeta sənədlərinə uyğun olaraq anbar və ofis binasının tikintisi “xxxxxxxxxxxxxxxxxxxx” ASC-yə tapşırılmışdır. Bundan sonra onlar anbarın tikintisinə başlamışlar. “xxxxxxxxxxxxxxxxxxxx” ASC-nin sədri Azad ona demiş ki, “işçiləri sən tap, mən onlarla əmək müqaviləsi bağlayacam”. O da həmin işləri Azadın da yaxından tanıdığı Sərvərə təklif etmiş ki, o da razılaşmışdır. Azadla bu barədə danışdıqdan sonra o, Sərvərə bildirmiş ki, işçilərin adlarını Azad müəllimə versin ki, həmin şəxslərlə o, müqavilə bağlasın, işçiləri lazımı paltar və ləvazimatla təmin etsin. Sərvər də onu arxayın etmiş ki, o şeyləri özü həll edəcəkdir. Lakin sonradan ona məlum olmuş ki, Sərvər dediklərini etməmiş, işçilərlə əmək müqaviləsi bağlanmamışdır. O, arada gəlib tikilinin nə cür aparılmasını müşahidə edirmiş. Tikinti işlərinə “xxxxxxxxxxxxxxxxxxxx” ASCnin sədri Azad Əliyev başçılıq etmiş və onunla aralarında tikinti işləri üzrə xx xxx 2020-ci il tarixdə, 13/05-20 saylı müqavilə də bağlanmışdır. Bu səbəbdən icraçı direktoru olduğu Şəxs MMC-ni təqsirli bilmir, bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X23 təmsil etdiyi hüquqi şəxsi Azərbaycan Respublikası İXM-nin 192.1 və 198.1.6-cı maddələri ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Şəxs MMC-nin bu işlə aidiyyatı yoxdur. Belə ki, anbar və ofis binasının tikintisi “xxxxxxxxxxxxxxxxxxxx” ASC-yə tapşırılmışdır. Şəxs MMC-nin səlahiyyətli şəxsi Umudəliyev Qədir heç bir işçiyə əməkhaqqı ödəməmişdir. Şəxs MMC-nin barəsində İXM-nin 192.1 və 198.1.6-cı maddələri ilə olan materialnan razı deyillər. Belə ki, Şəxs MMC ilə "xxxxxxxxxxxxxxxxxxxx” ASC arasında Qəbələ rayon Daşlıca kənd ərazisində anbar və ofis binasının tikintisinə dair xx.xx.2020ci il tarixdə işləri üzrə 13/05-20 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 9.1-ci maddəsinə görə müqavilə imzalandığı tarixdən qüvvəyə minir və xx.xx.2020-ci il tarixədək qüvvədədir. Həmin müqavilə sifarişçi Şəxs MMC-nin adından X31 və icraçı “xxxxxxxxxxxxxxxxxx” ASC adından X32 tərəfindən imzalanmaqla müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. Bundan sonra görüləcək işlərə Azad Əliyev tərəfindən xx.xx.2020-ci tarixli 23 saylı əmr ilə Qəbələ rayonu Daşlıca kənd ərazisində anbar və ofis binasının tikintisinə X11 iş icraçısı təyin edilmişdir. "Şəxs” MMC ərzaq məhsullarının satışı və restoran kafe fəaliyəti məşğul olurlar. Hər hansı tikinti quraşdırma işləri ilə fəaliyyət göstərmirlər. Ona görə də MMC-yə aid olan hər hansı tikinti işləri ilə bağlı tikinti fəaliyyəti ilə məşğul olan müəssisələrnən müqavilələr bağlamaqla tikinti quraşdırma işlərini sifariş edirlər. xx.xx.2020-ci il tarixli müqavilə ilə Şəxs MMC anbar və ofis binasının tikilməsi üçün “xxxxxxxxxxxxxxxxxxxx” ASC-yə sifarişini vermişdir və ASC tərəfindəndə həmin sifariş qəbul olunmuşdur. Həmin müqavilə ilə anbar və ofis binasıın təməlindən başlayaraq sonuna qədər tikintisi ASC-yə tapşırılmışdır. "Şəxs” MMC-nin səlahiyətli nümayəndəsi Qədir Umudəliyev guya Zərərçəkmiş şəxs1 və digərlərini anbar və ofisin binasının tikilməsinə cəlb etmişdir. Qədir Umudəliyev istintaq və məhkəmədə göstərmişdir ki, o “xxxxxxxxxxxxxxxxxxxx” ASC-nin rəhbəri X52 Ağayevin həmkəndlisi və yaxşı işini bilən olduğundan bu işlərə cəlb etməyi tövsiyə etmişdir. Azad Əliyev də etiraz etmiyərək Sərvəri tanıdığını və onu bu işlərə cəlb edəcəyini bildirmişdir. X53 Umudəliyevin bu tövsiyəsini qəbul etməyədə bilərdi, çünki müqavilə üzrə işin icraçısı odur. Azad Əliyev kimi istəsə bu işlərə cəlb edə bilərdi. X41 Ağayevi işə cəlb etməsini Azad Əliyevə tövsiyə etmişdir. Lakin prokurorluq orqanı tərəfindən əsassız olaraq MMC-ni hazırki iş üzrə məsuliyyətə alınması barədə qərar qəbul etmişdir. Belə ki, qərarda MMC-nin məsuliyyətə alınması ilə bağlı prokurorluq orqanın gəldiyi nəticə tam əsassızdır. Çünki, yuxarıda qeyd olunan tikinti işləri ilə bağlı MMC və ASC arasında hazırda qüvvədə olan müqavilə mövcuddur. Hətta Zərərçəkmiş şəxs1 məhkəmə prosesində bildirmiş ki, dəfələrlə Azad Əliyevə müraciət edərək onlarla əmək müqavilələrini bağlanmasını və texniki təhlükəsizlik qaydalarını tənzimlənməsini bildirsə də, hər dəfəsində bir bəhanələr gətirərək verdiyi sözlərə əməl etməmişdir. “xxxxxxxxxxxxxxxxxxxx” ASCnin rəhbəri Azad Əliyev prokurorluqda izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə MMC ilə aralarında olan müqaviləni birtərəfli ləğv etmiş və guya Şəxs MMC-nin ünvanını bilmədiyindən məlumat verə bilməmişdir. Azad Əliyevin etdiyi hərəkətlər qanuna ziddir. Belə ki, xx.xx.2020-ci il tarixli MMC və ASCarasında bağlanmış müqavilənin 8.1.8.2-ci şərtlərinə Azad Əliyev tərəfindən riayət edilməmişdir. Həmin müqavilənin ləğvinə dair tərəflər arasında hər hansı bir razılaşma yoxdur, yəni ki, Azad Əliyev bir dəfədə olsun Qədir Umudəliyevə nə rəsmi, nədə şifahi müraciət etməmiş və müqavilənin ləğvinə dair məhkəmə qərarı mövcud deyildir. Lakin prokurorluq orqanı tərəfindən mülki qanunvericiliklə tənzimlənən müqaviləyə əhəmiyyət verilməmiş, yalnız bir neçə şəxsin izahatlarına istinad edərək, Qədir Umudəliyev tərəfindən Zərərçəkmiş şəxs1 və digərlərinə əmək haqqı ödənilməsini əsas götürərək, İXM-nin maddələri 192.1 və 198.1.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün müraciət edilmişdir. Qədir Umudəliyevin kimlərəsə əmək haqqının verməsi və ya gələcəkdə əmək haqqının verilməsini öhdəsinə götürməsi xx.xx.2020-ci il tarixli tikinti işləri üzrə müqaviləyə əsaslana bildirməsidir. Belə ki, MMC sifarişçi olaraq “xxxxxxxxxxxxxxxxxxxx” ASC-yə görüləcək tikinti iş üzrə pul ödəyəcəkdir. Bununla da MMC-nin Zərərçəkmiş şəxs1 və digərlərinə qeyd olunan tikinti işlərinin görülməsi üçün işçiləri ilə əmək müqaviləsi, texniki təhlükəsizlik qaydaları və bundan irəli gələn işlərin görülməsi anlamına gəlmir. Bu hala əsas verməmiş, əsassız olaraq MMC-ni məsuliyyətə cəlb edilməsi üçün hazırki inzibati xəta haqqında materialla məhkəməyə müraciət etmişdir. Hətta Qəbələ rayon prokurorluğu tərəfindən iki dəfə ekspertiza təyin edilmiş, xx.xx.2020-ci il tarixli Ədliyyə Nazirliyinin X4 və xx.xx.2020-ci il tarixli Ədliyyə Nazirliyinin Komisyon X4 rəylərindən məlumdur ki, Şəxs MMC-nin baş verənlərlə bağlı heç bir məsuliyyət daşımır. Ona görə xahiş edir ki, Şəxs MMC-ni barəsində məhkəməyə təqdim olunmuş İXM haqqında materiala MMC-nin hərəkətlərində İXM-nin 192.1 və 198.1.6-ci maddələrinin tərkib əlamətləri olmadığından xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, həmkəndlisi X3 əvvəldən tanıyır. O, belə bir tikinti işinin olduğunu və bununla bağlı Azad müəllimlə müqavilə bağladığını bildirmişdir. O, Azad müəllimidə tanıdığından razılaşma əsasında işə başlamışdır. Azad müəllim ona şəxsiyyət vəsiqələrinin surətlərini ona təqdim etməyi və bundan sonra əmək müqaviləsinin rəsmiləşdiriləcəyini bildirmişdir. Lakin o bu sənədləri vaxtında ona təqdim edə bilməmişdir. O, həmkəndlisi və qohumları olan 6 nəfər şəxsi bu işə cəlb etmişdir. Belə ki, onunla işləməyi və betonlama işlərini görməyi təklif etmiş və onlar da razılaşmışlar. Həmin şəxslər Qəbələ rayonu, Qəmərvan kənd sakinləri Millət, Lütfi, Nemət, İlkin, İrfan və Əhməd olmuşlar. Təxminən 1 həftə onlar yuxarıda adlarını qeyd etdiyi şəxslərlə betonlama işlərini görmüşlər. Razılaşmalarına əsasən, betonlama işlərini gördükdən sonra onların işləri bitməli imiş. Tikintinin layihəsinə əsasən, həmin yerə təxminən 156 kub metr beton tökülməli imişlər. Onlar işçilərə əmək haqqlarını Azad müəllimdən almalı idilər. Lakin o vaxtında pul vermədiyindən Seymurdan pul götürmüş və işçilərə vermişdir. Əmək haqqını Azad müəllimdən alandan sonra isə Seymurun pulunu qaytarmalı idi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X33 izahatında göstərdi ki, həmkəndlisi Sərvər ona bildirmiş ki, Qəbələ rayonu, Daşlıca kəndi ərazisində anbar binası tikintisi başlanacaq və digər bir neçə nəfər kəndlərindən olan usta və fəhlələr də orada işləyəcəklər. Onun təklifini qəbul etmiş və orada işləməyə razılıq vermişdir. Həmin tikintidə o, həm fəhlə kimi işləməklə yanaşı briqadirlik edirmiş. Həmin ərazidə qazıntı və betonlama işləri aparılması üçün həmin binanın bünovrəsini qoymaq üçün qazıntı işləri aparılmışdır. Bundan sonra betonlama işlərinə başlamışlar. O və həmkəndlisi, qohumları olan 6 nəfər şəxslə birlikdə bu işi görməyə başlamışlar. Həmin şəxslər Qəbələ rayonu, Qəmərvan kənd sakinləri Millət, Lütfin, Nemət, İlkin, Sərvər və Əhməd olmuşlar. Təxminən 1 həftə onlar betonlama işlərini görmüşlər. Onların Sərvərlə şifahi razılaşmalarına əsasən, orada betonlama işlərini görməli imişlər. Betonlamadan sonrakı işləri, yəni hörgü və digər işlərin kimin görəcəyindən məlumatı olmamışdır. Aralarında olan şifahi razılaşmaya əsasən, işin xüsusiyyətlərinə görə hər kvadrat metrinə 5-10 manat pul almışlar. Tikintinin layihəsinə əsasən, həmin yerə təxminən 156 kub metr beton düzülməli idi. Onların orada əsas işləri qəlib düzəldikdən sonra xüsusi avadanlıq vasitəsilə betonun kipləşdirərək havasının çıxardılması və betonlama işləri olmuşdur. Beton “xxxxxxxxxxxxxxxxxxxx” ASC-nin rəhbəri Azad adlı şəxsə məxsus beton pompaları vasitəsilə gətirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, həmkəndlisi Sərvər ona demiş ki, Qəbələ rayonu, Daşlıca kəndi ərazisində anbar binası tikintisi başlanacaq və digər bir neçə nəfər kəndlərindən olan usta və fəhlələr də orada işləyəcəklər. Belə olub onun təklifini qəbul etmiş və orada işləməyə razılıq vermişdir. Həmin tikintidə o, həm fəhlə kimi işləməklə yanaşı briqadirlik edirmiş. Həmin ərazidə qazıntı və betonlama işlərini aparılmaqdan ötəri həmin binanın bünövrəsini qoymaq üçün tikinti işləri aparılırmış. Bundan sonra betonlama işlərinə başlamışlar. O və kəndliləri olan 6 nəfər şəxslə birlikdə bu işi görməyə başlamışlar. Həmin şəxslər Qəbələ rayonu Qəmərvan kənd sakinləri Millət, Lütfin, Nemət, İrfan, Sərvər və Əhməd olmuşlar. Təxminən 1 həftə onlar İbvka qurub betonlama işlərinə hazırlıq görmüşlər. Onların Sərvərlə şifahi razılaşmalarına əsasən orada yalnız betonlama işlərini görməli imişlər. Betonlamadan başqa işləri, yəni hörgü və digər işləri kimin gördürəcəyindən məlumatı yox imiş. Aralarında olan şifahi razılaşmaya əsasən, işin xüsusiyyətlərinə görə hər kvadrat metrə 5-10 manat pul alası imişlər. Tikintinin layihəsinə əsasən, həmin yerə təxminən kub metr beton tökülməli imiş. Onların orada əsas işləri qəlib düzəltdikdən sonra digər avadanlıq vasitəsilə betonun kipləşdirilərək havasının çıxardılması və betonlama işlərinin görülməsi imiş. Beton icraçı “xxxxxxxxxxxxxxxxxxxx” ASC-nin rəhbəri Azad Əliyevə məxsus beton zavodundan beton pompaları vasitəsilə gətirilirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X14 izahatında göstərdi ki, həmkəndlisi X2 qardaşı oğlu Seymur ona bildirmiş ki, Qəbələ rayonu, Daşlıca kəndi ərazisində anbar tikintisi başlanacaqdır. O və digər bir neçə nəfər kəndlərindən olan usta və fəhlələr də orada işləyə bilərlər. Bundan sonra orada işləməyə razılıq vermiş və fəhlə kimi işləmişdir. Həmin ərazidə qazıntı və betonlama işləri aparmaqdan ötrü həmin binanın bünövrəsini qoymaq üçün qazıntı işləri aparılırmışdır. Bundan sonra betonlama işlərinə başlamışlar. O və həmkəndliləri olan 6 nəfər şəxslə birlikdə bu işi görməyə başlamışlar. Həmin şəxslərlə birlikdə qurub betonlama işlərinə hazırlıq görmüşlər. Onların Sərvərlə şifahi razılıqlarına əsasən, onlar orada yalnız betonlama işlərini görməliymişlər. Betonlamadan başqa işləri, yəni hörgü və digər işlərin kimin gördürəcəyindən məlumatım yox imiş. Aralarında olan şifahi razılaşmaya əsasən, işin xüsusiyyətlərinə görə hər kvadrat metrə 5-10 manat pul alacaqmışlar. Tikintinin layihəsinə əsasən, 156 kub metr beton tökülməli imiş. Onların orada əsas işləri qəlib düzəltdikdən sonra avadanlıq vasitəsilə betonun kipləşdirilərək havasının çıxardılması və tikinti işləri imiş. İcraçı “xxxxxxxxxxxxxxxxxxxx” ASC-nin rəhbəri Azad adlı şəxsə məxsus beton zavodundan beton pompaları vasitəsilə gətirilirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 izahatında göstərdi ki, həmkəndlisi Zərərçəkmiş şəxs1 ona bildirmiş ki, Qəbələ rayonu, Daşlıca kəndi ərazisində anbar tikintisi aparılacaqdır. O və digər bir neçə nəfər kəndlərindən olan usta və fəhlələr də orada işləyəcəklər. O da onun təklifini qəbul etmiş və orada işləməyə razılıq vermişdir. Həmin tikintidə o özü də briqadir kimi işləmişdir. Həmin ərazidə qazıntı və betonlama işlərini aparması üçün həmin binanın bünövrəsini qoymaq üçün qazıntı işləri aparıldıqdan sonra betonlama işinə başlamışlar. O və həmkəndiləri olan 6 nəfər şəxslə birlikdə bu işi görməyə başlamışlar. Həmin şəxslər Qəbələ rayonu, Qəmərvan kənd sakinləri Lütfi, Millət, İrfan, İlkin, Sərvər və Əhməd imişlər. Təxminən 1 həftə onlar opalovka qurub betonlama işlərinə hazırlıq görmüşlər. Onların Sərvərlə şifahi razılaşmalarına əsasən, onlar orada yalnız betonlama işlərini görməli imişlər. Betonlamadan sonrakı işləri, yəni hörgü və digər işləri kimin işləri kimin gördürəcəyindən xəbərim yox imiş. Aralarında olan şifahi razılaşmaya əsasən, işin xüsusiyyətlərinə görə hər kvadrat metrinə 5-12 manat pul alacaqmışlar, tikintinin layihəsinə əsasən həmin yerə təxminən 156 kub metr beton tökülməli idi. Onların orada əsas işləri qəlib düzəltdikdən sonra xüsusi avadanlıq vasitəsilə betonun kipləşdirilərək havasının çıxardılması və betonlama işləri imiş. İcraçı “xxxxxxxxxxxxxxxxxxxx” ASC-nin rəhbəri Azad adlı şəxsə məxsus beton zavodundan beton pompaları vasitəsilə gətirilirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X32 izahatında göstərdi ki, hazırda idarə heyətinin sədri olduğu “27 saylı İsmayıllı səyyar mexanikləşdirilmiş dəstə” adı altında fəaliyyət göstərmiş, 2000-ci ildən etibarən özəlləşdirilərək, “xxxxxxxxxxxxxxxxxxxx” ASC adlanan idarə heyətinin sədri vəzifəsində işləyir. 2020-ci ilin may ayının əvvəllərində Qədir adlı şəxs ona zəng vuraraq Qəbələ rayonu ərazisində anbar binası tikmək və tikinti işlərinin aparılmasını ona həvalə etmək istəyi ilə əlaqədar onunla görüşüb əvvəlcə beton satışı ilə bağlı razılığa gəlib rəsmi və qeyri-rəsmi ödənişlərin aparılması barədə danışıqlar aparmışdır. Qədirə betonun həm rəsmi, həm də qeyri-rəsmi satış qiyməti barədə məlumat vermişdir. Bundan sonra Qədir ona zəng vuraraq, tikintinin onunla aparmaq istədiyini bildirib və tikinti işləri üzrə müqavilə tərtib edib ona göndərməsini demişdir. Onun göstərişi əsasında işçisi İmran Musayev tərəfindən 2 nüsxədə xx.xx.2020-ci il tarixli, 13/05-20 nömrəli Tikinti işləri üzrə müqavilə tərtib edilmiş və o da həmin müqaviləni özünə aid olan hissədə imzalayıb, möhürlə təsdiq etdikdən sonra tanış maşınla Qəbələ rayonuna Qədirə göndərmişdir. Həmin müqaviləni Qədir imzalayıb təsdiq etdikdən sonra ona qalmalı olan nüsxəni ona verməmişdir. Sonradan ona məlum olmuşdur ki, Qədir özünün tanışı və həmkəndlisi Sərvər adlı şəxslə razılaşıb həmin ərazidə tikinti işlərini aparır. Həmin vaxta qədər Qədir ondan bir dəfə torpaq sahəsinin hasarlanması üçün nağd qaydada ümumilikdə 60-70 kub metr betonu müvafiq qaimə əsasında almışdır. Həmin hasarın tikintisində nə özü, nədəki, səlahiyyətli nümayəndəsi iştirak etmişdir. May ayının axırları Qədirdən həmin ərazidə tikinti işlərinin aparılması barədə maraqlanmış, sonuncuda ona ucuz olsun deyə öz həmkəndliləri ilə razılaşıb, tikintini onlar aparacaqlarını, ondan isə ancaq beton alacağını bildirmişdir. Qədirə Şəxs MMC şirkətinin rəhbəri və sifarişçi tərəf olduğundan bu barədə ona heç nə deməmişdir. Bundan sonra, tikintinin hazırlıq qatı üçün 60 kub metr müvafiq qaimə əsasında beton vermişdir. Şəxs MMC ilə “xxxxxxxxxxxxxxxxxxxx” ASC arasında tikinti işləri üzrə müqavilə bağladıqdan sonra o, müvafiq əmr əsasında iş icraçısı kimi həmin tikintini aparmağı şirkətin əməkdaşı X12 həvalə etsə də, sonradan Şəxs MMC-nin həmin tikintini özünün həyata keçirdiyinə əmin olduğundan xx.xx.2020-ci il tarixdə müvafiq əmr əsasında həmin şirkətlə aralarında bağlanmış müqaviləni sifarişçi tərəfindən maliyyələşdirilməməsi və layihə-smeta sənədlərinin təqdim edilməməsi səbəbindən ləğv etmişdir. Lakin Şəxs MMC-nin hüquqi şəxs olaraq yerləşdiyi ünvanı bilmədiyindən bu barədə həmin şirkətə rəsmi məktub göndərə bilməmişdir. Bundan başqa həmin şirkətlə aralarında bağlanmış müqaviləyə görüləcək işlər barədə qiymətlərin razılaşma protokolu da tərtib edilərək əlavə edilməmişdir. Şəxs MMC-nin tikintinin onun tərəfindən həyata keçirmək istəməməsi qənaətinə gələrək müqaviləyə birtərəfli xitam vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 izahatında göstərdi ki, X8 onun əmisidir və ona məxsus obyektdə tikinti materiallarına nəzarət etmiş, o, həmin obyektdə işləməmişdir. O, həmin obyektdə işləyən işcilərə əməkhaqqı verməmişdir. Seymur ondan işçilərə vermək üçün borc pul istəmiş, o da ona pul vermiş və razılaşmalarına əsasən əmək haqqlarını aldıqdan sonra qaytarmalı idi. İşə baxılmasının yeri və müddəti barədə lazımı qaydada xəbər verilməsinə baxmayaraq, Zərərçəkmiş şəxs5 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinin tələblərinə əsasən inzibati materiala Zərərçəkmiş şəxs5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan X34 kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, “xxxxxxxxxxxxxxxxxxxx” (VÖEN: **********) Açıq Səhmdar Cəmiyyəti 10 saylı X49 tərəfindən hüquqi şəxs kimi qeydiyyata alınmışdır. İş materiallarında olan X34 kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, Şəxs (VÖEN: **********) 11 saylı Ərazi Vegilər Baş İdarəsi tərəfindən hüquqi şəxs kimi qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin11 saylı X21 tərəfindən tərəfindən 11yanvar 2019-cu il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmış Şəxs MMC-nin nizamnaməsinin təsdiq olunmuş surətindən görünür ki, cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız nüvafiq icazəni (lisensiyanı) aldıqdan sonra məşğul ola bilər. İş materiallarında olan Şəxs ilə “xxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx xxx 2020-ci il tarixli müqavilədən görünür ki, bu müqavilədə müəyyən edilmiş şərtlər əsasında, Sifarişçi Müqavilənin şərtlərinə əsasən yerinə yetirilən Tikinti işlərini icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. Eyni zamanda İcraçı da bu müqavilədə müəyyən edilmiş şərtlər əsasında tikinti işlərini vaxtında və keyfiyyətlə yerinə yetirməsini öhdəsinə götürür. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən isə sifarişçi və icraçı müqavilə üzrə bütün fikir ayrılıqlarını (ixtilaflarını) səmimi danışıqlar yolu ilə həll etməyə cəhd edəcəkləri barədə razılaşmışlar. Həmin müqavilənin 8.2-ci bəndinə əsasən bu müqavilənin icrası gedişində yaranan, səmimi danışıqlar yolu ilə həll edilə bilməyən bütün mübahisə və ixtilaflar (fikir ayrılıqları) Azərbaycan Respublikasının İqtisad Məhkəməsinin həllinə verilir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxx” ASC-nin sədri A.Əliyev tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli Əmrdən Çıxarışdan görünür ki, Şəxs MMC ilə aralarında bağlanmış olan xx/xx-2020-ci il tarixli 13/05-20 saylı Tikinti İşləri üzrə Müqaviləyə əsasən X1 rayonu, Daşlıca kəndi ərazisində anbar və ofis binasının tikinti işlərinin aparılması üçün İş İcraçısı təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli, İN/L-2279/2016 nömrəli Lisenziyanın surətindən görünür ki, hüquqi ünvanı İsmayıllı rayonu, İsmayıllı şəhəri, M.Orucov, ev 100 olan xxxxxxxxxxxxxxxxxxxx” (VÖEN: **********) Açıq Səhmdar Cəmiyyətinə tikintisinə icazə tələb olunan bina və qurğuların tikintiquraşdırma işlərini həyata keçirməyə icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli, İN/L-2279/2016/1 nömrəli Lisensiyanın əlavənin surətindən görünür ki, xxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri fəaliyyəti üzrə görülməsinə icazə verilən işlərin konkret siyahısı, o cümlədən monolit beton və dəmir-beton konstruksiyaların qurulması, yığma beton və dəmirbeton konstruksiyaların quraşdırılması göstərilmişdir. Məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 1(025)-31/2020 nömrəli hökmündən görünür ki, Rəsulov Rövşən Hümbət oğlu Azərbaycan Respublikası Cinayət Məcəl-lə-si-nin 222.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə “operator pompa” vəzifə tutma hüququndan məhrum edilməklə, 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıq-dan məhrum etmə cəzasına məhkum edilməsi, Rəsulov Rövşən Hümbət oğlunun cəzasını məntəqə tipli cəzaçəkmə müəssi-sə-sində çəkməsi hökm edilmişdir. Məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 10/1669 saylı rəyindən görünür ki, “X51 2631” yük markalı beton nasosunun sahibkarı X32 (birinci tərəf) ilə sürücü Rəsulov Rövşən Hümbət oğlu (ikinci tərəf) arasında xx xxxx 2020-ci il tarixində bağlanılmış müqavilənin «İkinci tərəfin öhdəlikləri» adlı başlığının «a», «b», «d» bəndlərinin və «Beton nasosunun istismar təlimatı»nın 6, 7 bəndlərinin tələbləri pozulmuşdur.Həmin tələblərin pozulması hadisənin səbəbləri olmuşdur. Belə ki, hadisə zamanı, “X51 2631” markalı beton nasos tikinti sahəsində, torpaq örtüklü yerdə təhlükəsiz qaydada (yəni yana yatmasına qarşı dayanıqlı) vəziyyətdə yerləşdirilməmiş, işin gedişatı zamanı da avtomaşının tarazlığı vaxtaşırı yoxlanılmamışdır. Göstərilən pozulmaların və əsasən də, torpağın tərkibindən və sıxlığından asılı olaraq, avtomaşının pəncəsinin xəndəyin aşırımından təhlükəsiz məsafədə quraşdırılmaması nəticəsində, işin gedişatı zamanı yaranan dəyişkən yüklənmələrin (o cümlədən betonun vurulması zamanı açılmış xortumun monoton titrəyişinin) təsirindən pəncələrdən birinin altında torpağın xəndəyə tərəf sürüşüb uçulması və bu səbəbdən də avtomaşının yana yatması nəticəsində hadisə baş vermişdir. “X51 2631” yük markalı beton nasosunun sahibkarı X32 (birinci tərəf) ilə sürücü Rəsulov Rövşən Hümbət oğlu (ikinci tərəf) arasında xx xxxx 2020-ci İl tarixində bağlanılmış müqavilənin «ikinci tərəfin öhdəlikləri» adlı başlığının «a», «b», «d» bəndlərinin və «Beton nasosunun istismar təlimatı»nın 6,7 bəndlərinin tələbləri, beton nasosunu işə salmadan öncə iş şəraiti ilə yaxından tanış olub istismarı zamanı avtomaşının təhlükəsiz idarə edilməsini, beton nasos işləyən zaman onun təhlükəsiz işləməsinə vaxtlı-vaxtında nəzarət edilməsini və beton nasosun istismar olunması təlimatı ilə tanış olmaqla həmin təlimata əsasən təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifələrini üzərinə götürmüş sürücü operator Rəsulov Rövşən Hümbət oğlu tərəfindən pozulmuşdur. Məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 10/1991 saylı rəyindən görünür ki, xx xxxxxx 1999-cu ildə qəbul edilmiş Azərbaycan Respublikasının Texniki təhlükəsizlik haqqında qanununda, xüsusən də Azərbaycan Respublikasının Əmək məcəlləsində-tikinti maşınlarının (məsələn, betonnasosun və s.-in) təhlükəsiz istismarını bildirən, o cümlədən onların quraşdırılmasını, idarə olunmasını və icra olunan işlərin düzgün və təhlükəsiz ardıcıllığını bildirən müddəalar nəzərdə tutulmamışdır. Həmin müddəalar, müxtəlif istehsalat prosesləri, iş növləri və işçi peşələri üçün işlənib hazırlanmış qayda və onlardan irəli gələn təlimatlarda öz əksini tapmalıdır. Göstərilən hallar xx.xx.1985-ci il tarixdə təstiq edilmiş «Təlimatların işlənib hazırlanması haqda əsasnamə»nin müvafiq olaraq 1.1, 1,2, 1.5 və 1.7 bəndlərinin tələbləri ilə tənzimlənir (həmin bəndlərin mətnləri rəyin tədqiqat hissəsində göstərilmişdir). İlkin rəy verildikdə məhz həmin müddəalar əsas götürülməklə, xx.xx.2019-cu il tarixində “X51 2631” yük markalı beton nasosunun sahibkarı X32 tərəfindən təstiq edilmiş - «Beton nasosunun istismar təlimatı»na və sürücü operatorun («ikinci tərəf» kimi) vəzifələri bildirilmiş - “X51 2631” yük markalı beton nasosunun sahibkarı X32 ilə sürücü operator Rəsulov Rövşən Hümbət oğlu arasında xx xxxx 2020-ci il tarixdə bağlanılmış müqaviləyə istinad edilmişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs6 qoruyucu vasitələrin, o cümlədən qoruyucu dəbilqənin verilməməsi «Qoruyucu vasitələrin, xüsusi ayaqqabının, xüsusi geyimin verilməsi, saxlanılması və istifadəsi qaydaları haqda təlimat»ın 3 bəndinin tələbinə zidd olmuşdur. Lakin həmin tələbin pozulması hadisə zamanı beton işlərini görən fəhlə Zərərçəkmiş şəxs6 xəsarət alaraq ölməsi ilə səbəbli əlaqəsi olmamışdır. Baş vermiş hadisə ilə əlaqədar: “X51 2631” yük markalı beton nasosunun sahibkarı X32 (birinci tərəf) ilə sürücü Rəsulov Rövşən Hümbət oğlu (ikinci tərəf) arasında xx xxxx 2020-ci il tarixində bağlanılmış müqavilənin «ikinci tərəfin öhdəlikləri» adlı başlığının «a», «b», «d» bəndlərinin və «Beton nasosunun istismar təlimatı»nın 6, 7 bəndlərinin tələbləri pozulmuşdur. Həmin tələblərin pozulması hadisənin səbəbləri olmuşdur. Belə ki, hadisə zamanı, “X51 2631” markalı beton nasosu tikinti sahəsində, torpaq örtüklü yerdə təhlükəsiz qaydada (yəni yana yatmasına qarşı dayanıqlı) vəziyyətdə yerləşdirilməmiş, işin gedişatı zamanı da avtomaşının tarazlığı vaxtaşırı yoxlanılmamışdır. Göstərilən pozulmaların və əsasən də, torpağın tərkibindən və sıxlığından asılı olaraq, avtomaşının pəncəsinin xəndəyin aşırımından təhlükəsiz məsafədə quraşdırılmaması nəticəsində, işin gedişatı zamanı yaranan dəyişkən yüklənmələrin (o cümlədən betonun vurulması zamanı açılmış xortumun monoton titrəyişinin) təsirindən pəncələrdən birinin altında torpağın xəndəyə tərəf sürüşüb uçulması və bu səbəbdən də avtomaşının yana yatması nəticəsində hadisə baş vermişdir. “X51 2631 yük markalı beton nasosunun sahibkarı X32 (birinci tərəf) və sürücü Rəsulov Rövşən Hümbət oğlu (ikinci tərəf) arasında xx xxxx 2020-ci il tarixindən bağlanmış müqavilənin “ikinci tərəfin öhdəlikləri” adlı başlığının “a”,“b”,”d” bəndlərinin, “beton nasosunun istismar təlimatı”nın 6, 7 bəndlərinin tələbləri, beton nasosunu işə salmadan öncə iş şəraiti ilə yaxından tanış olub istismarı zamanı avtomaşının təhlükəsiz idarə edilməsini, beton nasos işləyən zaman onun təhlükəsiz işləməsinə vaxtlı-vaxtıda nəzarət edilməsini və beton nasosun istismar olunması təlimatı ilə tanış olmaqla həmin təlimata əsasən təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifələrini üzərinə götürmüş sürücü operator Rəsulov Rövşən Hümbət oğlu tərəfindən pozulmuşdur. Aparılmış tədqiqatlara və müəyyən edilmiş faktiki hallara əsaslanaraq nəticəyə gəlmək olar ki, «xxxxxxxxxxxxxxxxxxxx» ASC və Şəxs MMC-nin vəzifəli şəxsləri tərəfindən, hadisənin baş verməsi ilə əlaqədarlıq təşkil edən, tikinti işlərinin təhlükəsiz aparılmasına dair əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə normativ aktların tələblərinin pozulması müəyyən edilməmişdir. İş materiallarında olan Rəsulov Rövşən Hümbət oğlunun Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə xx xxxxxxxx 2020-ci il tarixli ittiham aktında olan: - A 602925D nömrəli texniki pasportda və xx.xx.2020-ci il taixli etibarnamədə təsdiq olunduğu kimi “X51 2631 yük markalı beton nasos quraşdırılmış avtomaşın icarə müqaviləsi üzrə birinci tərəfə X17 məxsusdur və etibarnamə əsasında idarə etmək üçün sürücü-operator Rəsulov Rövşən Hümbət oğluna etibar edilmişdir. - “xxxxxxxxxxxxxxxxxxxx” ASC-nin sədri A.Əliyev tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli 14 nömrəli Əmrin Çıxarışından görünür ki, Rəsulov Rövşən Hümbət oğlu əmək müqaviləsinə əsasən operator pompa vəzifəsinə işə qəbul edilmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-ninəmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi, işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri verməməsi sübuta yetirilmədiyindən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Qəbələ rayonu, Daşlıca kəndi ərazisində Şəxs MMC-nin sifarişi ilə İcraçı “xxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən aralarında bağlanmış xx xxx 2020-ci il tarixli müqaviləyə əsasən anbar və ofis binasının planlaşdırılmış tikintisi aparılmışdır. Tikinti zamanı Rəsulov Rövşən Hümbət oğlu tikinti işlərinin aparılmasında təhlükəsizliyi qaydalarını pozaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs6 həyat və sağlamlığı üçün real təhlükə yaratdığından, beton nasosun xortumunun tikilinin təməlinin betonlanmasında fəhlə kimi işləyən Qəbələ rayonu, Qəmərvan kənd sakini, xx.xx.1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs6 üzərinə düşərək onun ölümünə səbəb olmuşdur. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 1(025)-31/2020 nömrəli hökmünə əsasən Rəsulov Rövşən Hümbət oğlu Azərbaycan Respublikası Cinayət Məcəl-lə-si-nin 222.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə “operator pompa” vəzifə tutma hüququndan məhrum edilməklə, 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıq-dan məhrum etmə cəzasına məhkum edilmişdir. Daha sonra Qəbələ rayon Prokurorunun xx.xx.2020-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” Qərarına əsasən Zərərçəkmiş şəxs1 barəsində Azərbaycan Respublikası İXM-in 198.1.6-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına dair Qəbələ rayon prokuroru, ədliyyə müşaviri Nazim Babayevin xx.xx.2020-ci il tarixli qərarı ləğv olunmuş, Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1 və 198.1.6-cı maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Belə ki, həmin qərarla müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs MMC-nin onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs X7 MMC-nin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslə - Zərərçəkmiş şəxs1, X30, Zərərçəkmiş şəxs2, X14, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 və X22 müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrini təmin etməməklə 2020-ci ilin may ayının sonlarından xx.xx.2020-ci il tarixədək Şəxs MMC-yə məxsus Qəbələ rayonu Daşlıca kəndində cəmiyyət üçün anbar və ofis binasının tikintisi zamanı betonlama işlərinə cəlb etmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlara əsaslanır. Birincisi, iş materiallarında olan Şəxs ilə “xxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx xxx 2020-ci il tarixli müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, bu müqavilədə müəyyən edilmiş şərtlər əsasında, Sifarişçi Müqavilənin şərtlərinə əsasən yerinə yetirilən Tikinti işlərini icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. Eyni zamanda İcraçı da bu müqavilədə müəyyən edilmiş şərtlər əsasında tikinti işlərini vaxtında və keyfiyyətlə yerinə yetirməsini öhdəsinə götürür. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən isə sifarişçi və icraçı müqavilə üzrə bütün fikir ayrılıqlarını (ixtilaflarını) səmimi danışıqlar yolu ilə həll etməyə cəhd edəcəkləri barədə razılaşmışlar. Həmin müqavilənin 8.2-ci bəndinə əsasən bu müqavilənin icrası gedişində yaranan, səmimi danışıqlar yolu ilə həll edilə bilməyən bütün mübahisə və ixtilaflar (fikir ayrılıqları) Azərbaycan Respublikasının İqtisad Məhkəməsinin həllinə verilir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən sifarişçi və icraçı müqavilə üzrə bütün fikir ayrılıqlarını (ixtilaflarını) səmimi danışıqlar yolu ilə həll etməyə cəhd edəcəkləri barədə razılaşmışlar. Həmçinin müqavilənin icrası gedişində yaranan, səmimi danışıqlar yolu ilə həll edilə bilməyən bütün mübahisə və ixtilaflar (fikir ayrılıqları) Azərbaycan Respublikasının İqtisad Məhkəməsinin həllinə verilməli imiş. Lakin icraçı “xxxxxxxxxxxxxxxxxxxx” ASC-nin rəhbəri Azad Əliyev istintaq zamanı və məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə MMC ilə aralarında olan müqaviləni birtərəfli ləğv etmiş və Şəxs MMC-nin ünvanını bilmədiyindən məlumat verə bilməmişdir. Lakin tərəflər arasındakı bağlanmış xx xxx 2020-ci il tarixli müqavilədə fikir ayrılıqlarını qarşılıqlı razılıq əsasında həll edilməsi göstərilmişdir. Azad Əliyevin də izahatından görünür ki, tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsindən Şəxs MMC-nin razılığı olmamışdır. Bu səbəbdən müqavilənin “xxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən birtərəfli qaydada ləğv edilməsi yolverilməzdir. Çünki tərəflər arasında bağlanmış müqavilədə müqavilənin birtərəfli qaydada ləğv edilməsi nəzərdə tutulmamışdır. Həmçinin müqavilənin ləğvinə və etibarsız olunmasına dair məhkəmə qərarı da mövcud deyildir. Bundan əlavə Azad Əliyev tərəfindən məhkəməyə müqavilənin hansı qaydada ləğv edilməsi barədə hər hansı sübut təqdim edilməmişdir. Göstərilən bu hallar Azad Əliyev tərəfindən Şəxs MMC ilə bağlanmış müqavilənin birtərəfli qaydada ləğv edilməsinin əsassız olduğunu göstərir və Azaz Əliyev tərəfindən müqavilənin birtərəfli ləğv edilməsi məsuliyyəti Şəxs MMC-nin daşıması mənasına gəlmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Şəxs ilə “xxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx xxx 2020ci il tarixli müqavilənin 10.2-ci maddəsinə əsasən icraçı işlərin görülməsi zamanı əməyin mühafizəsinə, işçilərin texniki təhlükəsizliyinə nəzarət edəcəyinə və texniki təhlükəsizlik qaydalarının icrasını öhdəsinə götürür və buna görə tam məsuliyyət daşıyır. Həmin müqavilən 10.3-cü bəndinə əsasən isə işçilər gündəlik icraçı tərəfindən təhlükəsizlik texnikası üzrə təlimatlandırılmalı və işə buraxılmalıdır. Göründüyü Mülki Məcəllədə və tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə podratçı (“xxxxxxxxxxxxxxxxxxxx” ASC) tərəfindən riayət edilməmişdir. Həmçinin Şəxs ilə “xxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx xxx 2020-ci il tarixli müqavilənin hansı əsaslarla ləğv edilməsi də iş materialları ilə sübuta yetirilməməmişdir. İkincisi, xx.xx.2020-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” qərarda göstərilmişdir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1 və 198.1.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi Qəbələ rayon prokurorluğunda Rəsulov Rövşən Hümət oğlunun Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsi ilə təsqirləndirilməsinə dair istintaqı aparılmış ********* №-li cinayət işi üzrə toplanmış şahid ifadələri və digər sənədlərlə öz təsdiqini tapmışdır. Həmçinin həmin qərarda göstərilmişdir ki, İstintaq zamanı bəzi şahid ifadələrinə əsasən Şəxs MMC-yə məxsus Qəbələ rayonu Daşlıca kəndində cəmiyyət üçün anbar və ofis binasının tikintisi zamanı betonlama işlərinə Zərərçəkmiş şəxs1 rəhbərlik edərək həmin işlərin görülməsi üçün digər işçiləri cəlb etməsi göstərilsə də, həmin hallar X9 və “xxxxxxxxxxxxxxxxxxxx” ASC-nin sədri Azad Əliyevin ifadələri ilə təkzib edildiyi göstərilmişdir. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X28, Zərərçəkmiş şəxs2, X14 və Zərərçəkmiş şəxs3 həm məhkəmə iclasında, həm də ********* №-li cinayət işi üzrə verdikləri şahid ifadələrindən, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 ********* №-li cinayət işi üzrə verdikləri şahid ifadələrindən görünür ki, onlar Şəxs MMC-yə məxsus Qəbələ rayonu Daşlıca kəndində cəmiyyət üçün 1,04 ha torpaq sahəsində anbar və ofis binasının tikintisi ilə əlaqədar Şəxs MMC-ilə işə götürülməklə bağlı heç bir danışıq aparmadıqları və müqavilə bağlamadıqlarını bildirmişlər. Onlar betonlama işlərinə Zərərçəkmiş şəxs1 rəhbərlik etdiyini və işçilərin sonuncu tərəfindən cəlb edildiyini bildirmişlər. Beləliklə, zərərçəkmiş şəxslərin məhkəmə iclasında və ********* №-li cinayət işi üzrə verdikləri ifadələrindən görünür ki, onların Şəxs MMC ilə qarşılıqlı olaraq heç bir öhdəlikəri olmamışdır və bu iş materialları ilə sübuta yetirilmir. Üçüncüsü, xx.xx.2020-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” qərarda göstərilmişdir ki, X8 istintaq zamanı vermiş olduğu ifadəsində Şəxs MMC-yə məxsus Qəbələ rayonu Daşlıca kəndində cəmiyyət üçün 1.04 ha torpaq sahəsində anbar və ofis binasının tikintisini “xxxxxxxxxxxxxxxxxxxx” ASC-yə həvalə etməsini, əslində isə betonlama işlərinin əvvəldən tanıdığı və həmkəndlisi olan Zərərçəkmiş şəxs1 və onun gətirdiyi 5-6 nəfər işçi heyəti tərəfindən həyata keçirməsini bildirmişdir. “xxxxxxxxxxxxxxxxxxxx” ASC-nin sədri Azad Əliyev isə öz ifadəsində göstərmişdir ki, müqaviləyə əsasən betonlama işlərinin görülməsinə dair əsas podratçı olsa belə, Qədir Umudalıyev onunla söhbət əsasında həmin işlərin artıq cəlb etmiş olduğu şəxslər vasitəsilə həyata keçirdiyini bilmişdir. Ona görə də o, layihə-smeta sənədlərinin təqdim olunmadığını və ödəniş edilmədiyini əsas tutaraq xx.xx.2020-ci il tarixdə müqaviləni birtərəfli qaydada ləğv etmişdir.Şəxs MMC-ni təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs X8 tərəfindən cəlb edilməklə əmək haqqı ödənilmiş, sonuncu hüquqi şəxsin adından faktiki olaraq işə götürən funksiyasını yerinə yetirmişdir, həmin işlər də hüquqi şəxsin adından və onun xeyrinə görülmüşdür. Beləliklə, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 və 198.1.6-cı maddələri ilə müəyyən edilmiş inzibati xətaların törədilməsinə görə inzibati məsuliyyətə cəlb olunması qənaətinə gəlinmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, X8 ifadəsində göstərmişdir ki, “xxxxxxxxxxxxxxxxxxxx” ASC-nin sədri Azad ona demiş ki, “işçiləri sən tap, mən onlarla əmək müqaviləsi bağlayacam”. O da həmin işləri görməyi Sərvərə təklif etmiş ki, sonuncuda onunla razılaşmışdır. Sərvərə bildirmiş ki, işçilərin adlarını Azad Əliyevə versin ki, həmin şəxslərlə o, müqavilə bağlasın, işçiləri lazımı paltar və ləvazimatla təmin etsin. Sərvər də onu arxayın etmiş ki, o şeyləri özü həll edəcəkdir. Lakin sonradan ona məlum olmuş ki, Sərvər dediklərini etməmiş, işçilərlə əmək müqaviləsi bağlanmamışdır. Göstərilən bu halları Zərərçəkmiş şəxs1 məhkəmə zamanı verdiyi ifadəsində təsdiq etmişdir. X32 da məhkəmədə verdiyi izahatında işçilərlə bağlı Sərvərlə və Qədirlə aralarında söhbət olduğunu, lakin Qədir müqavilənin şərtlərini əməl etmədiyindən onlarla işləmək istəmədiyini və müqaviləni birtərəfli qaydada ləğv etdiyini bildirmişdir. Sonradan isə ona məlum olmuşdur ki, Sərvər adlı şəxs həmin ərazidə tikinti işlərini aparır. Göründüyü kimi Azad Əliyev tərəflər arasında bağlanmış müqavilə üzrə işçilərin ona məxsus “xxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən təqdim olunmasını bilsə də, X35 Ağayevi işə cəlb etmək barədə tövsiyyəsini qəbul etmiş, lakin işçilərlə müqavilə bağlamışdır. X54 Zərərçəkmiş şəxs1 işə cəlb edilməsi barədə tövsiyyəni qəbul etməmək barədə səlahiyyətli şəxs olsa da, bunu etməmiş, Şəxs ilə “xxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx xxx 2020-ci il tarixli müqavilənin birtərəfli qaydada hansı əsaslarla ləğv etməsi barədə də məhkəməyə sübut təqdim etməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azad Əliyev həmin müqaviləni birtərəfli qaydada ləğv etdiyini bildirsədə də, hansı səbəbdən ondan sonra tikinti sahəsinə dəfələrlə beton göndərdiyini heç nə ilə izah edə bilməmişdir. Nəhayət, dördüncüsü, Qəbələ rayon prokurorunun böyük köməkçisi, baş ədliyyə müşaviri Süleyman Süleymanovun xx xxxxxx 2020-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarının surətindən görünür ki, Zərərçəkmiş şəxs1 əməllərində AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş əmək qanunvericliyinin tələblərini pozaraq əmək məcəlləsinə müvafiq müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə və AR İXM-nin 198.1.6-cı maddəsində nəzərdə tutulmuş əməyin mühafizəsi qaydalarını pozaraq müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsini təmin etmədiyinə görə həmin xətalara görə inzibati tənbeh tədbirləri görülməsi üçün inzibati icraat məsələsinə baxılması qərara alınmışdır. Həmin qərardan göründüyü kimi Şəxs MMC-nin AR İXMnin 192.1 və 198.1.6-cı maddələri ilə təqsirliliyi sübuta yetirilməmişdir. Həmin qərarla yalnız fiziki şəxs Zərərçəkmiş şəxs1 barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanması qərara alınmışdır. Lakin xx.xx.2020-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” qərarda Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb olunması qərara alınmış və həmin qərarda işçilərin Qədir Umudəliyev tərəfindən cəlb edilməklə əmək haqqında sonuncu tərəfindən ödənilməsi göstərilmişdir. Məhkəmə qeyd edir ki, istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 izahatında göstərmişdir ki, o, Qədir Umudəliyev tərəfindən işə cəlb olunmuş, Qədir Umudəliyev ona işlədəciyi işçilərin adını “xxxxxxxxxxxxxxxxxxxx” ASC-nin rəhbəri Azad Əliyevə təqdim etməsini, həmin işçilərlə rəsmi müqavilə bağlayıb işə cəlb etməsini bildirsə də, yadından çıxdığından bunu etməmişdir. Həmçinin məhkəmə zamanı verdiyi ifadəsində Azad Əliyevlə müqavilə bağlaması üçün sonuncuya dəfələrlə zəng etməsinə baxmayaraq onun gəlib müqavilə bağlamadığını bildirmişdir. Bu da onu göstərir ki, Zərərçəkmiş şəxs1 Şəxs MMC-nin adından deyil, “xxxxxxxxxxxxxxxxxxxx” ASC-nin adından işçiləri işə cəlb etmişdir. Həmçinin Zərərçəkmiş şəxs1 izahatlarında pulların ona Qədir Umudəliyevin qardaşı oğlu X15 tərəfindən verildiyini göstərmişlər. X15 isə məhkəmə zamanı şahid qismində verdiyi ifadəsində həmin obyektdə işləyən işcilərə əməkhaqqı vermədiyini, İşçilər ondan evə getmək üçün yol pulu istədiyini, o da onlara avans olaraq əməkhaqlarını aldıqları zaman ona geri ödəmələri şərti ilə pul verdiyini göstərmişdir. Beləliklə də, iş materialları və tərəflərin izahatları ilə işçilərin əmək haqqının Şəxs MMC tərəfindən verilməsi sübuta yetirilmir. Məhkəmə qeyd edir ki, hazırkı “inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” xx.xx.2020-ci il tarixli qərar bilavasitə hazırda qüvvədə olan Qəbələ rayon prokurorunun xx xxxxxx 2020-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarına istinad edilsə də, qeyd edilən qərarda Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 və 198.1.6-cı maddələri ilə təqsirləndirilməsinə dair hər hansı bir müddəa mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərini göstərən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.6-cı maddəsinə görə işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməməsinə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Bütün bu qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, Şəxs MMC-nin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməməsinə dair inzibati xətaların törədilməsində təqsirinin sübuta yetirəcək hər hansı tərkib əlaməti mövcud deyildir. Ümumiyyətlə, işdə iştirak edən şəxslərin, o cümlədən zərərçəkmiş şəxslərin, şahidlərin izahatından da Şəxs MMC-nin belə bir hərəkətlər etməsi təsdiq olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməməsi hər hansı sübutla öz təsdiqini tapmamışdır. Bu səbəbdən Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi yoxdur, xx.xx.2020-ci il tarixli qərarı ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraatəsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.0, 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 və 198.1.6-cı maddələri ilə Azərbaycan Respublikası Baş X6 X25 xx.xx.2020-ci il tarixli qərarı ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 və 198.1.6-cı maddələri ilə Azərbaycan Respublikası Baş X6 X25 xx.xx.2020-ci il tarixli qərarı ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar