Məhkəmə qərarları › İş №3(025)-4/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-4/2025

16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-4/2025 16.01.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, qərardan şikayət verən şəxs X4 və AR DİN Qəbələ RPŞ-nin DYPB-nin İTÜBİ-nin polis kapitanı X3 iştirakı ilə, AR DİN AR DİN BDYPİ-nin «inzibati tənbeh vermə haqqında» xx.xx.2024-cü il tarixli EQ 25175908 nömrəli qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: AR DİN BDYPİ-nin «inzibati tənbeh vermə haqqında» xx.xx.2024-cü il tarixli EQ 25175908 nömrəli qərarı ilə X4 xx.xx.2024-cü il tarixdə, saat 16:00 radələrində “Opel Zafira” minik markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobili idarə edərək Qəbələ şəhəri, H.Əliyev prospektində dayanma və ya durma qaydasına riayət etmədiyinə görə AR İXM-nin 346.4-cü maddəsi ilə 80 manat cərimə edilmişdir. Barəsində qərar qəbul edilmiş şəxs həmin qərardan məhkəməyə şikayət edib yol hərəkəti qaydaları əleyhinə heç bir inzibati xəta törətmədiyini göstərərək qeyd olunan qərarın ləğv edilməsini xahiş etmişdir. Barəsində inzibati icraat aparılan şəxs X4 göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 16:00 radələrində o, idarə etdiyi “Opel Zafira” minik markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobili Qəbələ şəhəri, H.Əliyev prospektində, “Bazarstore” mağazasının qarşısında parklamaq məqsədilə sürəti dayanma həddinədək azaltmış, parklanma yerində olan başqa avtomobilin çıxmasını müşahidə edib ani olaraq dayanmış və həmin avtomobil çıxdıqdan sonra dərhal avtomobilini həmin ərazidə park etmişdir. Dayanma müddətin ümumilikdə 1 dəqiqədən artıq olmadığına görə ərazidə quraşdırılmış kamera vasitəsi ilə dayanma və ya durma qaydasını pozduğuna görə barəsində AR İXM-nin 346.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol qanunsuzdur. Ona görə də, 80,0 manat məbləğində cərimə olunması haqqında AR DİN Qəbələ Rayon DYPŞ-nin «inzibati tənbeh vermə haqqında» xx.xx.2024-cü il tarixli EQ 25175908 nömrəli qərarı ləğv edilməlidir. AR DİN Qəbələ RPŞ-nin DYPB-nin İTÜBİ-nin polis kapitanı X5 göstərmişdir ki, X4 xx.xx.2024-cü il tarixdə, saat 16:00 radələrində idarə etdiyi “Opel Zafira” minik markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobili Qəbələ şəhəri, H.Əliyev prospektində, “bazarstore” mağazasının qarşısında dayanma üçün nəzərdə tutulan yerdə yox, zolaqdan kənarda saxlayaraq dayanma və ya durma qaydasını pozmuşdur. Pozuntu ərazidə quraşdırılmış kamera vasitəsi ilə qeydə alınmış və barəsində AR İXM-nin 346.4-cü maddəsi ilə inzibati xəta haqqında elektron protokol tərtib edilərək inzibati qaydada tənbeh edilmişdir. Ona görə də, AR DİN Qəbələ Rayon DYPŞ-nin «inzibati tənbeh vermə haqqında» xx.xx.2024-cü il tarixli EQ 25175908 nömrəli qərarı qanuni hesab edilməlidir. İşdə olan GD diskinə baxış zamanı X1 idarə etdiyi “Opel Zafira” minik markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobilin xx.xx.2024-cü il tarixdə, saat 16:00 radələrində Qəbələ şəhəri, H.Əliyev prospektində “Bazarstore” mağazasının qarşısında dayanma üçün nəzərdə tutulan yerdə yox, kənarda dayanması izlənmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, səlahiyyətli orqan X2 AR İXM-nin 346.4-cü maddəsi ilə təqsirli bilərək inzibati qaydada tənbeh etməkdə haqlı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şikayət təmin olunmasın. AR DİN Qəbələ Rayon DYPŞ-nin «inzibati tənbeh vermə haqqında» xx.xx.2024-cü il tarixli EQ 25175908 nömrəli qərarı qanuni hesab edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar