Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-40/2025 07.02.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X2, Müdafiəçi - Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 2001-ci il fevralın 27-də Qəbələ rayonu Tikanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Qəbələ rayonu Tikanlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 18 dekabr 2024-cü il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X4 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(025)-673/2024 nömrəli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işin icraatına, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(107)-13/2025 nömrəli qərarı ilə Zərərçəkmiş şəxs şikayətinin qismən təmin edilməsi, Qəbələ Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 3(025)-673/2024 nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. İXH protokolda göstərilir ki, xx.xx.2024-cü il tarixdə saat 09:00 radələrində Qəbələ rayonu, Aydınqışlaq kəndində fərdi yaşayış evində Şəxs əri Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 18 dekabr 2024-cü il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X4 göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 09:00 radələrində Qəbələ rayonu, Aydınqışlaq kəndində fərdi yaşayış evində Şəxs əri Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmişdir. Qeyd edilən şikayət üzrə araşdırmanı Qəbələ Rayon Polis şöbəsinin təhqiqatçısı, polis kapitanı Fərid Nizamlı aparmış və 13 dekabr 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanılmasını rədd etmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətinə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Beləliklə, təhqiqatçının rədd qərarına əsasən Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə Qəbələ RPŞ-yə ərizə ilə müraciət edərək əri Zərərçəkmiş şəxs onu döyməsi barədə məlumat vermişdir. 2019-cu ildə Qəbələ rayon Aydınqışlaq kənd sakini Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, birgə nikahlarından iki övladları dünyaya gəlmiş, evləndikləri gündən əri ilə mütəmadi olaraq aralarında münaqişələr baş vermişdir. xx.xx.2024-cü il tarixdə sahər saat təxminən 09 radələrində əri evə gəlmiş, qaynanası X6 ərinə onunla münaqişə etdiyini demiş, əri də onu yaşadıqları otağa keçirmiş, nə üçün anası ilə münaqişə etdiyini soruşmuş, o da əri Zərərçəkmiş şəxs qaynanası onu söydüyü üçün aralarında münaqişə olduğunu dedikdə əri şillə ilə 7-8 dəfə sifət nahiyyəsindən vurduqda çarpayının üzərinə yıxılmış, lakin əri yenədə üzərinə gəlmiş və boyun nahiyyəmdən tutaraq onu boğmuş, eləcə də kürək nahiyyəsindən bir neçə dəfə vurmuşdur. Lakin o münaqişə zamanı ərinə qarşı hər hansı formada fiziki zor tətbiq etməmişdir. Yalnız Zərərçəkmiş şəxs onu telefon vasitəsi ilə çəkdiyi üçün onun əlindəki telefonu vuraraq yerə salmışdır. Özünü təqsirli bilmir, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə gecə saat 00 radələrində yaşadığı evə gəlmiş, səhər durmuşdur. Arvadı Şəxs bir neçə gün əvvəl anası ilə nə üçün mübahisə etdiyini soruşmuş, həmin vaxtı anası da onlara yaxınlaşmış və aralarında münaqişə yaranmış, arvadı Şəxs qəflətən anasını vurmaq məqsədilə üzərinə getmək istədikdə o, araya girərək ayırmış və arvadını sakitləşdirmiş, qaynatasına zəng edərək məlumat vermişdir. Qaynatası arvadını sakitləşdirmiş və yaşadığı ünvana aparmışdır. Həmçinin məhkəməyə ərizə təqdim edərək Şəxs ilə barışdığını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə səhər saat 09 radələrində evdə yemək yeyən zaman oğlu Zərərçəkmiş şəxs bir neçə gün əvvəl gəlininin ünvanına nalayiq ifadələr işlətdiyini demiş, oğlu da Şəxs nə üçün onu təhqir etdiyini soruşduqda o qışqırmağa başlamış, onun üzərinə hücum çəkmək istədikdə isə oğlu Zərərçəkmiş şəxs onu tutub saxlamış və sakitləşdirmiş, münaqişə daha da böyüməsin deyə atasına zəng edərək məlumat vermişdir. X17 də yaşadıqları ünvana gələrək gəlinin Şəxs aparmaq istədiyi zaman oğlu telefonunda videoçəkiliş etmiş və bu zaman gəlini onun əlindəki telefonu vuraraq yerə atmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə sahər saat təxminən 10 radələrində kürkəni ona zəng edərək qızını aparmağını demiş, o da onların yaşadığı ünvana getmiş, qızından nə baş verdiyini soruşmuş, qızı da ərinin onu döydüyünü demişdir. O da qızımı və nəvələrini yaşadığı həyətə gətirmək istəyən zaman kürəkəni Zərərçəkmiş şəxs qızını mobil telefon vasitəsilə çəkməyə başlamış, qızı da ona yaxınlaşaraq ərinin mobil telefonuna 2 dəfə vurmuş, o da qızını özünə məxsus avtomobilə mindirmiş və yaşadığı həyətə gətirmişdir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkibi olmadığını və iş materialları ilə Şəxs Zərərçəkmiş şəxs döyməsinin sübuta yetirilmədiyini, beləliklə inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edildi: - xx.xx.2024-cü il tarixdə Qəbələ rayon Aydınqışlaq kənd sakini Şəxs Qəbələ RPŞ-yə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə əri Zərərçəkmiş şəxs tərəfindən döyülməsi barədə məlumat vermiş, əri Zərərçəkmiş şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. - xx.xx.2024-cü il tarixdə Qəbələ rayon Aydınqışlaq kənd sakini Zərərçəkmiş şəxs Qəbələ RPŞ-yə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə arvadı Şəxs tərəfindən döyülməsi barədə məlumat vermiş, arvadı Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. - Qəbələ Rayon Polis şöbəsinin təhqiqatçısı, polis kapitanı Fərid Nizamlının 13 dekabr 2024-cü il tarixli qərarı ilə HK-1/1617 saylı və HK-1/1622 saylı materiallar üzrə cinayət tərkibi olmadığı üçün bununla əlaqədar toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuş, toplanmış material üzrə Zərərçəkmiş şəxs və Şəxsq qızının əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş tərkib əlamətləri olduğuna görə həmin faktla bağlı tədbir görülməsi üçün Qəbələ RPŞ-nin İTB-yə verilməsi qərara alınmışdır. - Qəbələ rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X7 HK- 1/1617 saylı və HK-1/1622 saylı material üzrə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 13 dekabr 2024-cü il tarixli qərardan görünür ki, aparılan araşdırma zamanı Şəxs bədəni üzərində xəsarətlərin olub-olmamasının, əgər varsa xəsarətlərin ağırlıq dərəcəsinin müəyyən olunması üçün MTE-nin PB-nin Qəbələ rayon şöbəsinə təqdim edilmiş, MTE-nin verdiyi 595 saylı rəyə əsasən onun bədəni üzərində sağlamlığa zərər vurmayan bədən xəsarətlərinin olduğu müəyyən edilmişdir. Həmçinin aparılan araşdırma zamanı Zərərçəkmiş şəxs bədəni üzərində xəsarətlərin olub-olmamasının, əgər varsa xəsarətlərin ağırlıq dərəcəsinin müəyyən olunması üçün MTE-nin PB-nin Qəbələ rayon şöbəsinə təqdim edilmiş, MTE-nin verdiyi 603 saylı rəyə əsasən onun bədəni üzərində heç bir xəsarətin aşkar edilmədiyi müəyyən edilmişdir. - Məhkəmə tərəfindən işə yenidən baxılan zaman məhkəməyə təqdim edilmiş CD diskdə olan videogörüntüdən görünür ki, Zərərçəkmiş şəxs Şəxs telefonla çəkən zaman Şəxs onun üzərinə gəlmiş və əlindən telefonu almağa çalışmışdır. Lakin həmin videogörüntülərdən Şəxs Zərərçəkmiş şəxs döymə və sair zorakı hərəkətlərlə fiziki ağrı yetirməsi müəyyən olunmamışdır. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Zərərçəkmiş şəxs döyməsi sübuta yetirilmədiyindən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında işdə iştirak edən şəxslərin izahatları ilə Zərərçəkmiş şəxs və Şəxs arasında gərgin ailə münaqişələrinin olması, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs, onun anası X5 və Şəxsq qızının sözlü mübahisə etmələri müəyyən edilsə də, Şəxs Zərərçəkmiş şəxs döyməsi, ona qarşı hər hansı zorakı hərəkətlər edərək fiziki ağrı yetirməsi öz təsdiqini tapmır. Hadisənin şahidi olan X5 məhkəmə zamanı öz izahatında, Şəxs Zərərçəkmiş şəxs şillə ilə vurduğunu qeyd etmişdir. Lakin məhkəmə qeyd edir ki, X3 Zərərçəkmiş şəxs şillə ilə vurması barədə şahid Sədaqət Cəbrayılovanın ifadəsi yaxın qohum olmaqla maraqlı şəxs olduğu üçün onun izahatı sübut kimi qiymətləndirilməməlidir. Məhkəmə onu qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi, Azərbaycan Respublikası Baş Prokurorluğu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə razılaşdırılmış, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 10 yanvar 2001-ci il tarixli, 7 saylı əmri ilə təsdiq edilmiş «Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları»nın 21-ci bəndinə əsasən döymə xəsarətin ayrıca xüsusi bir növünü təşkil etmir. Döymə dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi döymə və sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmənin qəsdən edilməsinə görə inzibati məsuliyyəti müəyyən edir. Maddənin dispoziyasından göründüyü kimi qeyd edilən hərəkətlər qəsdən törədilməlidir. Həmçinin həmin məcəllənin 13-cü maddəsinə əsasən isə inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Hazırki halda, Şəxs hərəkətlərində Zərərçəkmiş şəxs qarşı döyməyə yönəlmiş hər hansı qəsd, eyni zamanda onun tərəfindən sonuncuya qarşı ardıcıl və dəfələrlə fiziki ağrılar yetirilməsi ilə müşayiət olunan hərəkətlər etməsi müəyyən olunmur. Beləliklə, inzibati icraat iştirakçılarının məhkəmədə verdikləri izahatlarından, məhkəməyə təqdim edilmiş rədd materialından müəyyən edilir ki, Zərərçəkmiş şəxs, onun anası X5 və Şəxsq qızı arasında xx.xx.2024-cü il tarixdə mübahisə baş vermiş, həmin mübahisə polis orqanına şikayət etməsi ilə nəticələnən hadisənin baş verməsinə səbəb olmuşdur. X1 məhkəmədə verdiyi izahatında o və oğlu Zərərçəkmiş şəxs ilə gəlini Şəxsq qızı arasında münaqişə yarandığını, münaqişə zamanı Şəxs oğlu Camal Gözəladəyə şillə vurduğunu qeyd etsə də, ekspert rəyi ilə də bu sübuta yetirilməmişdir. Ekspert rəyinə də qiymət verən məhkəmə onuda qeyd edir ki, iş materiallarında sözügedən ekspert rəyi əlavə edilməmişdir. Lakin Qəbələ rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Fərid Nizamlının HK-1/1617 saylı və HK-1/1622 saylı materiallar üzrə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 13 dekabr 2024-cü il tarixli qərarında göstərilmişdir ki, MTE-nin verdiyi 603 saylı rəyə əsasən onun bədəni üzərində heç bir xəsarətin aşkar edilmədiyi müəyyən edilmişdir. Həmçinin Şəxs Zərərçəkmiş şəxs döyməsini istər Qəbələ rayon Polis şöbəsində, istərsə də məhkəmə zamanı verdiyi ifadəsində etiraf etməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Qəbələ Rayon Polis şöbəsinin təhqiqatçısı, polis kapitanı Fərid Nizamlı 13 dekabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında Şəxs izahatında qeyd etmişdir ki, o, Zərərçəkmiş şəxs vurmadığını qeyd etmişdir. Lakin təhqiqatçı yalnız Zərərçəkmiş şəxs və onun yaxın qohumu olan anası X3 ifadəsi ilə Şəxs Zərərçəkmiş şəxs döyməsi qənaətinə gəlmişdir. Təhqiqatçı hansı əsaslarla Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin yarandığını əsaslandırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, onun barəsində əsassız olaraq həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib edilməli olduğunu göstərmişdir. Bütün bu qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, baş vermiş hadisədə Şəxs əməlində Zərərçəkmiş şəxs dəfələrlə fiziki ağrıların və ya çoxlu zərbələrin yerinə yetirilməsi ilə müşayiət olunan döymə kimi qəsd olmamış və bu cür hərəkətlər də onun tərəfindən edilməmişdir. Əlavə olaraq məhkəmə qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(107)-13/2025 nömrəli qərarında göstərilmişdir ki, “Lakin iş materiallarından göründüyü kimi sözügedən 13 dekabr 2024-cü il tarixli cinayət işinin başlanması rədd olunmasına dair qərar Şəxs tərəfindən mübahisələndirilməmiş və ləğv edilməmişdir. Həmin 13 dekаbr 2024-cü il tаrixli qərаrlа dа Gözəlzаdə Xumаr Səfа qızı tərəfindən xx.xx.2024-cü il tаrixdə sааt 00 rаdələrində Zərərçəkmiş şəxs iki dəfə sillə ilə vurmаsı öz təsdiqini tаpmışdır. Аzərbаycаn Respublikаsının İXM-də preyudisаllаqı institutu müəyyən оlunmаsа dа, «Nоrmаtiv-hüquqi аktlаr hаqqındа» Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Qаnununun 13-cü mаddəsinə və İnsаn Hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsinin «Engel və bаşqаlаrı Niderlаndа qаrşı» iş üzrə qərаrındа müəyyən etdiyi Engel stаndаrtlаrınа əsаsən Аzərbаycаn Respublikаsı Cinаyət Prоsessuаl Məcəlləsinin 142-ci mаddəsində nəzərdə tuitulmuş şərtlərin hаzırki işdə tətbiqi müəyyən оlunа bilər ki, birinci instаnsiyа məhkəməsi də bu hаlı аrаşdırmаlıdır.” Bununla bağlı məhkəmə isə qeyd edir ki, məhkəmənin icraatına 18 dekabr 2024-cü il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X4 tərəfindən Zərərçəkmiş şəxs barəsində də İXM-nin 157-ci maddəsi ilə tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(025)-672/2024 nömrəli qərarı ilə Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işin icraatına, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(107)- 4/2025 nömrəli qərarı ilə zərərçəkmiş şəxs Şəxs tərəfindən verilmiş şikayət təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 3(025)-672/2024 saylı qərarı baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəfindən Zərərçəkmiş şəxs və Şəxs barəsində olan İnzibati xəta haqqında işlərə eyni əsaslarla xitam verilmişdir. X14 Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(107)-4/2025 nömrəli qərarında 13 dekabr 2024-cü il tarixli cinayət işinin başlanması rədd olunmasına dair qərarın Zərərçəkmiş şəxs tərəfindən mübahisələndirilməməsi onun mütləq İXM-nin 157-ci maddəsi ilə təqsirli olması qənaətinə gəlinməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 13 dekabr 2024-cü il tarixli cinayət işinin başlanması rədd olunmasına dair qərar Şəxs tərəfindən mübahisələndirilməməsi onun İXM-nin 157-ci maddəsi iə təqsirli olması mənasına gəlməməkdədir. Həmçinin məhkəmə qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(107)-13/2025 nömrəli qərarında göstərilmişdir ki, “X3 Zərərçəkmiş şəxs şillə ilə vurması barədə şahid Sədaqət Cəbrayılovanın ifadəsi yaxın qohum olmaqla maraqlı şəxs olduğu üçün onun izahatı sübut kimi qiymətləndirilməməlidir. Lakin yaxın qohumların verdikləri izahatların maraqlı şəxs olduğu üçün sübut kimi qəbul edilməsinin yolverilməzliyi barədə hər hansı qadağa qanunvercilikdə nəzərdə tutulmamışdır.” Bununla bağlı məhkəmə qeyd edir ki, şahid ifadələri digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Lakin Şəxs Zərərçəkmiş şəxs döyməsi barədə başqa sübut olmadığından, yalnız Zərərçəkmiş şəxs anasının izahatı Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinməsinə əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, 26 noyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs Şəxs tərəfindən döyülməsi hər hansı sübutla öz təsdiqini tapmamışdır. Bu səbəbdən Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.0, 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157ci maddəsi ilə əlaqədar başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işin icraatına, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-40/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-40/2025
07.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver