Məhkəmə qərarları › İş №3(025)-400/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-400/2022

13.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-400/2022 13.09.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X3, Müdafiəçi - Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 iştirakları ilə X8 - 1958-ci il fevralın 04-də Qəbələ rayonu Nic qəsəbəsində anadan olmuş, Rusiya Federasiyası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Qəbələ rayonu Nic qəsəbəsində yaşayan X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 13 sentyabr 2022-ci il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X6 tərəfindən X8 barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, xx.xx.2022-ci il tarixdə X7 aralarında olan mübahisə ilə əlaqədar Zərərçəkmiş şəxs fiziki ağrı yetirmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 13 sentyabr 2022-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X6 göstərdi ki, xx.xx.2022-ci il tarixdə X7 aralarında olan mübahisə ilə əlaqədar Zərərçəkmiş şəxs fiziki ağrı yetirmişdir. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Beləliklə, X8 barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun kəndçisidir. xx.xx.2022-ci il tarixdə öz nəqliyyat vasitəsi ilə birlikdə Qəbələ rayon Nic qəsəbəsinin mərkəzinə çörək almağa getmişdir. Orada kəndçisi Zərərçəkmiş şəxs onu görmüş, maşından düşmüş, yolun kənarı ilə gedən zaman yola tüpürmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs də yolun digər istiqaməti ilə getmişdir. 10 dəqiqə sonra onun yanına gəlmiş, ona sən kimi tüpürürsən demişdir. O isə Zərərçəkmiş şəxs “get rədd ol başımdan, səninlə danışmaq istəmirəm” demişdir. Daha sonra Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr söyləmiş, o da qarşılığın söyüşlə vermişdir. Zərərçəkmiş şəxsi vurmamış, sadəcə olaraq həmin şəxsi itələmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 yaşının nəzərə alınmasını və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə Qəbələ rayon Nic qəsəbəsinin mərkəzində abidənin yanındakı mağazaya çörək almağa getmək istəmişdir. Orada kəndçisi Şirvari Yuranı da görmüş və həmin şəxslə 6-7 ildir ki, danışmır. X8 xx.xx.2022-ci il tarixdə heç bir əsas olmadan onun üzərinə gələrək üzünə tüpürmüş, onun ünvanına nalayiq ifadələr söyləmiş, sol və sağ ayaq nahiyyəsindən bir neçə dəfə təpiklə vurmuş, həmçinin başından bir neçə dəfə yumruqla vurmuş, təzyiqi olduğu üçün gözləri qaralmış və yıxılmışdır. X8 isə oğlunun maşınına minib qaçıb getmişdir. O, Şirvari Yuranı vurmamışdır. X8 ilə barışmamış və onun cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Vəziri Boris ivanoviç izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun qaytanasıdır. xx.xx.2022-ci il tarixdə günorta saat 12 radələrində Qəbələ rayon Nic qəsəbəsinin mərkəzində yerləşən çayçıda oturub çay içmək istəyərkən qəsəbənin mərkəzində abidənin qarşısında səs-küy eşitmişdir. Dərhal oraya gedəndə kəndçisi X4yınatası Boyaxçari Riberti bel nahiyyəsindən, ayaq nahiyyəsindən bir neçə dəfə vurmuş, daha sonra yumruqla onu vurmaq istəyərkən bir neçə nəfər kənd camaatı oraya gəlmiş, onları ayırmış, daha sonra isə Şəxs qaçıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə günorta 12 radələrində Qəbələ rayon Nic qəsəbəsinin mərkəzində mağazaya çörək almağa getmişdir. Birdən qəsəbənin mərkəzində abidənin qarşısında səs-küy eşitmiş, dərhal oraya gedəndə kəndçisi X5 əmisi Zərərçəkmiş şəxs təpiklə bel nahiyyəsindən, ayaq nahiyyəsindən bir neçə dəfə vurmuşdur. Daha sonra yumruqla onu vurmaq istəyərkən bir neçə kənd camaatı araya girmişdir. Daha sonra Şəxsoviç mübahisə yerindən qaçıb gizlənmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X2 canlı şəxsin ekspertizasının xx.xx.2022-ci il tarixli 427 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində xəsarət aşkar edilməmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 03 sentyabr 2022-ci il tarixli qərarın surətindən görünür ki, baş vermiş hadisə ilə toplanmış HK-1/1124 nömrəli materiallar üzrə cinayət işinin başlanması rədd edilərək X5 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmaları üçün qərarın surəti Qəbələ RPŞ-nin İTB-yə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, X8 həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar müəyyən olunmadı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar