Məhkəmə qərarları › İş №3(025)-401/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-401/2022

14.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-401/2022 14.09.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı Zamiq Nadirovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1980-ci ildə Qəbələ rayonunda anadan olmuş, Qəbələ şəhəri, Ə.Cavad küçəs 6 ünvanında qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə 18:20 radələrində Qəbələ şəhərində səs-küy salmış, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı Zamiq Nadirov Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi, polis kapitanı Zamiq Nadirov izahatında bildirmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə 18:20 radələrində Qəbələ şəhərində səs-küy salmış, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən Şəxsf oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə istifadəsində olan mobil nömrəyə zəng edən Musa adlı polisəməkdaşı onu polis şöbəsinə dəvət etdi. O da səbəbini soruşduqda “gələrsən şöbəyə izah edərik” dedi. O da təxminən saat 18:10 radələrində polis şöbəsinin qarşısına gəldi. Öz-özünə düşündü ki, hansı səbəbdən onun polis şöbəyə dəvət ediblər. Daha sonra oğlu ilə telefonda danışarkən əsəbləşib ona qarşı söyüşlər işlətmişdir. Bunu eşidən polis əməkdaşları ona yaxınlaşaraq onu nizam intizama dəvət etdilər. O isə çox əsəbi olduğundan söyüş söyməyə davam etmiş, polisin tələblərinə əməl etməmişdir.dir. Məhkəmə iclasında şahid X4 izahatında göstərmişdir ki, Qəbələ rayon polis şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində çalışır, polis leytenantıdır. Dövlət rəhbərliyi ünvanına sosial şəbəkədə nalayiq sözlər işlətdiyi üçün ünvan 3 ünvanda yaşayan Şəxs profilaktiki söhbətlərin aparılması məqsədilə rayon polis şöbəsinə xx.xx.2022-ci il tarixdə dəvət edilmişdir. Şəxs qeyd etdiyi tarixdə saat təxminən 18:20 radələrində rayon polis şöbəsinin qarşısına gələrək, şöbənin giriş qapısının önündən keçən küçədə ünvanlı-ünvansız söyüşlər söyərək, “Nə üçün məni bura çağırımsınız?”, “Nə yazmışamsa yaxşı etmişəm” deyərək kənardakı şəxslərin diqqətini özünə cəlb edir və hərəkətlərini davam etdirirdi. O və rayon polis şöbəsinin əməkdaşları: X5, giriş qapısının yaxınlığında olan X2 və Babaşov Rəcəb Zübeyir oğlu həmin şəxsin qərəzli hərəkətlər etdiyini görüb ona yaxınlaşdılar. Hansı səbəblərdən aqressiv olduğunu öyrənmək istədikdə şəxs onların sözlərinə məhəl qoymayıb qəsdən qanuni göstərişlərinə tabe olmaq istəmir və hərəkətlərini davam etdirirdi. Bir neçə dəfə təkrarən Səfa Səfərlini nizam intizama dəvət etdilər, fikrini sakit şəkildə izah etməsini xahiş etdilər, lakin həmin şəxs qəsdən onların qanuni tələblərinə tabe olmayıb, hərəkətlərini davam etdirdi. Buna görədə o və yuxarıda adlarını qeyd etdiyi əməkdaşlar həmin şəxsi müvafiq qaydada sakitləşdirərək, barəsində araşdırma aparılaraq tədbir görülməsi üçün şöbənin Növbətçi Hissəsinə gətirərək təhvil verdilər. Məhkəmə iclasında şahid X2 izahatında göstərmişdir ki, Qəbələ rayon polis şöbəsinin X1 əməliyyat müvəkkili vəzifəsində çalışır. Adı sonradan ona məlum olan ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs xx.xx.2022-ci il tarixdə saat təxminən 18:20 radələrində rayon polis şöbəsinin qarşısına gələrək, şöbənin giriş qapısının önündən keçən küçədə ünvanlı-ünvansız söyüşlər söyərək, “Nə üçün məni bura çağırımsınız?”, “Nə yazmışamsa yaxşı etmişəm” deyərək kənardakı şəxslərin diqqətini özünə cəlb edir və hərəkətlərini davam etdirirdi. O və rayon polis şöbəsinin əməkdaşları: X5, giriş qapısının yaxınlığında olan X4 və Babaşov Rəcəb Zübeyir oğlu həmin şəxsin qərəzli hərəkətlər etdiyini görüb ona yaxınlaşdılar. Hansı səbəblərdən aqressiv olduğunu öyrənmək istədikdə şəxs onların sözlərinə məhəl qoymayıb qəsdən qanuni göstərişlərinə tabe olmaq istəmir və hərəkətlərini davam etdirirdi. Bir neçə dəfə təkrarən Səfa Səfərlini nizam intizama dəvət etdilər, fikrini sakit şəkildə izah etməsini xahiş etdilər, lakin həmin şəxs qəsdən onların qanuni tələblərinə tabe olmayıb, hərəkətlərini davam etdirdi. Buna görədə o və yuxarıda adlarını qeyd etdiyi əməkdaşlar həmin şəxsi müvafiq qaydada sakitləşdirərək, barəsində araşdırma aparılaraq tədbir görülməsi üçün şöbənin Növbətçi Hissəsinə gətirərək təhvil verdilər. Məhkəmə iclasında müdafiəçi Vəkil göstərmişdir ki, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə qanunun bu normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 13 sentyabr 2022-ci il tarixdən saat 20:30-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar