Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-402/2022 14.09.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə Şəxs - 1962-ci il mayın 03-də Qəbələ rayonu Mirzəbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qəbələ rayonu Mirzəbəyli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru R.S.İbadovun tərtib etdiyi 14 sentyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qəbələ Rayon Məhkəməsinin 2(025)-855/2020 nömrəli, 01 oktyabr 2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qəbələ rayon İcra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-100/2020 nömrəli, 10 yanvar 2020-ci il tarixli icra sənədinə əsasən ilkin iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Şəxs və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən istifadəyə maneələrə son qoyulması və maddi ziyanın ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsinin qismən təmin edilməsi, ilkin iddia üzrə cavabdeh Şəxs Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********69, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən Zərərçəkmiş şəxs və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan 1 ha torpaq sahəsindən çıxarılması və onun tərəfindən törədilən maneələrə son qoyulması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Şəxs cavabdeh Zərərçəkmiş şəxs qarşı “torpaq sahəsinin boşaldılması, maddi ziyanın ödənilməsi və s.” tələbinə dair qarşılıqlı iddia ərizəsinin qismən edilməsi, ilkin iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********31, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən X1 xüsusi mülkiyyətində olan 1,9171 ha torpaq sahəsindən çıxarılması, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İcra sənədi xx.xx.2021-ci il tarixdə şöbənin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə icra olunması üçün icra sənədi üzrə borcluların ünvanına göndərilmişdir. İcra sənədinin icrası barədə borcluya bildiriş göndərilməsinə baxmayaraq, icra sənədi üzrə tələb təmin edilməmiş və bunun səbəbi barədə icra şöbəsinə məlumat verilməmişdir. Borcluya xəbərdarlıq edilmiş və icra sənədi üzrə tələbi icra etməsi bildirilmiş, əks halda barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi və məhkəməyə göndəriləcəyi barədə məlumat verilmişdir. Lakin onun barəsində görülən tədbirlərin nəticəsi olmamış, hazırkı dövrə qədər icra sənədi təmin edilməmişdir. Məhkəmə iclasında Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 protokolda göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, borclu Şəxs qərar və bildirişləri alsa da, Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-855/2020 nömrəli, 01 oktyabr 2020-ci il tarixli icra sənədi üzrə tərəflər ilkin iddia və qarşılıqlı iddia ərizəsi ilə bir-birlərinə qarşı müraciət etdiklərindən həm tələbkar, həm də borcludurlar. Sözügedən icra sənədi üzrə Zərərçəkmiş şəxs Tahir oğlu özünün borclu olduğu hissədə icra sənədini icra etmiş və icra məmuruna heç bir problem yaratmamışdır. Lakin buna baxmayaraq Şəxs uzun müddətdir ki, icra sənədini icra etmir və icra sənədinin icrasından qərəzli şəkildə yayınır. Həmçinin Şəxs məhkəməyə icra sənədinin icrasına möhlət verilməsi ilə bağlı ərizə ilə müraciət etmiş, lakin ərizəsi təmin edilməmişdir. Bundan əlavə “İcra Haqqında” qanunda icra sənədinin dayandırılma halları kimi icra sənədinin icrasına möhlət verilməsi ilə bağlı məhkəməyə müraciət etmək göstərilməmişdir. Bu səbəbdən Qəbələ Rayon Məhkəməsinin 2(025)-855/2020 nömrəli, 01 oktyabr 2020-ci il tarixli icra sənədi üzrə icraat dayandırılmamış və bu hal borclu Şəxs dəfələrlə izah edilmişdir. Lakin buna baxmayaraq sonuncu icra sənədinin icrasından hər dəfə qərəzli şəkildə yayınır. Odur ki, inzibati xəta törətmiş şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)-855/2020 nömrəli icra vərəqəsinin icra edilməsinə möhlət verilməsinə dair Qəbələ Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Qəbələ rayon məhkəməsi tərəfindən ərizəsi təmin edilməmiş və həmin qərardaddan apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin müvafiq qərarı ilə Qəbələ Rayon Məhkəməsinin qərardadı dəyişdirilmiş və iş yenidən baxılması üçün Qəbələ rayon məhkəməsinə göndərilmişdir. Qəbələ rayon məhkəməsi tərəfindən isə ərizəsi yenidən təmin edilməmiş və həmin qərardaddan da şikayət vermişdir. X6 məhkəməsi tərəfindən halhazırda yekun qərar qəbul edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin hansı qərar verəcəyi isə məlum deyildir. Hesab edir ki, məhkəmənin yekun qərarı gözlənilməlidir. Göstərilənlərin nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil izahatında bildirdi ki, icra məmurunun və Şəxs izahatından müəyyən olundu ki, sonuncu Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)-855/2020 nömrəli icra vərəqəsinin icra edilməsinə möhlət verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və həmin məsələ ilə bağlı məhkəmələr tərəfindən yekun qərar qəbul edilməmişdir. Şəxs haqlı olaraq məhkəminin yekun qərarını gözləyir. Həmçinin onun icra sənədinin icra edilməsinə möhlət verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməsi qərəzlilik yox, onun hüququdur. Hesab edir ki, Şəxs əməlində qərəzlilik sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)-855/2020 nömrəli icra sənədi üzrə o həm borclu, həm də tələbkar olmuşdur. Sözügedən icra sənədi ona aid hissədə icra edilmiş, yəni 1,9171 ha torpaq sahəsi Şəxs verilmişdir. Lakin Şəxs əsassız iddialarla icra sənədini uzun müddətdir ki, icrasına şərait yaratmır. Odur ki, inzibati xəta törətmiş şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Beləliklə, məhkəmə icra məmurunu, zərərçəkmiş şəxsi və barəsində İXH protokol tərtib olunan şəxsi dinləyib, işin faktiki hallarını nəzərdən keçirib belə hesab edir ki, Şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmədiyindən və onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzürsüz səbəbdən icra etməməlidir. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət etməmişdir. Məhkəmə prosesində borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərini üzürsüz səbəbdən icra etməməsi məhkəmə tərəfindən araşdırılmış icra işi, proses iştirakçılarının izahatları və tədqiq olunmuş digər materiallarla da təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş icra işindən görünür ki: - Qəbələ Rayon Məhkəməsinin 2(025)-855/2020 nömrəli, 01 oktyabr 2020-ci il tarixli icra sənədinə əsasən ilkin iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Şəxs və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən istifadəyə maneələrə son qoyulması və maddi ziyanın ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsinin qismən təmin edilməsi, ilkin iddia üzrə cavabdeh Şəxs Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********69, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən Zərərçəkmiş şəxs və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan 1 ha torpaq sahəsindən çıxarılması və onun tərəfindən törədilən maneələrə son qoyulması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Şəxs cavabdeh Zərərçəkmiş şəxs qarşı “torpaq sahəsinin boşaldılması, maddi ziyanın ödənilməsi və s.” tələbinə dair qarşılıqlı iddia ərizəsinin qismən edilməsi, ilkin iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********31, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən X1 xüsusi mülkiyyətində olan 1,9171 ha torpaq sahəsindən çıxarılması, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. - Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru Ramin İbadovun xx.xx.2021-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarına əsasən Qəbələ Rayon Məhkəməsinin 2(025)- 855/2020 nömrəli, 01 oktyabr 2020-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraata başlanılmışdır. - xx.xx.2021-ci il tarixli bildirişin surətindən görünür ki, xx.xx.2021-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarın surəti borclu Şəxs təqdim edilmişdir. - Qəbələ Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli 8(025)-92/2022 nömrəli qərardadı ilə, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)-855/2020 nömrəli qətnaməsinin icrasına möhlət verilməsinə dair borclu Şəxs ərizəsi təmin edilməmişdir. - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli 8(107)- 26/2022 nömrəli qərardadı ilə, borclu Şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 8(025)-92/2022 nömrəli qərardadı tam, bu qərardadla bağlı 24 iyun 2022-ci il tarixli qərardadı isə qismən, yəni ”şikayətin təmin edilməməsi” hissəsində ləğv edilmiş və ərizə sonrakı prosessual hərəkətlərin edilməsi üçün Qəbələ Rayon Məhkəməsinə qaytarılmışdır. - Qəbələ Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli 8(025)-92/2022 nömrəli qərardadı ilə, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)-855/2020 nömrəli qətnaməsinin icrasına möhlət verilməsinə dair borclu Şəxs ərizəsi təmin edilməmişdir. - “Elektron Məhkəmə” sisteminə baxış zamanı müəyyən edilmişdir ki, Qəbələ Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli 8(025)-92/2022 nömrəli qərardadından Şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Belə ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli Qərarında vurğulanır: «Məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə aktlarını qərəzli icra etməmə, bir qayda olaraq, hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər.» «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, «məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Göstərilənlərlə yanaşı, məhkəmə qərarlarının icrası məsələsinin daim xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, səlahiyyətli dövlət orqanları məhkəmə qərarlarının icrası ilə bağlı bütün lazımi tədbirləri vaxtında görməlidirlər.» Beləliklə, yuxarıda qeyd olunan müddəalardan aydın olduğu kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasını təmin etmək vəzifəsi, borclu ilə yanaşı səlahiyyətli dövlət orqanlarının, bu halda icra qurumunun və bu sənədin icrasına nəzarət edən məhkəmənin vəzifəsidir. Borclunun icra sənədinin icrasından qərəzli olaraq yayınmasını əks etdirən hallar Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında sadalanmışdır. Hazırki işdə borclu Şəxs bu cür hərəkətləri etməsi məhkəmə iclasında tədqiq edilən sübutlarla təsdiq edilmir və eyni zamanda icra işindədə buna dair sənədlər mövcud deyildir. Belə ki, birincisi, borclu Şəxs icra məmurunun çağırışlarına vaxt-vaxtında gəlmiş və izahat vermişdir. İkincisi, Şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)-855/2020 nömrəli qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və həmin ərizəsi üzrə yekun qərar qəbul edilməmişdir. Nəhayət, məhkəmənin qənaətincə, Şəxs Qəbələ Rayon Məhkəməsinin 2(025)- 855/2020 nömrəli, 01 oktyabr 2020-ci il tarixli icra sənədinin icrasından qərəzli şəkildə yayınmır, belə ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)-855/2020 nömrəli qətnaməsinin icrasına möhlət verilməsinə dair onun məhkəməyə müraciət etməsi onun hüququdur və məhkəməyə icra sənədinin icrasına möhlət verilməsi ilə bağlı ərizə ilə müraciət etmək qərəzlilik kimi qiymətləndirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyası hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Burada göstərilir ki, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə eyni zamanda icra məmurunun “İcra haqqında” qanunda möhlət verilməyə dair ərizənin icra sənədinin icrasının dayandırılmasına məcbur olan hal kimi göstərilmədiyinə də münasibət bildirərək aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın bu norması ilə vətəndaşların həm Konstitusiya ilə təsbit edilmiş, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Məhkəmənin qənaətinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Məhkəmə müdafiəsi hüququ pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun E.Həkimovun şikayəti üzrə 3 noyabr 2008-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarları). Konstitusiya Məhkəməsinin Plenumu habelə qeyd etmişdir ki, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarı). Göstərilənə əsasən məhkəmə qeyd edir ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Bunun nəticəsidir ki, Şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)-855/2020 nömrəli qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizəsinə Şəki Apellyasiya Məhkəməsi tərəfindən yekun qərar verilməmişdir və borclu Şəxs ərizəsinin təmin edilməsi ehtimalı da mövcuddur. Bu baxımdan Şəki Apellyasiya Məhkəməsi tərəfindən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)- 855/2020 nömrəli qətnaməsinin icrasına möhlət verilməsinə dair Şəxs ərizəsi təmin edilərsə, həmin müddətə qədər isə icra məmuru tərəfindən Qəbələ Rayon Məhkəməsinin 2(025)- 855/2020 nömrəli, 01 oktyabr 2020-ci il tarixli icra sənədinin icra olunması Şəki Apellyasiya məhkəməsi tərəfindən qəbul ediləcək qərarı əhəmiyyətsiz və səmərəsiz edəcəkdir. Bu səbəbdən məhkəmə hesab edir ki, borclu Şəxs həm Konstitusiya ilə təsbit edilmiş, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquq və azadlıqlarının məhkəmə müdafiəsindən istifadə edərək Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)-855/2020 nömrəli qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməsi onun əməlində qərəzlilik olması mənasına gəlmir və eyni zamanda Qəbələ Rayon Məhkəməsinin 2(025)-855/2020 nömrəli, 01 oktyabr 2020-ci il tarixli icra sənədinin də ağlabatan müddətdə icra olunmasına əngəl yaratmır. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, Şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmədiyindən və onunəməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə barəsində olan izibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından Qəbələ Rayon Məhkəməsinin 2(025)-855/2020 nömrəli, 01 oktyabr 2020-ci il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-402/2022
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-402/2022
14.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver