Məhkəmə qərarları › İş №3(025)-406/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-406/2022

16.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-406/2022 16.09.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ rayon Polis şöbəsinin DYPBnin polis baş serjantı X5, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1973-cü il yanvarın 02-də İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 339-1.1, 469.3, 332.1, 332.2 və 334.3-cü maddələri ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qəbələ rayon Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru X2 09 sentyabr 2022-ci il tarixli qərarı ilə, cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.2, 339-1.1, 469.3, 332.1, 332.2 və 334.3-cü maddələri ilə xx.xx.2022-ci il tarixdə tərtib edilmiş AP №0206439 nömrəli protokolun nəzərə alınması qərara alınmışdır. Beləliklə, qərar əsasında Şəxs barəsində Qəbələ rayon Polis şöbəsinin DYPB-nin polis baş serjantı X11 tərəfindən 10 avqust 2022-ci il tarixdə tərtib edilmiş AP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, 10 avqust 2022-ci il tarixdə saat təqribən 19 radələrində Şəxs “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 1-ci hissəsini, 37-ci maddəsinin 8-ci bəndinin tələblərini pozmaqla sürücülük hüququ, müvafiq etibarnamə olmadan, sərxoş vəziyyətdə faktiki olaraq sahibliyində olan “Vaz 21061” minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində idarə edərkən həmin Qanunun 42-ci maddəsinin 1-ci bəndinin tələblərini pozmaqla avtomobilini əks istiqamətli yola çıxararaq ötmə əməliyyatı etmə istəmiş, bu zaman avtomobili əks istiqamətli yolla Zərərçəkmiş şəxs idarə etdiyi Toyota Prius minik markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə X13 sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilmədəyən bədən xəsarəti yetirmiş, həmçinin idarə etdiyi avtomobilinə 2255 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ rayon Polis şöbəsinin DYPB-nin polis baş serjantı X11 göstərdi ki, 10 avqust 2022-ci il tarixdə saat təqribən 19 radələrində Şəxs “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 1-ci hissəsini, 37-ci maddəsinin 8-ci bəndinin tələblərini pozmaqla sürücülük hüququ, müvafiq etibarnamə olmadan, sərxoş vəziyyətdə faktiki olaraq sahibliyində olan “Vaz 21061” minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində idarə edərkən həmin Qanunun 42-ci maddəsinin 1-ci bəndinin tələblərini pozmaqla avtomobilini əks istiqamətli yola çıxararaq ötmə əməliyyatı etmə istəmiş, bu zaman avtomobili əks istiqamətli yolla Zərərçəkmiş şəxs idarə etdiyi Toyota Prius minik markalı, **-TL- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə X13 sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilmədəyən bədən xəsarəti yetirmiş, həmçinin idarə etdiyi avtomobilinə 2255 manat maddi ziyan dəymişdir. Beləliklə, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.2, 339-1.1, 469.3, 332.1, 332.2 və 334.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qəbələ rayon Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru X2 09 sentyabr 2022-ci il tarixli qərarı ilə, cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.2, 339-1.1, 469.3, 332.1, 332.2 və 334.3-cü maddələri ilə tərəfindən tərtib edilmiş protokolun nəzərə alınması göstərilmişdir. Beləliklə, protokol məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2, 339-1.1, 469.3, 332.1, 332.2 və 334.3-cü maddələri ilə özünü təqsirli bilib göstərdi ki, baş etibarnamə əsasında idarə etdiyi Vaz 21061 minik markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Avtomobili Sumqayıt şəhərindən təxminən 5 il əvvəl 2200 manata almışdır. Ancaq etibarnamənin müddəti xx.xx.2018-ci ildə bitmişdir. Öz səhlənkarlığı səbəbindən yenidən etibarnamə almamışdır. Sürücülük hüququ isə 2013-cü ildə Qəbələ rayon məhkəməsi tərəfindən məhdudlaşdırılmışdır. 10 avqust 2022-ci il tarixdə saat təxminən 15 radələrində Vəndam qəsəbəsində kafedə təxminən 3 bakal pivə içmişdir. Ondan əvvəlki gün isə 300-400 qram spirtli içki hesab edilən araq içmişdir. 10 avqust 2022-ci il tarixdə saat təxminən 19 radələrində sərxoş vəziyyətdə avtomobilinə əyləşib onu idarə edərək rayonun Vəndam qəsəbəsində yerləşən “Yeddi Gözəl” adlanan şəlalə istirahət mərkəzi istiqamətində yerləşən evlərinə gedirmiş. Avtomobilində başqa kimsə olmamışdır. Bu zaman qarşısında onunla eyni istiqamətdə bir Prado markalı avtomobil gedirmiş. Prado çox asta sürətlə həkərkət edirmiş. Evə tələsdiyi üçün əks istiqamətli yola çıxaraq Prado markalı avtomobili ötmə əməliyyatı etmək qərarına gəlmiş, buna görə də bir qədər avtomobilin sürətini artırıb əks istiqamətli yola çıxmışdır. Bu zaman əks istiqamətliyoldan qara rəngli Prius markalı avtomobilin gəldiyni görmüş, həmin avtomobilin uzaqda olduğunuhesab edərək Prius markalı avtomobil çatana kimi Prado markalı avtomobili ötmə edərək keçib gedə biləcəyini düşünmüşdür. Ancaq Priusun nə qədər məsafədə olduğunu tam bilməmişdir. Bu zaman Priusun çatdığını və avtomobili ilə baş-başa toqquşa biləcəyinə görə dərhal əyləci basmış, avtomobilin sürəti xeyli aşağı düşmüş, ancaq tam olaraq dayanmamış, Prius markalı avtomobilin ön hissəsi onun avotmobilinin ön hissəsindən dəymiş, toqquşma baş vermişdir. Hər iki avtomobil dayanmış, yerə düşmüşlər. Prius markalı avtomobilin də sürücüsü yerə düşmüş, ordakı şəxslər polis əməkdaşlarını çağırmış, polis əməkdaşları gəlmiş, hər ikisini polis şöbəsinə aparmışdır. Sərxoş olduğu müəyyən edilmişdir. Özü də polis əməkdaşlarına spirtli içki olan pivə içdiyini etiraf etmişdir. Etdiyi əməldən peşmandır. İmkanı olmadığından zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyə bilməmişdir. İİ qrup əlil olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs göstərdi ki, baş etibarnamə əsasında idarə etdiyi Toyota Prius markalı, ** TL *** dövlət qeydiyyat nişanlı avtomobil vardır. 10 avqust 2022-ci il tarixdə həmin avtomobili idarə edərək Qəbələ rayonuna gəzmək üçün gəlmişdir. Həmin gün saat təxminən 19 radələrində rayonun Vəndam qəsəbəsində yerləşən “Yeddi Gözəl” adlanan şəlalə istirahət mərkəzindən Qəbələ şəhərinə qayıdırmış. Həmin şəlalədən qayıdan zaman avtomobilini asfalt örtük üzərində təxminən 40 km/saat sürətlə öz hərəkət zolağı ilə hərəkət etdirirmiş və avtomobilində başqa kimsə olmamışdır. Bu zaman əks yolla gedən zaman markasını bilmədiyi bir Prado markalı avtomobilin arxasından ağ rəngli Vaz 2106 markalı avtomobil qəflətən onun hərəkət yoluna çıxmış, avtomobilini saxlamışdır. Artıq tam olaraq dayanmış vəziyyətdə olmuş, həmin vaxt sağında divar, solunda isə prado markalı avtomobil varmış. Vaz 2106 markalı avtomobil isə elə gəldiyi kimi ön hissəsi ilə onun avtomobilinin ön hissəsi ilə başa-baş toqquşaraq dayanmışdır. Hadisə barədə polisin “102” xidmətinə məlumat vermiş, hadisə yerinə yol patrul xidməti əməkdaşları gəlmişlər. Həmin vaxt özündə heç bir ağrı və xəsarət hiss eləməmişdir. Ancaq həmin gün gecə saatlarında, təxminən 23 radələrində sağ əlinin baş barmağında ağrı hiss etmiş, yol nəqliyyat hadisəsi zamanı xəsarət almağını bilmişdir. Buna görə də təkrar olaraq polisin “102” xidmətinə zəng edərək xəsarət aldığını bildirmişdir. Sonradan avtomobilini vurmuş şəxsin Seyfəddin adlı şəxs olduğunu, onun hadisə zamanı sərxoş olmasını, sürücülük hüququ olmadığını, həmçinin avtomobilin sənədləri qaydasında olmadığını öyrənmişdir. Hadisə zamanı ona dəymiş ziyan ödənilməmişdir. Şəxs şikayətçidir və ona ən ağır cəza verilməsini istəyir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini və İİ qrup əlil olmasının nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. İşdə olan Qəbələ RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru X1 09 sentyabr 2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarına və HK-1/1185 saylı materiala baxış keçirilərkən müəyyən olundu: - Toplanmış HK-1/1185 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.2, 339-1.1, 469.3, 332.1, 332.2 və 334.3-cü maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında AP ******* nömrəli protokolun nəzərə alınması qərara alınmışdır. - 18 avqust 2022-ci il tarixli, 444saylı məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ əlin ı barmağının qançırı kimi xəsarəti vardır. Qeyd olunan xəsarət küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə və şəraitdə, yəni 10 avqust 2022-ci ildə törənə bilər. Həmin xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. - Qəbələ RPŞ-nin DYPB-dən daxil olmuş xx.xx.2022-ci il tarixli raporta əsasən Şəxs adına BDYPİ-nin X9 AB 649640 saylı B kateqoriyalı sürücülük vəsiqəsi qeydə alınmış, lakin sürücülüj hüququ məhdudlaşdırılmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli ziyan aktına əsasən “Toyota prius” maraklı, **-TL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə toqquşma nəticəsində dəymiş ziyanının 2255 manat təşkil etdiyi müəyyən olunmuşdur. İşdə olan Xüsusi texniki vasitə ilə çıxarılmış qəbzdən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı Şəxs sərxoşluğunun dərəcəsi 1,776 % olmuşdur. İşdə olan AA ******* nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21061” minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 məxsusdur. İşdə olan ƏN-V 884202 nömrəli etibarnamənin surətindən görünür ki, X4 tərəfindən Şəxs xx.xx.2018-ci il tarixədək etibarnamə verilmişdir. İşdə olan 058259 nömrəli vəsiqənin surətindən görünür ki, Şəxs müddətsiz İİ qrup əlildir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.2, 339-1.1, 469.3, 332.1, 332.2 və 334.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs İXM-nin 334.3-cü maddəsi ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsinə əsasən Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi, Şəxs “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33cü maddəsinin 1-ci hissəsini, 37-ci maddəsinin 8-ci bəndinin tələblərini pozmaqla sürücülük hüququ, müvafiq etibarnamə olmadan, sərxoş vəziyyətdə faktiki olaraq sahibliyində olan “Vaz 21061” minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində idarə edərkən həmin Qanunun 42-ci maddəsinin 1-ci bəndinin tələblərini pozmaqla avtomobilini əks istiqamətli yola çıxararaq ötmə əməliyyatı etmə istəmiş, bu zaman avtomobili əks istiqamətli yolla Zərərçəkmiş şəxs idarə etdiyi Toyota Prius minik markalı, **-TL- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə X13 sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilmədəyən bədən xəsarəti yetirmiş, həmçinin idarə etdiyi avtomobilinə 2255 manat maddi ziyan dəymişdir. Beliliklə, Şəxs Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsi ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İİ qrup əlil olmasını inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 32.1-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 34-cü maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 334.3cü maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməli, Azərbaycan Respublikası İXM-nin 34-cü maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 339-1.1, 469.3, 332.1 və 332.2-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Qəbələ rayon Polis şöbəsinin DYPB YPXBİ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə təqsirli bilinib 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 339-1.1, 469.3, 332.1 və 332.2-cü maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokollar üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Qəbələ rayon Polis şöbəsinin DYPB YPXBİ-nə göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar