Məhkəmə qərarları › İş №3(025)-407/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-407/2022

16.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-407/2022 16.09.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi polis kapitanı Zamiq Nadirovun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1959-cu ildə Qəbələ rayon, Nic qəsəbəsində anadan olmuş, Qəbələ rayon, Nic qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 16:45 radələrində Qəbələ rayon, Nic qəsəbəsinin mərkəzində yerləşən parkda uca səslə nalayıq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı Zamiq Nadirov Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi polis kapitanı Zamiq Nadirov izahatında bildirmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 16:45 radələrində Qəbələ rayon, Nic qəsəbəsinin mərkəzində yerləşən parkda uca səslə nalayıq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Qəbələ rayon, Nic qəsəbəsində iş yeri olan parkda çayxana işlədənlərə tapşırdı ki, qapıları açmasınlar. Əks halda parka mal-qara dolur. Həmçinin dedi ki, parka mal-qara girsə onları çıxartsınlar. Nahardan sonra parka qayıdanda gördü ki, qapılar açıqdı və mal-qara içəridədi. Bu səbəbdən əsəbləşərək orda çayxana işlədənlərə qışqırdı. Həmçinin orada olan bir neçə stulu qırdı. Əraziyə gələn polis əməkdaşları onu çətinliklə sakitləşdirərək polis şöbəsinə apardılar. Əməlindən peşimandır. Məhkəmə iclasında şahid X2 izahatında göstərmişdir ki, Dmitriy Qovasariyə məxsus çayxanada ofisiant işləyir. xx.xx.2022-ci il tarixdə park ərazisində olan çayxanada olan vaxt həmkəndlisi Şəxs uca səslə nalayiq ifadələr işlədərək çayxanaya gəldi. Parkın ərazisində olan stolları təpilkə vurmağa başladı. Nalayiq sözlər işlədərək parkın ərazisindən stolları yığışdırmağı bildirirdi. Həmin vaxt ora təxminən 15-20 nəfər şəxs toplaşmışdı. Ağalətin çayxana ərazisində təxminən 15 dəqiqə müddətinə nalayiq ifadələr işlətdi və stolları təpilkə vurmağı və əli ilə tullamağa davam etdi. Ağalət parkın ərazisindən çıxıb kəndin mərkəzinə tərəf getdi, orada kənd icra nümayəndəsi İbrahim Məmmədovun üzərinə gedib onun ünvanına nalayiq ifadələr işlətdi. Onun ünvanına nalayiq ifadələr işlədən vaxt ərazinin sahə polisləri ora gəldilər, Ağaləti sakitləşdirib oradan uzaqlaşdırdılar. Məhkəmə iclasında şahid X1 izahatında göstərmişdir ki, Qəbələ rayon, Nic qəsəbəsində polis sahə məntəqəsində xidmətdə olan zaman mənətəqəyə yaxın məsafədə yerləşən istirahət parkından təxminən saat 16:45 radələrində uca səslə qışqırıq səsləri gəldiyini eşitdilər. O və polis sahə rəisi Sübhan Zamanlı nə baş verdiyini öyrənmək məqsədi ilə parka gəldilər. Parka gəldikdə sonradan adı onlara məlum olan Qəbələ rayon, Nic qəsəbəsi sakini Şəxs parkda – ictimati yerdə digər vətəndaşların yanında uca səslə nalayiq ifadələr işlətdiyi, əl-qol hərkətləri etdiyini gördülər. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdilər və hərəkətlərinə son qoymasını bildirdilər. Həmin şəxs bir müddət sonra hərəkətlərinə son qoydu. Məhkəmə iclasında müdafiəçisi Vəkil çıxış edərək, Şəxs barəsində daha yüngül inzibati tənbehin tədbiq edilməsini xahiş etmişdir. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Beləliklə, məhkəmə qanunun bu normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar