Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-410/2022 19.09.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına 19 sentyabr 2022-ci il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X1 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs dələduzluq yolu ilə aldadaraq 152 (bir yüz əlli iki) manat pulunu ələ keçirmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXMnin 227-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 19 sentyabr 2022-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Eyni zamanda məhkəmənin icraatına 19 sentyabr 2022-ci il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X1 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2022-ci il tarixdə X2 dələduzluq yolu ilə aldadaraq 300 (üç yüz) manat pulunu ələ keçirmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 227ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 19 sentyabr 2022-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, 3(025)-409/2022 və 3(025)- 410/2022 saylı inzibati işlər bir icraatda birləşdirilməli və bir icraatda birləşdirilmiş işə 3(025)- 409/2022 saylı nömrə verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ: 3(025)-409/2022 və 3(025)-410/2022 saylı inzibati işlər bir icraatda birləşdirilsin və bir icraatda birləşdirilmiş işə 3(025)-409/2022 saylı nömrə verilsin. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-410/2022
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-410/2022
19.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver