Məhkəmə qərarları › İş №3(025)-411/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-411/2022

20.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-411/2022 20.09.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin polis baş serjantı X4, Zərərçəkmiş şəxsnın, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1974-cü ildə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə, saat 16:20 radələrində Qəbələ şəhəri, H.Əliyev prospektində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan OKA minik markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmiş və yol hərəkəti qaydalarını pozaraq, nəticədə həmin küçədə hərəkət edən Zərərçəkmiş şəxs tərəfindən etibarnamə əsasında idarə olunan Hyundai İ 30 CW minik markalı ** VA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə nəqliyyat vasitəsinə maddi zərər vurulmuşdur. Hadisə ilə bağlı Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin polis baş serjantı X5 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1, 332.2, 334.2 və 334.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edilərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin polis baş serjantı X5 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 16:20 radələrində Qəbələ şəhəri, H.Əliyev prospektində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan OKA minik markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmiş və yol hərəkəti qaydalarını pozaraq, nəticədə həmin küçədə hərəkət edən Zərərçəkmiş şəxs tərəfindən etibarnamə əsasında idarə olunan Hyundai İ 30 CW minik markalı ** VA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə nəqliyyat vasitəsinə maddi zərər vurulmuşdur. Bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Qəbələ şəhəri, H.Əliyev prospektində özünə məxsus olan OKA minik markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili arxaya verərkən arxada hərəkətdə olan Hyundai İ 30 CW minik markalı ** VA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəydi və avtomaşını sürərək hadisə yerindən uzaqlaşdı. Hadisə zamanı avtomobildə tək idi, heç bir bədən xəsarəti almamışdır. Hadisəyə görə özünü günahkar hesab edir. Hadisədən əvvəl spirtli içki olan araq içmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Qəbələ şəhəri, H.Əliyev prospektində etibarnamə əsasında idarə etdiyi Hyundai İ 30 CW minik markalı ** VA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman OKA minik markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili arxaya verərkən onun maşınını arxa sol tərəfdən vurdu. Hadisə zamanı avtomobildə tək idi, heç bir bədən xəsarəti almamışdır. Həmçinin Zərərçəkmiş şəxs yazılı ərizə təqdim edərək Şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında müdafiəçi X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs daha yüngül tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin polis baş serjantı X5 tərəfindən tərtib edilmiş 18 sentyabr 2022-ci il tarixli AP ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi işin materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə Şəxs İİ-ci qrup müharibə əlili olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Beləliklə, məhkəmə qanunun bu normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Bundan başqa, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən İXM-nin 327.1 və 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın baxılması məhkəmə aidiyyətində aid deyil və İXM-nin 34-cü maddəsinin tələbi baxımından baxılması məhkəmənin səlahiyyətinə aid olmayan inzibati xəta haqqında işə məhkəmənin baxması nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 800 (səkkiz yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar