Məhkəmə qərarları › İş №3(025)-411/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-411/2024

10.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-411/2024 10.08.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X2, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə Şəxs - xx.xx.1990-cı il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, Ağdam rayonu, Əlimədətli ərazi dairəsi, Əliağalı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 10 avqust 2024-cü il tarixdə Qəbələ rayon Polis şöbəsindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, xx.xx.2024-cü il tarixdə saat 21:00 radələrində Şəxs Qəbələ rayonu, Zarağan kəndində yerləşən “Araz” marketin qarşısında qəsdən polisin qanuni tələbini pozmuşdur. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 10 avqust 2024-cü il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X3 göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 21:00 radələrində Şəxs Qəbələ rayonu, Zarağan kəndində yerləşən “Araz” marketin qarşısında qəsdən polisin qanuni tələbini pozmuşdur. Belə ki, xx.xx.2024-cü il tarixdə Qəbələ rayonu, Zarağan kəndində Qəbələ RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Elmar Abdullayev ilə birlikdə 3 saylı dislokasiya üzrə avtopatrulda xidmətdə olarkən saat 21:20 radələrində Qəbələ RPŞ-nin DYPBnin Yol Patrul Xidmətinin inspektoru, polis serjantı İbrahim Seyidov əl rabitəsi ilə əlaqə saxlayaraq Qəbələ rayonu, Zarağan kənd sakini sürücü Şəxs sərxoş vəziyyətdə avtomobil idarə etməsini aşkar etdiyini, sürücünün heç bir səbəb olmadan sərxoşluq müayinəsindən imtina etdiyini bildirmiş və sürücü Şəxs Qəbələ RPŞ-yə gətirilməsində köməklik istəmişdir. Post-Patrul xidmətinin əməkdaşları hadisə yerinə dərhal yaxınlaşıb sürücü ilə profilaktik söhbət aparıb sakitləşdirərək nizam-intizama dəvət etmişlət, lakin sürücü Şəxs spirtli içkinin təsiri altında olduğundan yenidən sərxoşluq müayinəsindən keçməkdən və Qəbələ RPŞ-yə gəlməkdən qəti şəkildə imtina etmiş, küçədə qərəzli şəkildə öz qanunsuz hərəkətlərini davam etdirərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu səbəbdən qəsdən tabesizlik göstərən sürücü Şəxs xidməti avtomobilə mindirib Qəbələ RPŞ-yə gətirərkən yolda sürücü məsuliyyətdən yayınmaq üçün xidməti avtomobildən qaçmağa cəhd göstərmişdir. Həmin vaxt onlar sürücünün qaçmağa cəhd etməsinin qarşısını dərhal alaraq barəsində qanuni tədbir görülməsi üçün Qəbələ RPŞ-yə gətirib Növbətçi Hissəyə təhvil vermişlər.Bu da onun hərəkətlərində İXM-nin 535.1-ci maddəsinin tərkibinin olduğunu göstərir. Nəticədə həmin şəxsin barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Bərdə şəhərindən gəlmişdir. Yevlax postunda onu saxlamışlar və içkiliyini yoxlamışlar. Onda spirtli içki aşkar olunmamışdır. Daha sonra Qəbələ rayonu “Qaradok” deyilən əraziyə gəlmişdir. Oradan marketə gəlmişdir. Zarağan kəndində avtomobilini saxlayaraq “Araz” marketə getmək istəmişdir. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq spirtli içki qəbul edib-etməməsini soruşmuşdur. O isə spirtli içki qəbul etmədiyini bildirmişdir. Spirtli içkini bir gün qabaq qəbul etmişdir. Daha sonra onu alkotestr vasitəsi ilə yaxlayaraq sprirtli içki qəbul etdiyini bildirmişlər və avtomobilin polis şöbəsinə aparmaq istəmişlər. O isə öz avtomobili ilə getmək istədiyini bildirmişdir. Polis əməkdaşları buna razı olmamış və oraya post-patrul xidmətinin əməkdaşlarını çağırmışlar. Həmin avtomobil ilə gedən zaman ürəyi sıxıldığından özünü avtomobildən yerə atmaq istəmişdir. Daha sonra polis şöbəsində onun içkiliyini həkim gəlib yoxlamışdır. Hətta onun narkotik vasitə qəbul etməsindən şübhələnərək bununla bağlı da analiz almışlar. Lakin hər hansı narkotik vasitə qanında aşkar edilməmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürsounun vəkili Vəkil çıxış edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsbarəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 21:20 radələrində Qəbələ RPŞ-nin DYPB-nin Yol Patrul Xidmətinin inspektoru, polis serjantı Zaur Cavadzadə ilə birlikdə xidmətdə olarkən Qəbələ rayonu, Zarağan kənd sakini sürücü Şəxs sərxoş vəziyyətdə avtomobil idarə etməsini aşkar etmişlər və həmin vaxt sürücü heç bir səbəb olmadan sərxoşluq müayinəsindən imtina etmişdir. Həmçinin sürücü Şəxs içki qəbul etməsi barədə ona əvvəldən məlumat daxil olmuşdur. Bu səbəbdən onlar, Qəbələ rayonu, Zarağan kəndində 3 saylı dislokasiya üzrə avtopatrulda xidmətdə olan Post Patrul Xidməti ilə əl rabitəsi ilə əlaqə saxlayaraq bu barədə məlumat verib sürücü Şəxs Qəbələ RPŞ-yə gətirilməsində köməklik istəmişlər. Qəbələ RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Elmar Abdullayev və Cavanşir Quliyev birlikdə hadisə yerinə dərhal yaxınlaşıb sürücü ilə profilaktik söhbət aparıb sakitləşdirərək nizam-intizama dəvət etmişlər, lakin sürücü Şəxs spirtli içkinin təsiri altında olduğundan yenidən sərxoşluq müayinəsindən keçməkdən və Qəbələ RPŞ-yə gəlməkdən qəti şəkildə imtina etmişdir, küçədə qərəzli şəkildə öz qanunsuz hərəkətlərini davam etdirərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu səbəbdən qəsdən tabesizlik göstərən sürücü Şəxs PPXB-nin əməkdaşları xidməti avtomobilə mindirib Qəbələ RPŞ-yə gətirərkən sürücü məsuliyyətdən yayınmaq üçün xidməti avtomobildən qaçmağa cəhd göstərmişdir. Həmin vaxt PPXB-nin əməkdaşları sürücünün qaçmağa cəhd etməsinin qarşısını dərhal alaraq barəsində qanuni tədbir görülməsi üçün Qəbələ RPŞ-yə gətirib Növbətçi Hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 İbrahim Eyvaz oğlu ilə oxşar məzmunlu izahat verərək, onun dediklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Qəbələ rayonu, Zarağan kəndində Qəbələ RPŞ-nin PPXB- nin polis nəfəri, polis serjantı Cavanşir Quliyev ilə birlikdə 3 saylı dislokasiya üzrə avtopatrulda xidmətdə olarkən saat 21:20 radələrində Qəbələ RPŞ-nin DYPB-nin Yol Patrul Xidmətinin inspektoru, polis serjantı İbrahim Seyidov əl rabitəsi ilə əlaqə saxlayaraq Qəbələ rayonu, Zarağan kənd sakini sürücü Şəxs sərxoş vəziyyətdə avtomobil idarə etməsini aşkar etdiyini, sürücünün heç bir səbəb olmadan sərxoşluq müayinəsindən imtina etdiyini bildirmiş və sürücü Şəxs Qəbələ RPŞyə gətirilməsində köməklik istəmişdir. Onlar hadisə yerinə dərhal yaxınlaşıb sürücü ilə profilaktik söhbət aparıb sakitləşdirərək nizam-intizama dəvət etmişlər, lakin sürücü Şəxs spirtli içkinin təsiri altında olduğundan yenidən sərxoşluq müayinəsindən keçməkdən və Qəbələ RPŞ-yə gəlməkdən qəti şəkildə imtina etmiş, küçədə qərəzli şəkildə öz qanunsuz hərəkətlərini davam etdirərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu səbəbdən qəsdən tabesizlik göstərən sürücü Şəxs xidməti avtomobilə mindirib Qəbələ RPŞ-yə gətirərkən sürücü məsuliyyətdən yayınmaq üçün xidməti avtomobildən qaçmağa cəhd göstərmişdir. Həmin vaxt biz sürücünün qaçmağa cəhd etməsinin qarşısını dərhal alaraq barəsində qanuni tədbir görülməsi üçün Qəbələ RPŞ-yə gətirib Növbətçi Hissəyə təhvil vermişlər. İşdə olan “Elektron portal”ından çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə Şəxs barəsində İXM-nin 333.1-ci maddəsi protokol tərtib olunmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması şahidlərin izahatı və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal müəyyən olunmadı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətanın sərxoş halda törədilməsini inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 21:20 radələrində Qəbələ rayonu, Zarağan kəndində poliş işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikası İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə işin faktiki hallarını nəzərə almaqla hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 09 avqust 2024-cü il saat 22:00-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar