Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-412/2024 12.08.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi, X9 Oktay oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1970-ci ildə Qəbələ rayonu Mıxlıqovaq kəndində anadan olmuş, AR vətəndaşı, subay, Qəbələ rayonu, Mıxlıqovaq kəndində qeydiyyatda olan Şəxs barəsində AR İXM-nin 528.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs barəsində AR İXM-nin 528.1-1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2024-cü il tarixli MN 1748937) tərtib olunmuşdur ki, o, xx.xx.2011-ci il təvəllüdlü X1 üçün tələbkar İsmayılova (Cəbrayılova) Zəbanə Ağanur qızının xeyrinə hər ay 108,0 manat aliment və xx.xx.2011-ci il təvəllüdlü X3 15 (on beş) yaşına çatanadək xəstəliyi ilə əlaqədar müalicəsi üçün X2 xeyrinə əlavə xərc olaraq 25 aprel 2016-cı il tarixdən hesablanmaqla hər 3 (üç) aydan bir 100 (bir yüz) manat məbləğində vəsait ödəməsi haqqında Qəbələ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(025)-18/2016 saylı icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə xx.xx.2024-cü il tarixdə AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati qaydada tənbeh olunmuş və barəsində olan inzibati tənbeh vermə haqqında qərarın qüvvəyə mindiyi gündən bir il keçməmiş eyni icra sənədinə münasibətdə İXM-nin müvafiq maddəsində nəzərdə tutulan inzibati xətanı yeridən törədərək 7432 manat məbləğində aliment borcunu və uşağın 15 yaşına çatanadək müalicəsi üçün nəzərdə tutulan cəmi 3200 manat məbləğində vəsaiti borcunu ödəməmişdir. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs özünü qismən təqsirli bilərək göstərmişdir ki, xx.xx.2011-ci il təvəllüdlü X1 üçün tələbkar Zərərçəkmiş şəxs xeyrinə hər ay 108,0 manat aliment və xx.xx.2011-ci il təvəllüdlü X5 15 (on beş) yaşına çatanadək xəstəliyi ilə əlaqədar müalicəsi üçün X2 xeyrinə əlavə xərc olaraq 25 aprel 2016-cı il tarixdən hesablanmaqla hər 3 (üç) aydan bir 100 (bir yüz) manat məbləğində vəsait ödəməsi haqqında Qəbələ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(025)-18/2016 saylı icra sənədini üzürsüz səbəbdən olmamışdır. Belə ki, o, həmin icra sənədi üzrə tələbi mütəmadi qaydada ödəmiş, lakin ödənişlər hər dəfə natamam olduğundan cəmi 7432 manat ödənilməmiş aliment borcu və 3200 manat məbləğində əlavə xərclərə görə borcu yaranmışdır. Ali təhsilli incəsənət işçisi olmasına və məşğulluğ idarəsində qeydiyyata alınmasına baxmayaraq indiyədək işlə təmin edilməmişdir. Hal-hazırda Qəbələ rayonu, Mıxlıqovaq kəndində anası ilə birlikdə yaşayır və əsasən sonuncunun pensiyası hesabına dolanır. Alimenti fəhlə kimi təsadüfi işlərin görülməsindən əldə etdiyi qazancla ödəyir və imkan daxilində borcunu tam şəkildə ödəmək niyyətindədir. İcra sənədi üzrə 4032 manat tələbkara ödəniş etmiş və 10632 manat borcu yaranmışdır. Ona görə də, qalıq aliment borcunun ödənilməsinə möhlət verilməsini xahiş edir. Zərərçəkmiş şəxs göstərmişdir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(025)- 18/2016 saylı icra sənədi üzrə indiyədək 4032 manat ödənilmiş, cəmi 10632 manat məbləğində vəsaitin ödənilməsi təmin edilməmişdir. Şəxs qazancı barədə yalan danışır. O, jurnalist kimi geniş fəaliyyət göstərir və hər il mövsüm vaxtı özünə məxsus olan fındıq bağı sahələrindən götürdüyü məhsulun satışından yaxşı qazanc əldə edir. Şəxs qərəzli olaraq ( ana və bacısının təhriki ilə) alimenti ödəməkdən boyun qaçırır. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(025)- 18/2016 saylı icra sənədi üzrə yaranmış borcu tam şəkildə birdəfəlik ödəməsini Şəxs tələb edir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(025)-18/2016-cı il tarixli icra vərəqəsinə əsasən Şəxs xx.xx.2015-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 108 (bir yüz səkkiz) manat tutulub, xx.xx.2011-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X2 nəfinə ödənilməli lı və xx.xx.2011-ci il təvəllüdlü X5 15 (on beş) yaşına çatanadək xəstəliyi ilə əlaqədar müalicəsi üçün Şəxs X2 xeyrinə əlavə xərc olaraq 25 aprel 2016-cı il tarixdən hesablanmaqla hər 3 (üç) aydan bir 100 (bir yüz) manat məbləğində pul vəsaiti tutulmalıdır. Qəbələ Rayon İcra Qrupunun 17 mart 2017-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(025)-18/2016 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş bildirişin surətinə əsasən borclu Şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(025)-18/2016-cı il nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(107)-173/2020 saylı qərarın surətinə əsasən Şəxs AR CM-nin 3036.1-ci maddəsi ilə məhkum edilməsinə dair Qəbələ Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 1(025)-1/2020 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilmiş, həmin hökmə əsasən Şəxs təqsirli bilindiyi AR CM-nin 306.1-ci maddəsi ilə təyin olunmuş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəası 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Şəxs bu iş üzrə məhkəməyədək icraat zamanı həbsdə olduğu 1 (bir) gün, habelə onun Qəbələ Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 1(025)- 1/2020 nömrəli hökmü üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək çəkdiyi 8 (səkkiz) ay azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesablanaraq hazırkı qərarla ona təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından cəmi 4 (dörd) ay 1 (bir) gün çıxılmaqla üzərində qəti olaraq 7 (yeddi) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(025)-226/2024 saylı Qərarının surətinə əsasən Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə inzibati qaydada həps edilmişdir. İşdə olan Qəbələ rayon İPŞ-nin xx.xx.2024-cü il tarixli qərarının surətinə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(025)-18/2016 saylı icra sənədi üzrə borclu Şəxs icra yerinə gəlmədiyindən və yaşadığı yerdə tapılmadığından haqqında axtarış elan edilmişdir. İşdə olan Qəbələ rayon polis şöbəsinin xx.xx.2024-cü il tarixli 13-13-89/2-24036 nömrəli məlumata əsasən xx.xx.1970-cı il təvəllüdlü Şəxs barəsində xx.xx.2024-cü il tarixdə 590979 nömrəli axtarış işi açılmışdır. İşdə olan AR ƏN Qəbələ Rİ və Probasiya şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, e87146/2017- 11-5-007 nömrəli arayışa əsasən, Qəbələ rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(025)- 18/2016 saylı icra sənədi üzrə Şəxs 4032 manat tələbkara aliment ödəmiş, 7432 manat ödənilməmiş borc yaranmış, uşağın 15 yaşına çatanadək müalicəsi üçün hər 3 aydan bir 100 manat olmaqla ödənilməmiş 3200 manat borcu qalmaqdadır. Şəxs xx.xx.2024-cü il tarixə 10632 manat borcu yaranmışdır. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 1 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 12 avqust 2024-cü il tarixdən saat 12:40-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-412/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-412/2024
12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver