Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-413/2023 03.08.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsi İTB-nin sahə rəisi, polis leytenantı Azər Zeynalovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1993-cü ildə Qəbələ rayonu, Daşca kəndində anadan olmuş, Qəbələ rayonu, Daşca kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ Rayon Laza kəndində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı Azər Zeynalovun Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi, polis leytenantı Azər Zeynalov izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə icraatına polis nəfəri X2 tərəfindən tərtib olunmuş raport daxil olmuşdur. Polis əməkdaşları xidmətdə olduqları zaman Qəbələ rayonu, Laza kəndinə gedən yolda qadınla kişinin mübahisə etdiyini görmüşlər. Onlar əraziyə yaxınlaşarkən, qadın avtomobilə əyləşərək ərazini tərk etmişdir. Digər vətəndaşa nə olduğu barədə sual verdikdə isə vətəndaş “siz nə istəyirsiniz, birindən qurtarıb birinə ilişdim, yaxşı edirəm gedin işinizlə məşğul olun” deyərək, heç bir açıqlama verməyib. Daha sonra Polis əməkdaşları onu polis şöbəsinə gətirmişlər, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu, Laza kəndi istiqamətində avtomobillə getdiyi zaman avtomobilin təkərinin boşaldığını görərək, avtomobili ustaya çatdırmaq üçün sürətlə idarə etmişdir. Bu zaman bir nəfər tanımadığı qadın onun avtomobilini saxladaraq ona avtomobili adam kimi sür üstünə çıxmayacaqsanki, deyərək uca səslə ona qışqırıb. Mən cavabımda avtomobilin təkəri boşalır özümü ustaya çatdırmalıyam deyərək mübahisə etdik. Sonra qadın avtomobilə əyləşərək həmin yerdən uzaqlaşıb. Sonra həmin yerə polis əməkdaşları yaxınlaşaraq uzaqdan qadınla mübahisə etdiyini gördüklərini və səbəsini soruşanda o uca səslə “nolub e sizə nə var, problem mənimlə onun arasında idi işim var deyə maşını sürətlə sürmüşəm “ deyə cavab vermişdir. Polis əməkdaşları onu nizam-intizama dəvət etsələrdə, onların dediklərinə məhəl qoymamışdır. Daha sonra onu polis şöbəsinə gətirmişlər. Sonda isə əməlindən peşiman olduğunu, bir daha belə əməllərə yol verməyəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid Qəbələ RPŞ-nin PPXB-nin polis nəfəri X2 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə PPXB-nin polis nəfəri, polis serjantı Arzu Bayramovla təyin olunmuş dislokasiya üzrə Qəbələ rayonu, Laza kəndi istiqamətində xidmətdə olduqları zaman, uzaq məsafədə həmin kəndə gedən daşlıq yolun kənarında bir nəfər qadınla, bir nəfər cavan oğlanın münaqişə etdiyini müşahidə etmişlər. Onlar həmin yerə yaxınlaşaraq nə baş verdiyi barədə maraqlanarkən qadın avtomobilinə əyləşərək həmin ərazidən uzaqlaşmışdır. Onlara adı sonradan məlum olan Qəbələ rayonu, daşça kənd sakini, X3 həmin yerdə dayanmışdı. Onlar ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra nə olması barədə maraqlandıqları zaman, o onlara “siz nə istəyirsiz?”, “birindən qutarıb birinə ilişmişik e”, Yaxşı edirəm gedin öz işinizlə məşğul olun” deyərək heç bir açıqlama verməmişdir. Bundan sonra o onlarla mübahisə yaratmağa çalışaraq, nümayişkaranə hərəkətlər edərək yoldan keçən digər şəxlərin, diqqətini özünə cəlb etdi və qəsdən qanuni tələblərinə tabe, olmadı. Onlar həmin şəxsin hərəkətlərinə son vermək üçün rayon polis şöbəsinə gətirərək NH-yə təhvil vermişdilər. Məhkəmə iclasında şahid Qəbələ RPŞ-nin polis nəfəri X4 şahid X1 izahatına uyğun eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında şahid Qəbələ RPŞ-nin PPXB-nin polis nəfəri manqa komandiri X5 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Qəbələ RPŞ-də xdimətdə olduğu zaman PPXB-nln polis nəfərləri polis baş serjantı Toğrul Musayev və polis serjantı Arzu Bayramovun bir nəfər adı ona sonradan məlum olan Qəbələ rayonu, Daşça kənd sakini Şəxs Qəbələ RPŞ-nə gətirmələrinin şahidi olmuşdur. Həmin şəxs əsəbi halda onların polis əməkdaşları ilə mübahisə etdiyi üçün o həmin şəxsə yaxınlaşaraq özümü təqdim edərək manqa komandiri olduğunu bildirərək nə olması barədə soruşduqda o ona “ bular az idi, buda bir tərəfdən gəldida” demişdir. O vətəndaşa göstərdiyi aqresiyanın səbəbin soruşduqda o yenidən onunla uca səslə danışaraq mübahisəsini davam etdi. O həmin şəxsi nizam intizama dəvət etsədə o sakitləşmək bilmir öz hərəkətlərinə davam edirdi. Bundan sonra Toğrul Musayev və Arzu Bayramov həmin şəxsi NHyə təhvil verdi. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati xəta tərkibi olmadığından işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə qanunun bu normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 03 avqust 2023-cü il tarixdən saat 16:30-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-413/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-413/2023
03.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver