Məhkəmə qərarları › İş №3(025)-417/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-417/2022

21.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-417/2022 21.09.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi polis kapitanı Zamiq Nadirovun, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1971-ci ildə Qəbələ rayonu, Nic qəsəbəsində anadan olmuş, Qəbələ rayonu, Nic qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Qəbələ rayonu, Nic qəsəbəsində, bağ sahəsində aralarında olan mübahisə zamanı qonşusu Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 zor tətbiq edərək sonunculara sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 12 sentyabr 2022-ci il tarixli qərarına əsasən Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkib əlaməti olmasına görə barəsində inzibati icraat başlanması və həmin maddə ilə protokol tərtib olunub inzibati məsuliyyətə cəlb olunması üçün Qəbələ RPŞ-nə göndərilməsi qərara alınmışdır. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı Zamiq Nadirov Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi polis kapitanı Zamiq Nadirov izahatında bildirmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Qəbələ rayonu, Nic qəsəbəsində, bağ sahəsində aralarında olan mübahisə zamanı qonşusu Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 zor tətbiq edərək sonunculara sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, X11 və onun ailəsinin onun qonşusu idi, onların aralarında torpaq mülkiyyəti ilə bağlı mütemadi olaraq mübahisələri olur. xx.xx.2022-d il tarixdə saat günorta 12 radələrində oğlu Dallari Murad ilə həyat yoldaşı X8 bazarda idi. Daha sonra qonşusu Dallari Slavik və onun həyat yoldaşı Zərərçəkmiş şəxs2 ilə gəlini Dallari Afina onun mülkiyyətinə daxil oldu. Oradan fındıq yığdı. Bu barədə dərhal həyat yoldaşı Dallari Rafiqə məlumat verdi. Həmin ərəfədə Dallari Slavik onun üzərinə gəldi. Sol bilək nahiyyəsindən tutub sıxdı, ünvanına nalayiq ifadələr söylədi, ona “çıx cəhənnəm ol bura mənim mülkiyyətimdir” dedi. Daha sonra həyat yoldaşı ünvana gəldi. Zərərçəkmiş şəxs2 əlində çubuq var idi, Zərərçəkmiş şəxs2 əvvəlcə onun əri Rafiq Dallarinin qol nahiyyəsindən 3 dəfə şillə ilə vurdu. Daha sonra isə X3 əri Rafiq Dallarinin qarnından çubuqla vurdu. Zərərçəkmiş şəxs2 ilə qarşılıqlı bir-birilərinin saçını yoldu. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə günorta saat 12 radələrində gəlini Zərərçəkmiş şəxs1 ile birlikdə öz bağlarında olarkən Şəxs İbad qızı onların bağ sahəsinə gələrək “bura bizim bağımızdı, bağımızdan çıxın” dedi. Daha sonra ünvanına nalayiq ifadələr söylədi. Daha sonra isə Sveta Dəlləri həyat yoldaşı X12 zəng vuraraq “bunlar bizim bağımıza girib” dedi. Bir neçə dəqiqədən sonra X15 və onun oğlu birlikdə gəldi. X15 və onun oğlunun birlikdə gəldi. X16 və onun heyat yoldaşı Şəxs İbad qızı onun üzərinə gəldi. Dallarinin oğlu da çəkiliş edirdi. Daha sonra Rafiq Dallari ona “bura mənim mülkümdür çıx burdan” dedi. Sveta onun üzərinə gələrək əvvəlcə onun başının arxa nahiyəsindən yumruqla bir neçə dəfə vurdu. Daha sonra onu yerə yıxdı. Böyür nahiyyəsindən sağ qol nahiyyəsindən bir neçə dəfə yumruqla vurdu. X15 isə onu itələdi. Daha sonra X4 gəlini Zərərçəkmiş şəxs1 üzərinə gedərək telefonu ondan istədi. Bu zaman Şəxs gəlini X9 sol ayaq nahiyyəsindən bir dəfə çubuqla vurdu. Lakin, Rafiq Dallari gəlinini vurduğunu görmədi. Mübahisə 5-10 dəqiqə davam etdi mübahisə vaxtı orada başqa heç kim yox idi. Aralarında olan mübahisə zamanı X15 və onun heyat yoldaşını vurmadı. Aralarında olan mübahisənin səbəbinin X15 və onun həyat yoldaşı onların həyətinə girdi. Sonda isə Şəxs ilə barışmayacağını və ondan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında göstərmişdir ki, X15 və onun həyat yoldaşı X5 qonşusudur. xx.xx.2022-ci il tarixdə günorta saat 12 radələrində qayınanası X7 ilə birlikdə öz bağ sahəsində olarkən X6rın bağ sahəsinə gələrək “bura bizim bağımızdır, bağımızdan çıxın” dedi. Daha sonra ünvanlarına nalayiq ifadələr söylədi. Daha sonra isə Şəxs həyat yoldaşı X13 zəng vuraraq “bunlar bizim bağımıza girib” dedi. Bir neçə dəqiqədən sonra X15 və onun oğlu birlikdə gəldi. X15 və onun heyat yoldaşı Şəxs İbad qızı onun qayınanasının üzərinə gəldi. Dallari Rafiqin oğlu da çəkiliş edirdi. Daha sonra Dallari Rafiq qayınanasına “bura mənim mülkümdür” dedi. Sveta əvvəlcə qayınanasının başının arxa nahiyyəsindən yumruqla bir neçə dəfə vurdu. Daha sonra onu yerə yıxdı və böyür nahiyyəsindən yumruqla bir neçə dəfə vurdu. Daha sonra Sveta qayınanasını sağ qol nahiyyəsindən yumruqla vurdu. X15 isə qayınanasını itələdi. Daha sonra X4 üzərinə gedərək telefonu ondan istədi. Şəxs İbad qızı onun sol ayaq nahiyyəsindən bir dəfə çubuqla vurdu. Rafiq Daliari isə onu vurmadı. Mübahisə 5-10 dəqiqə davam etdi. Mübahisə vaxtı orada heç kimə xəsarət yetirmədi. Kənar şəxslərdən orada heç kim yox idi. Sonda isə Şəxs ilə barışmayacağını və ondan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində daha yüngül inazibati tənbeh növünün təyin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və X19-Təcrübi və Tədris Birliyinin xx.xx.2022-ci il tarixli, 452 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər – başın arxa ənsə nahiyyəsinin qançırı kimi xəsarəti vardır. Həmin xəsarətlər küt alətin (əşyanın) təsirindən müayinə olunanın qeyd etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilər. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və X19-Təcrübi və Tədris Birliyinin xx.xx.2022-ci il tarixli, 453 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1in məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər – sol baldırın bayır orta 1/3-nin qançırı kimi xəsarəti vardır. Həmin xəsarətlər küt alətin (əşyanın) təsirindən müayinə olunanın qeyd etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilər. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı Zamiq Nadirov tərəfindən tərtib edilmiş 21 sentyabr 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tərəflərin izahatları, ekspert rəyi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli və barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbəblə Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar