Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-418/2021 24.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1994-cü ildə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 23.08.2021-ci il tarixdə saat 00:42 radələrində Qəbələ şəhəri, H.Əliyev adına parkda ictimai yerdə nalayiq ifadələr işlətmiş, bununla da ictimai qaydanı pozmuşdur. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X1 İqbal Şərif oğlunun Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi, polis baş leytenantı X6 izahatında bildirmişdir ki, Şəxs 23.08.2021-ci il tarixdə saat 00:42 radələrində Qəbələ şəhəri, H.Əliyev adına parkda ictimai yerdə nalayiq ifadələr işlətmiş, bununla da ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 23.08.2021-ci il tarixdə dostu Həsənlə birlikdə H.Əliyev adına parka getdilər, orda tanımadıqları şəxsin yanında əyləşdilər. Birlikdə oturan zaman Həsənlə o aldığı spirtli içkini qəbul etdilər. Bir qədər sonra Həsən və tanımadığı digər şəxs çıxıb getdi, o tək qaldı. Həmin vaxt parkda olan polis əməkdaşları ona yaxınlaşdılar. Sərxoş vəziyyətdə olduğu üçün əməkdaşlarla kobud danışdı və onlara nalayiq ifadələr dedi. Polislər ona sakitləşməli olduğunu bildirsələr də o içkili olduğu üçün polislərə məhəl qoymamışdır. Bu səbəbdən polis əməkdaşları onu Qəbələ rayon Polis Şöbəsinə apardılar. Törətdiyi əməldən peşmandır. Sonda isə məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X4 izahatında göstərmişdir ki, 23.08.2021-ci il tarixdə saat 00:40 radələrində Qəbələ RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı Əliyev İsmayıl ilə birlikdə Həzi Aslanov küçəsində yerləşən parkda xidmətdə olarkən əvvəlcədən tanımadığı 3 nəfər şəxsin parkın kənarında əyləşdiyini gördülər. Bir qədər sonra həmin şəxslərdən ikisi çıxıb getdi. Bir nəfər isə orada qaldı. Adı onlara sonradan məlum olan həmin şəxs Qəbələ şəhər sakini Şəxs parkın mərkəzində uca səslə ünvanlı-ünvansız nalayiq ifadələr işlədirdi. Hərəkətlərindən aydın olurdu ki, o içkili vəziyyətdədir. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona nizam intizamlı olmağı, nalayiq ifadələr işlətməməyi və hərəkətlərinə son qoymalı olduğunu bildirdilər. Parkın yanından keçən şəxslər Şəxs qanunsuz hərəkətlərini gördülər və eşitdilər. Lakin Şəxs onların sözlərinə məhəl qoymayaraq qanunsuz hərəkətlərinə davam etdiyi üçün barəsində tədbir görülməsi məqsədi ilə Qəbələ Rayon Polis Şöbəsinə apardılar və növbətçi hissəyə təhvil verdilər. Məhkəmə iclasında şahid X7 şahid X2 izahatına uyğun eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş əməli törətməsi Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X6 tərəfindən tərtib edilmiş 24 avqust 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolla, şahidlərin izahatları və digər iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə qanunun bu normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 4 (dörd) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 24 avqust 2021-ci il tarixdən saat 13:00-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-418/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-418/2021
24.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver