Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-422/2022 05.10.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis leytenantı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1987-ci ildə Qəbələ rayonu, Nic qəsəbəsində anadan olmuş, Qəbələ rayonu, Nic qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbacan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə Qəbələ rayonu, Zarağan 2 ünvanında yaşadıqları mənzildə Şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək qəsdən ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis leytenantı X3 izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə Qəbələ rayonu, Zarağan 2 ünvanında yaşadıqları mənzildə Şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək qəsdən ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Təhqiqatın araşdırması nəticəsində tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs Bəhmaq qızı onun arvadıdır. Onunla 2010-cu ildə qeyri rəsmi nigah ilə ailə həyatı qurmuş, onların iki uşağı var. 3 ildir ki, Zərərçəkmiş şəxs məxsus Qəbələ şəhəri Zarağan-2 Qaçqın şəhərciyində yerləşən evdə yaşayır. Onlar ailə həyatı qurduğu vaxtdan 3 ildir ki, aralarında mütəmadi olaraq ailə münaqişələri baş verir. Bakı şəhərində işləyir, ayda bir dəfə Qəbələ rayonuna gəlir, iki gün ailəsi ilə birlikdə yaşayıb sonra isə Bakı şəhərinə işə qayıdır. xx.xx.2022-ci il tarixdə Elnarə ondan pul tələb etdi. Elnarəyə 400 manat pul verdi. Elnarə isə 400 manat pulu borca verəcəyini pulun az olduğunu bildirdi. Evə bazarlıq etmək lazım olduğunu qeyd etdi. O gedib bazarlıq etdi. Lakin buna baxmayaraq Elnarə ondan pul tələb etdi. O isə ona “sən pulu neyləyirsən” dedi. Bu zaman Elnarə ilə onun arasında mübahisə baş verdi. Elnarə ona “sən bu evdən çıxıb getməlisən” dedi. O da buna görə “evə aldığım əşyaları ver çıxım gedim” dedi. Əsəbləşib onu itələdi, daha sonra, sillə vurdu. Həmin vaxt Elnarə qol nahiyyəsinə şüşə ilə kəsərək özünə xəsarət yetirdi. Həmin gün Elnarənin anası gəldi. Onu sakitləşdirdi. xx.xx.2022-ci il tarixdə Elnarə təkrar ondan pul tələb edib evdən çıxmağını bildirdi. O da ona “sən məni evdən çıxarıb başqa kişlər ilə yaşayacaqsan” dedi. Həmin vaxt Elnarə təkrar özünə xəsarət yetirdi. O isə hər dəfə onun əlini və qolunu tutub şüşə parçasını onun əlindən almaq istədi. Elnarə ondan şikayət edəcəyini bildirdi. Sonra isə evdən çıxıb polis şöbəsinə getdi. Plis şöbəsindən qayıdıb onu evdən çıxardacağını dedi. O evdən çıxdı. O evdən çıxanda Elnarə onu təhqir etdi. Lakin ona heç bir qarşlıq vermədi. O Elnarədən alıb verdiyi telefonu istədi. Elnarə telefonu ona verdi. O da Bakı şəhərinə qayıtdı. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, X2 ilə 2010-cu ildə qeyri rəsmi nigah ilə ailə həyatı qurmuş, onların iki uşağı var. Onlar ailə həyatı qurduğu vaxtdan onların arasında mütəmadi olaraq ailə münaqişləri baş verir. xx.xx.2022-ci il tarixdə Seymur ilə onun arasında mübahisə baş verdi. O Seymurdan evə bazarlıq etmək üçün pul istədi. Seymur isə ona nalayiq cavab verdi. Bu zaman onların arasında mübahisə baş verdi. Seymur onun sağ qolunun yuxarı hissəsinə xəsarət yetirdi. Həmin gün O bu barədə şikayət etmədi. xx.xx.2022-ci il tarixdə Seymur ona “mən evdən çıxıb gedirəm sizə kim baxacaq başqa kişi ilə yaşayacaqsan” dedi.O da onun sözündən əsəbləşdi, ona cavab qaytardı. Həmin vaxt onların arasında mübahisə baş verdi. Seymur onun başına sillə ilə vuraraq döyməyə başladı. Sonra isə ondan aldığı əşyaları tələb etdi. O buna görə əsəbləşərək sol qolunun bilək nahiyyəsini şüşə ilə cızaraq xəsarət yetirdi. Sonra isə Qəbələ RPŞ-nə gələrək ərizə ilə müraciət etdi. O qolunu şüşə parçası ilə çızaraq öznə qəsd etmək istəmədi. Sadəcə olaraq əri Seymuru qorxutmaq istədi. Aralarında dava baş verən zaman orada heç kim yox idi. Sonda isə Zərərçəkmiş şəxs yazılı ərizə təqdim edərək Şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxs barışdığından işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis leytenantı X3 tərəfindən tərtib edilmiş 05 oktyabr 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 53, 106-109, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-422/2022
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-422/2022
05.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver