Məhkəmə qərarları › İş №3(025)-423/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-423/2022

17.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-423/2022 17.10.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ DYPB İTÜBİ-nin polis kapitanıX3nun, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxx 1996-ci il tarixdə Qəbələ rayonu Bılıx kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Qəbələ rayon Polis şöbəsində işləyən, Qəbələ rayonu Bılıx kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qəbələ RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis mayoru X1 26 sentyabr 2022-ci il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında Şəxs barəsində Qəbələ RPŞ DYPB İTÜBİ-nin polis kapitanı X3 tərəfindən 01 oktyabr 2022-ci il tarixdə AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, sürücü Şəxs tərəfindən İXM-nin 327.2 və 327.8-ci maddələrinin tələbinin pozulması nəticəsində “Vaz21041” markalı minik avtomobili ilə toqquşmuş və nəticədə həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs yüngül xəsarət almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ DYPB İTÜBİ-nin polis kapitanı X3 göstərdi ki, baş vermiş nəqliyyat hadisəsi ilə bağlı Qəbələ RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis mayoru Loğman Abduxalıqov tərəfindən araşdırılma aparılmış, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün barəsində inzibati protokol tərtib edilməsi üçün qərarın surəti şöbənin DYPB-nə verilmişdir. Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.8-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 24 avqust 2022-ci il tarixdə saat təxminən 07:50 radələrində özünə məxsus Vaz 21140 minik markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə rayonun Zalam kəndində üzü Kiçik Əmilli kəndi istiqamətində hərəkətdə olan zaman qəflətən avtomobili yolun kənarına çıxmış, nəticədə idarəetməni itirmiş, bu zaman avtomobili əks istiqamətli yolla hərəkətdə olan Vaz 21041 markalı avtomobillə həmin avtmobilin hərəkət yolundan toqquşmuşdur. Hadisə zamanı avtomobildə tək olmuş, hadisə zamanı heç bir xəsarət almamışdır. Zərərçəkmiş şəxsin avtomobilinə dəymiş ziyan sığorta tərəfindən ödənilmişdir. Özünə isə hər hansı yardım edilməmişdir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 24 avqust 2022-ci il tarixdə saat təxminən 07:50 radələrində yol vərəqəsi ilə idarə etdiyi Vaz 21041 markalı, ** AH *** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ rayon Zalam kəndi ilə üzü Yenikənd kəndi istiqamətdə hərəkətdə imiş. Bu zaman əks istiqamətli yolla qarşıdan gələn Vaz 21140 minik markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək onun avtomobilini öz hərəkət yolundan vuraraq aşırmışdır. Sonradan xəstəxanaya müraciət etmişdir. Xəstəxanada olduğu dövrdə və sonralar təqsirkar tərəfindən hər hansı bir maddi və ya mənəvi yardım göstərilməmişdir. Sığorta tərəfindən avtomobilə dəymiş ziyanla bağlı 2300 manat ödəniləcəyi bildirilmişdir. Lakin bu günə qədər avtomobilə 3000 manatdana artıq xərc çəkmişlər. Həmçinin hadisə nəticəsində avtomobildə olan çörəklər dağılmış və həmin çörəklərin də ümumi dəyəri 300 manatdan artıq olmuşdur. Bundan əlavə hər gün arendaya avtomobil götürərək çörək daşımaqdadır ki, həmin pulu da özü verməkdədir. Buna baxmayaraq Şəxs ona heç bir maddi kömək göstərməmişdir. Məhkəmədən Şəxs barəsində şikayətçi olmağını nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etdi. Qəbələ RPŞ-nin İstintaq bölməsində Şəxs barəsində toplanmış HK-1/1296 nömrəli rədd materialına baxış keçirilərkən müəyyən olundu: - Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və X4 rayon şöbəsinin 12sentyabr 2022-ci il tarixli, № 564 saylı MTE-nin rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol iz oynağının əzilməsi, sol dizin ön səthinin, sağ baldırın ön yuxarı 1/3-nin sıyrığı, sağ alt çənənin arxa bucağı nahiyyəsinin, sağ çiyin ön səthinin və döş qəfəsinin sol aşağı hissəsinin qançırı kimi xəsarəti vardır. Həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni 24avqust 2022-ci ildə törənə bilər. Dərəcəsinə görə həmin xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül Zərər vurmanın əlamətlərinə aiddir. - Xüsusi texniki vasitə ilə çıxarılmış qəbzdən görünür ki, Şəxs sərxoşluq vəziyyəti yoxlanılarkən onun spirtli içki qəbul etməsi müəyyən edilməmişdir. - AD 936888 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “VAZ 21140” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilŞəxs məxsusdur. - AE729315 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Şəxs xx.xx.2018-ci il tarixdə BC kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. - xx.xx.2022-ci il tarixli “Ziyan Aktı”ndan görünür ki, “Vaz21041” markalı, **-AH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 3890 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar müəyyən olunmadı. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsəməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılanŞəxs“Vaz 21040” markalı, **-BH-*** dövlət nömrə nişanlı minik avtomobillə xx.xx.2022-ci il tarixdə Qəbələ rayonu Kiçik Əmilli kəndində “VAZ 21041” markalı, **-AH-*** dövlət nömrə nişanlı minik avtomobillə toqquşması, Zərərçəkmiş şəxsyüngül dərəcəli bədən xəsarəti alması Şəxs özünün etirafedici izahatı və iş üzrə araşdırılmış digər sübutlarla təsdiq edilmişdir. Beləliklə,Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 34-cü maddəsinə əsasənbir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinməli, İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Qəbələ rayon Polis şöbəsinin DYPB YPXBİ-nə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 55,114, 115,120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətə məhdudlaşdırılsın. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Qəbələ rayon Polis şöbəsinin DYPB YPXBİ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar