Məhkəmə qərarları › İş №3(025)-424/2020

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-424/2020

14.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-424/2020 14.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı Zamiq Nadirovun, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Qəbələ rayonu, Corlu kəndində anadan olmuş, Qəbələ rayonu, Mirzəbəyli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbacan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə Qəbələ rayonu, Mirzəbəyli kəndində yaşadığı evdə Şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs ilə şəxsi münaqişə zəmnində mübahisə edərək onu döyərək dərəcəsi müəyyən edilməyən bədən xəsarətləri yetirmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi, polis kapitanı Zamiq Nadirov izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə Qəbələ rayonu, Mirzəbəyli kəndində yaşadığı evdə Şəxs Zərərçəkmiş şəxs ilə şəxsi münaqişə zəmnində mübahisə edərək onu döyərək ona bədən xəsarətləri yetirmişdir. Təhqiqatın araşdırması nəticəsində tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, Qəbələ rayon Mirzəbəyli kəndində arvadı Pərvanı Nürəddinova və anası Məhluqə Abdullayeva ilə birlikdə yaşayır. Pərvanə Nürəddinova ilə 2017-ci ildə ailə həyatı qurmuş və həmin gündən bu günədək Pərvanə Nürəddinova ilə aralarında mütəmadi olaraq münaqişələr baş vermişdir. Münaqişələrin səbəbi isə arvadının ev işlərini görməməsi olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 18:00 radələrində Pərvanənin anası Zöhrə onların yaşadığı ünvana gəlmiş və qızına kömək etməyə başlamışdır. Həmin vaxt aralarında söz mübahisəsi yaranmışdır. xx.xx.2020-ci il tarixdə isə Zöhrə DİN-in “102” xidmətinə zəng edərək qızının döyülməsi barədə məlumat vermişdir və qızı Pərvanəni yaşadıqları ünvandan öz yaşadığı evə aparmışdır bu günə kimi də orda yaşayır. Lakin o, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs döyməmişdir. Yalnız 2-3 ay qabaq ev işləri görmədiyi üçün döymüşdür. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Qəbələ rayon Mirzəbəyli kəndində əri Rəfail Nürəddinov ilə birlikdə yaşayır. Rəfaıl Nürəddinov ilə 2017-ci ildə ailə həyatı qurmuş, həmin gündən bu günədək Rəfail Nürəddinov ilə aralarında mütəmadi olaraq münaqişələr baş vermişdir. Mütəmadi olaraq əri onu döyür, lakin ailəsi dağılmasın deyə dəfələrlə döyülməyinə baxmayaraq bu barədə heç kimə məlumat verməmişdir. xx.xx.2020-ci il tarixdə saat 19 radələrində əri Rəfail Nürəddinov spirtli içkilər qəbul edərək sərxoş vəziyyətdə yaşadıqları evə gəlmiş və nə üçün anasının və atasının oraya gəldiyini soruşmuş, üzərinə gələrək baş nahiyyəsinə yumruqla vurmuşdur. Üzünü tutduqda isə şillə və təpiklə bədəninin müxtəlif nahiyyələrinə vurduqda eltisi Turanə Nürəddinova onların arasına girərək ayırmışdır. xx.xx.2020-ci il tarixdə anası Qaçayeva Zöhrə Seyfi qızının yaşadıqları evə qonaq gəldikdə anasına əri Rəfailin onu döydüyünü bildirmişdir və anası da DİN-in “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Sonda isə Şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı Zamiq Nadirov tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxslərin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 53, 106-109, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar