Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-424/2024 06.09.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, barəsində “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilmiş X8 (VÖEN:**********) və AR ƏƏSMN DƏMX Şəki-Zaqatala regional şöbəsinin nümayəndəsi X2 iştirakı ilə, AR ƏƏSMN DƏMX-nin Şəki-Zaqatala regional şöbəsinin “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarından X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: AR ƏƏSMN DƏMX-nin Şəki-Zaqatala regional şöbəsinin “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarı ilə X8 (VÖEN:**********) işğaldan azad edilmiş ərazilərə iş icazəsi almış X5 xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi bağlamadan (hüquqi qüvvəyə minmədən) işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000,0 manat cərimə olunmuşdur. X8 məhkəməyə şikayət edib AR ƏƏSMN DƏMX-nin Şəki-Zaqatala regional şöbəsinin “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. X8 göstərmişdir ki, o, fərdi sahibkar statusu (VÖEN:**********) ilə əmək müqaviləsi bağladığı beş nəfər işçi ilə birlikdə "xxxx" MMC-nin podratçısı "xxxx" MMC ilə müqavilə əsasında Şuşa şəhərində tikinti bərpa işlərini yerinə yetirir. X6 xx.xx.2024-cü il tarixli əmək müqaviləsi ilə üç ay müddətinə daş üzləmə ustası kimi işə götürülmüş və “hipertoniya”lı olduğuna görə yüksəklikdə işləyə bilmədiyi üçün xx.xx.2024-cü il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. Bu barədə "xxxx" MMC-yə məlumat verilmiş və “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sisteminə daxil edilmişdir. Əmək müqaviləsinə xitam verildikdən sonra X3 onun tərəfindən işğaldan azad edilmiş ərazilərdə aparlan işlərə cəlb edilməsi halları olmamışdır. İşğaldan azad edilmiş ərazilərə iş icazəsi olan şəxslər barədə müvafiq qeydlərin elektron informasiya sisteminə daxil edilməsi onun deyil, AR DİN-nin səlahiyyətinə aid olan məsələdir. Ona görə də, barəsində AR İXM-nin 192.1-ci maddəsi ilə olan xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol qanunsuz hesab edilməli və AR ƏƏSMN DƏMX-nin Şəki-Zaqatala regional şöbəsinin “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarı ləğv edilməlidir. AR ƏƏSMN DƏMX Şəki-Zaqatala regional şöbəsinin nümayəndəsi X4 izahatında göstərmişdir ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən təqdim olunmuş məlumatlara əsasən fərdi sahibkar X8 (VÖEN:**********) tərəfindən işğaldan azad edilmiş ərazilərə iş icazəsi almış X3 adına AR ƏƏSMN–nin “Əmək və məşğulluq” altsistemində qüvvədə ola əmək müqaviləsi aşkar edilməmişdir. Həmin fakt üzrə aparılmış araşdırma nəticəsində X8 (VÖEN:**********) barəsində AR İXM-nin 192.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli “inzibati xəta haqqında” protokol tərtib edilmiş və o, AR ƏƏSMN DƏMX-nin Şəki-Zaqatala regional şöbəsinin “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarı ilə 3000,0 manat məbləğində cərimə olunmuşdur. Ona görə də, şikayət əsassız hesab edilməlidir. İşdə olan xx.xx.2024-cü il tarixli MN ******* nömrəli “inzibati xəta haqqında” protokolun surətinə əsasən fərdi sahibkar X8 (VÖEN:**********) tərəfindən işğaldan azad edilmiş ərazilərə iş icazəsi almış X3 xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi bağlamadan (hüquqi qüvvəyə minmədən) işlərin yerinə yetirilməsinə cəlb edildiyi aşkar edilmişdir. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemində X6 xx.xx.2024-cü il tarixdə X8 (VÖEN:**********) tərəfindən işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış şəxslərin siyahısında olmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli 260UTKP000200 nömrəli “əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətinə əsasən X1 Eldəniz Aydın oğlu (VÖEN:**********) tərəfindən üç ay müdətinə (xx.xx.2024-cü il tarixədək) tikinti ustası işinə qəbul edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 26UTKP0002XO nömrəli “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətinə əsasən X6 ilə X8 (VÖEN:**********) arasında bağlanmış əmək müqaviləsinə 20.052024-cü il tarixdə xitam verilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 518/24 saylı məlumatda göstərilmişdir ki, "xxxx" MMC ilə podrat müqaviləsi əsasında fəaliyyət göstərən işçi X6 xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək Şuşa şəhərindəişləmişdir. Bu barədə "xxxx" MMC-nin texniki təhlükəsizlik təlimatı jurnalında müvafiq qeydlər aparılmış və işçi tərəfindən imzalanmışdır. Adı çəkilən işçinin davamiyyət jurnalında imzası vardır və xx.xx.2024-cü il tarixdən sonra onun Şuşa şəhərində işləməsinə dair qeyd olunan jurnalda hər hansı bir qeydiyyat yoxdur. AR Əmək Məcəlləsinin 7-ci madəsinin 2-ci hissəsinə əsasən....., əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən....., əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, X8 (VÖEN:**********) ilə X6 arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmiş və “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sisteminə daxil edilmişdir. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən əmək müqaviləsinə xitam verildikdən sonra X3 işğaldan azad edilmiş ərazilərə keçməsi və X8 (VÖEN:**********) tərəfindən hər hansı işlərin görülməsinə cəlb edilməsi müəyyən edilməmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin AR İXM-nin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, X8 (VÖEN:**********) ilə əmək müqaviləsinə xitam verilmiş və “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” elektron informasiya sisteminə daxil edilmiş işçinin (X3) adının işğaldan azad edilmiş ərazilərə iş icazəsi olan şəxslərin siyahısında qalması və qeyd olunan ərazilərə keçməsi belə onların həmin yerlərdə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi kimi qəbul edilə bilməz. Səlahiyyətli orqan X8 (VÖEN:**********) tərəfindən əmək müqaviləsinə xitam verilmiş işçinin (X3) onun özü tərəfindən işğaldan azad edilmiş ərazilərdə işlərin yerinə yetirilməsinə cəlb edilməsinə dair mötəbər sübutlar əldə edərək heç bir araşdırma aparmadığı halda işəgötürən barəsində AR İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlamaqda haqlı olmamışdır. Ona görə də, AR ƏƏSMN DƏMX-nin Şəki-Zaqatala regional şöbəsinin “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarı ləğv edilməli və X8 (VÖEN:**********) barəsində İXM-nin müvafiq maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 136-cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. AR ƏƏSMN DƏMX-nin Şəki-Zaqatala regional şöbəsinin “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarı ləğv edilsin. X8 (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (оn) gün müddətində Qəbələ rayon Məhkəməsi vasitəsilə AR Şəki Apellyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №3(025)-424/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-424/2024
06.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver