Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-425/2022 06.10.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5, Zərərçəkmiş şəxs, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxsnın və onun müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1974-cü ildə Qəbələ rayonu, Solquca kəndində anadan olmuş, Qəbələ rayonu, Solquca kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Qəbələ rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 xx.xx.2022-ci il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 protokolu müdafiə edərək bildirdi ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-589/2020 nömrəli, 10 dekabr 2020ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs cavabdeh Şəxs 01 iyun 2020-ci il tarixdən başlayaraq, 03 mart 2007-ci il təvəllüdlü X2 və 21 oktyabr 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında qərar və bildiriş borcluya verilmiş, dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunmağına baxmayaraq borclu məhkəmə qətnaməsinin icrasını təmin etməmişdir. Hal-hazıradək borclunun bu günkü tarixə 2(025)-589/2020 nömrəli icra vərəqəsinə əsasən 6220 manat borcu vardır. Şəxs aliment borcunu ödəməkdən boyun qaçırır. Sonda isə məhkəmədən müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək, verdiyi izahatında göstərmişdir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs ilə razılaşıblar. Belə ki, Şəxs hər ay aliment ödəyəcək. Yuxarıda qeyd etdiyi səbəblərə görə hal-hazırda icra sənədi üzrə şikayət və tələbi yoxdur. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs məhkəməyə yazılı ərizə təqdim edərək, verdiyi izahatında göstərmişdir ki, həbsdən təzə çıxıb və tezliklə pensiyası bərpa olunacaq. Söz verir ki, hər ay aliment ödəyəcək. Hal-hazırda Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd edilənləri nəzərə alaraq, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi X3 göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs alimenti ödəməkdən boyun qaçırmamış, lakin heç bir yerdə işləmədiyinə və maddi imkanı olduqca ağır olduğuna görə alimenti ödəyə bilmir. Hazırda tərəflər razılığa gəlmiş və Şəxs qalıq aliment borcunu hissə-hissə ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Odur ki, inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 53-cü və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)- 589/2020 nömrəli, 10 dekabr 2020-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Şəxs ilə iddiaçı Zərərçəkmiş şəxs arasında 06 fevral 2012-ci il tarixdə bağlanmış və Qəbələ rayon Solquca kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 01 nömrə ilə qeyd edilmiş nikah pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş 03 mart 2007-ci il təvəllüdlü X2 və 21 oktyabr 2010-cu il təvəllüdlü X4 anaları Zərərçəkmiş şəxs yanında qalmaları müəyyən edilməsi, cavabdeh Şəxs 01 iyun 2020-ci il tarixdən başlayaraq, 03 mart 2007-ci il təvəllüdlü X2 və 21 oktyabr 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmə iclas zalında, Qəbələ Rayon Məhkəməsinin 2(025)-589/2020 nömrəli, 10 dekabr 2020-ci il tarixli icra sənədi üzrə borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs aliment borcundan 100 manat ödəmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, borclu Şəxs xx.xx.2022-ci il tarixdə - inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə verildikdən sonra məhkəmə prosesi gedişatında barəsində inzibati qaydada icraat aparılan şəxs qətnamənin icrasından qəsdən boyun qaçırmadığını bildirirək zərərçəkmiş şəxs ilə razılığa gəlmiş və aliment borcunu ödəmək barədə öhdəlik götürmüşdür. Zərərçəkmiş şəxs borclu ilə razılaşaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bununla da borclu Şəxs icra sənədinin icrasını üzrsüz səbəbdən icra etməməsi məhkəmə baxışında təsdiqini tapmadı. Bütün bunlar göstərir ki, borclunun icra sənədlərini üzrsüz səbəbdən icra etməməsi halı yoxdur. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq halda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata müvafiq maddələrə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-425/2022
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-425/2022
06.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver