Məhkəmə qərarları › İş №3(025)-426/2020

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-426/2020

14.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-426/2020 14.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis baş leytenantı Şükür Sadullayevin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1968-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs, xx xxxxxxxx 2020-ci il tarixdə, ünvan 3 ünvanında qardaşının həyat yoldaşı Zərərçəkmiş şəxs ilə mübahisə edərək ona bədən xəsarətləri yetrimişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxxx 2020-ci il tarixli qərarına əsasən Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkib əlaməti olmasına görə barəsində inzibati icraat başlanması və həmin maddə ilə protokol tərtib olunub inzibati məsuliyyətə cəlb olunması üçün Qəbələ RPŞ-nə göndərilməsi qərara alınmışdır. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis baş leytenantı Şükür Sadullayev Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis baş leytenantı Şükür Sadullayev izahatında bildirmişdir ki, Şəxs, xx xxxxxxxx 2020-ci il tarixdə, ünvan 3 ünvanında qardaşının həyat yoldaşı Zərərçəkmiş şəxs ilə mübahisə edərək sonuncuya sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs qardaşı Rəşadətin arvadıdır. Qardaşı Rəşadət 2015-ci il tarixdən Rusiya Federasiyasına getmişdir. ünvan 4 ünvanında Xəyalə Məmmmədova ilə bir evdə yaşayırmış. Zərərçəkmiş şəxs evin bir hissəsində övladları ilə, özü isə digər hissəsində yaşayırmış. Təxminən bir ildən çox olaraq ki, Zərərçəkmiş şəxs övladları ilə birlikdə onun yaşadığı evdən çıxaraq getmişdir. xx.xx.2020-ci il tarixdə günorta saat 4-ə qalmış həyətə oğlu Asul ilə birlikdə gələn zaman Xəyaləni qızı Ülkər və böyük qardaşı Muradın yoldaşı ilə birlikdə şabalıd ağacından meyvəsini yığdığını görmüşdür. Onlara nalayiq ifadə işlədərək “sizin mənim həyətimdə nə işiniz var çıxın burdan” demişdir. Onun ilə sözlü mübahisəsi olmuşdur. Xəyaləni söyüb təqhir edərək çıx həyətdən demişdir. Daha sonra 102 xidmətinə zəng edərək məlumat vermişdir. Oğlu Asul ona “gəl bunlara baş qoşma” demişdir. Zərərçəkmiş şəxs vurmamış, eləcə də Xəyalə onu vurmamışdır. Xəyalənin qolundan tutaraq itələməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, qaynı Şəxs ilə aralarında uzun müddətdir ki münaqişə vardır. Elçin onu və qızını bir neçə dəfə söyüb təhqir etmişdir. Buna görə də polisə şikayət etmiş və araşdırma aparılmışdır. Əri 5 ildir ki, Rusiyaya getmiş və orada yaşayır. Əvvəllər Qəbələ şəhər İ.B.Qutqaşınlı küçəsində ev 2-də yaşayırmış. Həmin həyətdə bir ev var idi. Həmin evin bir hissəsində qaynı Şəxs, digər hissəsində isə övladları ilə birlikdə yaşayır. Qaynı Şəxs evə sərxoş vəziyyətdə adamlar gətirərək evdə səs küy yaratmış, buna görə də həmin evdən çıxaraq Qəbələ şəhərində 28 may küçəsində övladları ilə kirayə yaşamağa başlamışdır. Hər ilə həmin həyətdə olan şabalıd meyvəsini yığırmış. Həmin şabalıd ağacını həyətdə əri ilə birlikdə əkmişdir. Buna görə də həmin ağacın meyvəsini özü yığırmış. xx.xx.2020-ci il tarixdə saat 15 radələrində qaynı yaşayan həyətə qızı Ülkər ilə birlikdə getmiş, həmin zaman qaynı Elçin həyətdə olmamış, şabalıdı yığan zaman saat 4-ə qalmış sərxoş vəziyyətdə Şəxs və onun oğlu Asul gəlmiş, Elçin onun üzərinə gələrək nalayiq ifadələr işlətmiş, ona ağacın meyvəsini mən yığacam demişdir. Onun ilə sözlü mübahisəsi yaranmış, Elçin bu zaman onun sağ qolundan tutub sıxaraq itələmişdir. Elçin ona “sizi bu həyətdə yaşamağa qoymayacam” demiş, nalayiq ifadələr ilə söyüb təhqir etmiş, Elçinin oğlu Asul atasına dəymə qoy yığsınlar demişdir. 102 xidmətinə zəng etdikdən sonra Asul atasını qucaqlayaraq tutub aparmışdır. Bundan sonra böyük qaynı X1 həyətə gəlmiş, Elçin ilə sözlü mübahisə etmiş, Murad əsəbiləşərək çıxıb getmişdir. Elçin də həyətdən çıxıb getmişdir. Sonradan polis əməkdaşları gəldikdə Elçin də həyətə gəlmişdir. Mübahisə zamanı Elçini vurmamışdır. Sonda isə Şəxs şikayətçi olduğunu və ona ən ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin xx.xx.2020-ci il tarixli, 505 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı bədən səhtində aşkar edilmiş xəsarətlər-sol bazunun içəri orta və bayır aşağı 1/3-nin qançırı kimi xəsarəti vardır. Həmin xəsarətlər küt alətin (əşyanın) təsirindən müayinə olunanın göstərdiyi və qərarın təsviri hissəsində göstərilən şəraitdə və tarixdə, yəni xx.xx.2020-ci il tarixdə əmələ gələ bilər. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis baş leytenantı Şükür Sadullayev tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tərəflərin izahatları, ekspert rəyi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 106-109, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən saat 17:30-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar