Məhkəmə qərarları › İş №3(025)-426/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-426/2022

10.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-426/2022 10.10.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi polis baş leytenantı X7, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1994-cü ildə Qəbələ rayonu, Quşlar kəndində anadan olmuş, Qəbələ rayonu, Quşlar kəndində qeydiyyatda olan Şəxsnun barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Qəbələ rayonu, Çuxur Qəbələ kəndində, münaqişə zəminində qayınanası X2 döyərək sonuncuya sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 29 sentyabr 2022-ci il tarixli qərarına əsasən Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkib əlaməti olmasına görə barəsində inzibati icraat başlanması və həmin maddə ilə protokol tərtib olunub inzibati məsuliyyətə cəlb olunması üçün Qəbələ RPŞ-nə göndərilməsi qərara alınmışdır. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X3 Sara Şamil qızının Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi polis baş leytenantı X10 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Qəbələ rayonu, Çuxur Qəbələ kəndində, münaqişə zəminində qayınanası X2 döyərək sonuncuya sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, 09 sentyabr 2022ci il tarixdə əvvəlcə qayınanası Zərərçəkmiş şəxs narazılıq etməsinə baxmayaraq sonradan razılıq alaraq azyaşlı oğlu X4 qış geyimlərini götürmək üçün ər evinə getdi. Ər evində oğlunun geyimlərini yığmaq istədiyi zaman qaynanası Zərərçəkmiş şəxs onu mobil telefonla videoçəkilişə aldığına şahidlik etdi. Bu səbəbdən həmin hərəkətə narazı olduğuna görə qaynanasının sol əlindəki mobil telefonu götürüb ondan nə üçün videoçəkiliş apardığını soruşdu. Qaynanası isə ona “yaxşı edirəm” deyərək ünvanına nalayiq ifadələr işlədib əli ilə onu itələdi. Nəticədə əlindəki mobil telefon əlindən yerə düşdü. Bu minvalla təxminən bir neçə dəqiqə davam edən sözlü mübahisədən sonra uşağının paltarlarını yığaraq ər evini tərk etdi. Qaynanası Zərərçəkmiş şəxs qarşı fiziki zor tətbiq etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında göstərmişdir ki, gəlini Şəxs ilə oğlu Məhyəddinin yola getmədiklərinə görə artıq ayrılmaq mərhələsindədirlər. 09 sentyabr 2022-ci il tarixdə saat təqribən 11 radələrində evdə olduğu zaman gəlini Sara azyaşlı nəvəsinin paltarlarını götürmək üçün onlara gəldi. Həmin vaxtı bu barədə oğlu Məhyəddinin mobil nömrəsinə zəng vuraraq məlumat verdi və sonuncunun da ona gələcəkdə hər hansısa şər və böhtan atmaması üçün gəlnini videoçəkilişə almasını tələb etdi. Bu səbəbdən özünə məxsus Samsung A 22 markalı mobil telefonu ilə gəlnini videoçəkilişə aldığı zaman sonuncu onun üzərinə hücum çəkərək sol qolunu bilək nahiyyədən buraraq orta barmağını cırmaqladı. Daha sonra isə nalayiq ifadələr işlədərək ondan əl çəkmədiyinə görə barəsində DİN-in qaynar xəttinə müraciət etdi. Gəlini Sara ilə aralarında baş tutan dava zamanı ona məxsus Samsung A 22 markalı mobil telefonu əlimdən götürərək yerə çırpdı. Lakin telefon hal-hazırda işlək vəziyyətdədir. Dava zamanı ətrafda digər gəlini Xatirə və sonuncunun anası olmuşdu. Özü dava zamanı Saraya qarşı fiziki zor tətbiq etməmişdir. Sonda isə Şəxs ilə barışmayacağını və ondan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta tərkibi olmadığından işin icraatına xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və X11-Təcrübi və Tədris Birliyinin xx.xx.2022-ci il tarixli, 525 saylı rəyindən görünür ki, X1 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər – sol əlin üst səthinin qançırı və İİİ barmağın əsas falanqasının üst səthinin sıyrığı kimi xəsarəti vardır. Həmin xəsarətlər küt alətin (əşyanın) təsirindən müayinə olunanın qeyd etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilər. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X10 tərəfindən tərtib edilmiş 10 oktyabr 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tərəflərin izahatları, ekspert rəyi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli və barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbəblə Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar