Məhkəmə qərarları › İş №3(025)-426/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-426/2024

26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-426/2024 26.08.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati protokol tərtib edən şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 iştirakları ilə X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi X7 barəsində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsindən daxil olmuşMN seriyalı, ******* nömrəli 07avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Qəbələ şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən vergi ödəyicisi X3 məxsus gözəllik salonunda xx.xx.2024-cü il tarixdə saat 14:40-da xüsusi razılıq (lisenziya) olmadan özəl tibb fəaliyyəti ilə (lazer epilyasiya) məşğul olmasını aşkar edilmişdir. X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Nümayəndə protokolu müdafiə edərək X7 barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Eyni zamanda qeyd etmişdir ki, aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, X7 həmin müddətdə 120 manat gəlir götürmüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X7 özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi təqsirli bilərək izahatında bildirdi ki, Qəbələ şəhəri, H.Əliyev prospektində yerləşən “Nubu Byutı” gözəllik salonunda xx.xx.2024-cü ildən lazer epilyasiya fəaliyyəti ilə məşğul olmuşdur. Fəaliyyət göstərdiyi dövrdə fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növünə aid olmasına baxmayaraq, lisenziya olmadan fəaliyyət göstərmişdir. Bu fəaliyyət dövründə təxminən 120 manat gəlir əldə etmişdir. Hal-hazırda lisenziya almaq fikrindədir və bununla bağlı sənədləşdirmə aparır. əlavə olaraq qeyd etmişdir ki, həmin avadanlığı o, icarəyə götürmüşdür və aylıq icarə haqqı 3000 manat təşkil edir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, X2 Azərbaycan Respublikası İXM-in 398cimaddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və araşdırılmış sübutlarla tam sübuta yetdiyindən X7 həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Hazırkı işdə müəyyən edilir: - “Lisenziya tələb olunan fəaliyyət növləri ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə operativ vergi nəzarətinin nəticələri haqqında” Seriya DVX, 000456 nömrəli, 07 avqust 2024-cü il tarixli aktdan görünür ki, Qəbələ şəhəri, H.Əliyev prospektində yerləşən X3 məxsus “Nubu Byutı” gözəllik salonunda xx.xx.2024-cü il tarixdə saat 14:40-da lazer epilyasiya fəaliyyəti məşğul olunduğu aşkar edilmişdir. - X2 10 saylı Ərazi Vergilər İdarəsinə yazdığı izahatdan görünür ki, o, Qəbələ rayonu ərazisində xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq olmadan lazer epilyasiya fəaliyyət növü ilə məşğul olduğunu etiraf etmişdir. - “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 08 iyul 2024-cü il tarixli, **********2985 nömrəli qərarın surətindən görünür ki, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi məsələsi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (xx.xx.2024-cü il tarixi daxil olmaqla) X3 məxsus “Nubu Byutı” salonunda operativ vergi nəzarəti keçirilməsi qərara alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 21 avqust 2024-cü il tarixli arayışda göstərilmişdir ki, X6 (VÖEN: **********) məxsus Qəbələ şəhəri H.Əliyev prospekti 27 ünvanında yerləşən "NUBU BYUTİ SALON"-da 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli **********2985 nömrəli qərarına əsasən "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşk edilməsi" məsələsi üzrə xx.xx.2024-ci tarixində operativ vergi nəzarəti tədbirinin keçirilmişdir. Keçirilmiş nəzarət tədbiri zamanı X4 (VÖEN: **********) sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq olmadan lazer epilyasiya fəaliyyəti ilə məşğul olduğu müəyyən olunaraq iXM-nin 398-ci maddəsinə əsasən MN ******* nömrəli protokol tərtib olunmuş və müvafiq qərarın çıxarılması üçün Qəbələ rayon Məhkəməsinə göndərilmişdir. Aparılan araşdırma zamanı X4 xx.xx.2024-cü il tarixindən bu fəaliyyətə başladığı və həmin dövrdən xx.xx.2024-cü il tarixinədək bu fəaliyyətdən 120 manat gəlir əldə etdiyi müəyyən olunmuşdur. “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nın, “Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işlərinin Siyahısı”nın, “Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinin Siyahısı”nın və “Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi üzrə işlərin Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli, 206 nömrəli qərarına əsasən “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı” təsdiq edilmiş (1 nömrəli əlavə) və həmin əlavənin 2.13.2-ci bəndinə əsasən kosmetoloji fəaliyyət üçün lisenziya alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 61.1.3-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan şəxsin sübutlar təqdim etmək hüququ vardır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, X7 xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq olmadan lazer epilyasiya fəaliyyət növü ilə məşğul olması barədə xüsusi razılığı (lisenziyayı) nə Azərbyacan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinə, nə dəki məhkəməyə təqdim etməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə təqsirli bilinməli və inzibati xəta nəticəsində vurulmuş ziyanın dörd misli məbləğində cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xəta nəticəsində vurulmuş ziyanın dörd misli – 480 (dörd yüz səksən) manatməbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsiləşikayət verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar