Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-427/2024 15.08.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X5 Oktay oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, iş üzrə zərərçəkmiş şəxs X1 və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1996-cı ildə Qəbələ rayonu, Qəmərvan kəndində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Qəmərvan kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 510-cu maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda ptotokol (xx.xx.2024-cü il tarixli MN 2012905) tərtib edilmişdir ki, o, xx.xx.2024-cü il tarixdə Qəbələ şəhərinin mərkəzində uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ şəhəri, M.Abdıyev küçəsi ev 75, mənzil 59-da yaşayır və Qəbələ şəhəri, Bum yolu adlanan ərazidə lotareya satışı ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə səhər vaxtı X1 ondan 15-20 ədəd lotareya alıb pozmuş və cəmi 6 manat borclu qalaraq axşam vaxtı ödəyəcəyini bildirərək çıxıb getmək istəmişdir. Tarzandan pulu olmadığı halda nəyə görə bu qədər lotareya bilieti alıb pozduğunu soruşmuş və onun hərəkətlərini uduş çıxacağına ümid etməsi ilə izah etməsindən əsəbləşərək özünü nəzərdə tutaraq qarşısında dayanan adamı dəli yerinə qoymamağı və aldığı lotareyanın pulunu dərhal ödəməyi yüksək səslə tələb etmiş, lakin nalayiq ifadələr işlətməmişdir.Tarzan borcunu 4-5 il əvvəl yerinə yetirilməyən işə görə ona ödədiyi pulla əvəzləşdirdiyini bildirdikdə o, sə mal sahibinə zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra Tarzan AR DİN 102 xidmətinə zəng edərək ondan şikayət etmiş, az sonra polis əməkdaşları gəlib onları polis şöbəsinə aparmışlar. İş üzrə zərərçəkmiş şəxs X1 izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ şəhəri, Q.Həmidov küçəsində yaşayır. xx.xx.2024-cü il tarixdə səhər vaxtı Qəbələ şəhəri, Bum yolu adlanan ərazidə lotareya satışı ilə məşğul olan Şəxs 15-20 ədəd lotareya alıb pozmuş və cəmi 6 manat borclu qalıb axşam vaxtı ödəyəcəyini bildirərək getmək istəmişdir. Şəxs həmin yerdə olan çoxsaylı adamların qarşısında uca səslə onun şəxsiyyətini alçaldan ifadələr işlədərək pulu dərhal ödəməsini tələb etmiş, o da əsəbləşərək borcunu 4-5 il əvvəl yerinə yetirilməyən işə ( məzun vinyetqasının hazırlanmasına) görə Müşviqə ödədiyi 25,0 manat pulla əvəzləşdirdiyini bildirmişdir. Bundan sonra Şəxs telefonla zəng etdiyini görmüş və onun AR DİN 102 xidmətinə şikayət etdiyini düşünərək öz növbəsində AR DİN 102 xidmətinə zəng edərək məlumat vermişdir. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati mnəsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi və zərərçəkmiş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXMnin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 112,115, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 5 (beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 15 avqust 2024-cü il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər Qəbələ Rayon Məhkəmənin hakimi: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-427/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-427/2024
15.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver