Məhkəmə qərarları › İş №3(025)-428/2022

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-428/2022

10.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-428/2022 10.10.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qəbələ Rayon Polis Şöbəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair material baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs 28 avqust 2022-ci il tarixdə Qəbələ rayonu, Qəmərvan kəndində aralarında yaranan mübahisə zamanı Zərərçəkmiş şəxs döyərək sonuncuya sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Bundan başqa, Şəxs 28 avqust 2022-ci il tarixdə səhər saat 10:00 radələrində Qəbələ rayonu, Qəmərvan kəndində Zərərçəkmiş şəxs məxsus “X1” markalı ** LR *** dövlət qeydiyyat nişanlı avtomobili əzərək nəticədə sonuncuya ümumilikdə 350 manat maddi ziyan dəymişdir. Bu barədə Qəbələ Rayon Polis Şöbəsi tərəfindən 10 oktyabr 2022-ci tarixdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə MN seriyalı ******* saylı və Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə MN seriyalı ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, 3(025)-427/2022 və 3(025)- 428/2022 saylı inzibati işlər bir icraatda birləşdirilməli və bir icraatda birləşdirilmiş işə 3(025)- 427/2022 saylı nömrə verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ: 3(025)-427/2022 və 3(025)-428/2022 saylı inzibati işlər bir icraatda birləşdirilsin və bir icraatda birləşdirilmiş işə 3(025)-427/2022 saylı nömrə verilsin. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar